23:20
Türkiyədə ( insan oğurluğu ) , dindarı oğurlayaraq Azərbaycana gətirdilər



Tale Bağırzadənin daha bir tərəfdarı Türkiyədə həbs edilib "Bandotdel"ə gətirilib

İctimai fəal, MBH-nın üzvü Anar Cabbarovu xaricdə həbs edib, Azərbaycana gətirib.
Bu barədə Birlikdəki mənbə "Azadlq"a məlat verib. Mənbənin sözlərinə görə Anar Cabbarov Türkiyədə saxta ittihamla tutulub.
" Onu əvvəlcə sənəndlərində problem olması adı ilə polisə aparıb və qanunsuz olaraq 3 gün saxlayıblar. Daha sonra polis idarəsinə “naməlum” zəng gəlib və Anar Cabbarov polis bölməsindən Binkılıç Göç İdarəsinə aparılıb. Orada 4 gün saxlanaraq haqqında dəqiqləşmə aparıldığı və tezliklə buraxılacağı deyilib. Bu müddət ərzində Anar Cabbarovun vəkili dövlət idarələrindən dəqiq məlumat ala bilməyib.

Martın 21-də Anar Cabbarovu Azərbaycanın İstanbuldakı Baş Konsulluğuna aparıblar. Orada səfirlik əməkdaşları ilə Türkiyə məmurları arasında qısa danışıq olub və A.Cabbarov yenidən Binkılıç Göç İdarəsinə geri qaytarılıb". Martın 22-də vəkili Anar Cabbarovla görüşə gedib və həmin vaxt şahidi olub ki, A.Cabbarovu yenidən Azərbaycanın İstanbul Baş Konsulluğuna aparırlar. Vəkilə deyilib ki, Anar Cabbarov bəzi sənədlərin dəqiqləşməsi üçün aparılır və bir neçə saata geri qaytarılacaq, daha sonra isə çox güman ki, azad ediləcək. Lakin Anar Cabbarov bir daha geri qaytarılmayıb, Türkiyə dövləti tərəfindən Azərbaycan Konsulluğuna verilib. Günorta saatlarında isə Anar Cabbarov Azərbaycana gətirilib. Onu Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə (Bandotdel) aparıblar.

 

Category: XƏBƏRLƏR | Views: 514 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
N$)?>
Подписка: 1 Код *: