15:24 Tofiq Həsənli : Allahın lənətinə gələsiz | |
Tofiq Həsənli : Allahın lənətinə gələsiz Allahın lənətinə gələsiz! Kartof da qalxdı bir manata.Dörd ədəd kartof bir manat.Çayın məkənı olan Lənkəranda çayın qiyməti də minib dəvə belinə.Ay xalqa zülm edən şərəfsizlər!Anam yüz altımış manat təqaüd alır və bu pulla üç nəfər yaşayırıq.Mən bu pula un alım,kartof alım,anamın dərmanlarını alım,qaz pulu verim,işiq pulu verim,su pulu verim,nəyə verim?!Hansına çatdırım?!Krantım xarab olanda nəylə düzəltdirim,nə geyinim?!Ay xalqı mələr qoyan vicdansızlar! Necə yaşayaq?! Vurun bir güllə də mənim ağzımın içindən,canım qurtarsın sizin məlun simanızdan! Irandan üç klo banan gətirə bilmirik.Heç nə gətirməyə qoymursuz.Deyirsiz alçısı da bizimdir,toxanı da bizim.Hamsının alveri sizindi.Bəs biz neyləyək?! Bu qədər şərəfsizlik olmaz! Bu qədər alçaqlıq olmaz! Nə yaşıya bilirik,nə də ölən kimi ölə bilirik.Qeyrətimizi də əlimizdən almısız,cürətimizi də! Danışırıq,şər atıb saldırırsız içəri.Allah sizə lənət eləsin!Necə ki,mən anamla avara qalmışam,necə ki,xalq bizim kimi çarəsiz qalıb,Allah sizi də,evladlarınızı da çarəsiz qoysun! tolishstan.com | |
|
Total comments: 0 | |