11:55
Xan Evi
                                                                                            Xan Evi

Bu bina 1898-ci ildə Masallı rayonu Mahmudavar (Mado) kəndində tikilmişdir. İkimərtəbəli bina Mir Əsəd xan və Mir Abdullah xan Talışınskilərə məxsus olmuşdur.

İkimərtəbəli bina 1928-ci ildən 1987-ci ilə qədər məktəb binası kimi istifadə olunmuşdur. ("Mənim Masallım" səh.52, Bakı-1991)

Şəkil Musarza Mirzeyevin şəxsi arxivindəndir. 1985-ci ildə fotoqraf Ramiz Hacıyev tərəfindən çəkilmişdir. Şəkildən Musarza Mirzəyevin 1991-ci ildə yazdığı "Mənim Masallım" kitabının arxa qabığında istifadə etmişdir.

Mir Abdulla və Mir Əsəd xan Talış xanlığının hakimi Mir Mustafa xanın beşinci oğlu Mir İsmayıl xanın nəvələridir.

Əsəd xan Şahvəli xan oğlu Mahmudavarda anadan olmuşdur. Tiflis və Peterburgda təhsil almış, hüquqşunas olmuşdur. 1919-1920 -ci illərdə bolşeviklərin hakimiyyətə gəlişini hiss edən Əsəd xan Talışınski həyat yoldaşı Tacxanım ilə birlikdə İrana getmişdir. (M.Mirzəyev "Mahmudavar" səh.25, Bakı-1997)

Abdulla xan Şahvəli xan oğlu isə Mahmudavarda vəfat etmişdir. Kəndin əsas qəbiristanlığında, iri palıd ağacının yaxınlığında dəfn olunub. Qəbrini özüm axtarıb tamışam. Qəbirə xatirə başdaşı nəvələri tərəfindən 1983-cü ildə qoyulmuşdur. Doğum tarixi bilinməsə də, ölüm tarixi 1915 olaraq yazılır.



Faig HUSEYNZADA
Category: Mədəniyyət | Views: 577 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
N$)?>
Подписка: 1 Код *: