13:09 Yeni Zelandiyanın iki məscidində 49 nəfər öldürülüb | |
Yeni Zelandiyanın iki məscidində 49 nəfər öldürülübBaş nazir Jacinda Ardern iki məscidə “terror hücumu”nda 49 nəfərin öldürüldüyünü, 20 nəfərin yaralandığını deyir. Arden jurnalistlərə deyib ki, Al Noor məscidində 30, Linvud yaxınlığındakı məsciddə isə 10 nəfər öldürülüb. “Aydındır ki, bunu yalnız terror hücumu adlandırmaq olar”, – Ardern söyləyib. Baş nazir ölkəyə təhdid səviyyəsinin ən yüksək həddə qaldırıldığını, polisin saxladığı dörd nəfərin "ekstremist baxışları" olduğunu söyləyib. Amma onlar polisin axtarış siyahısında olmayıblar. “Onun əlində böyük silah vardı... gəlib məsciddə olanların hamısına atəş açmağa başladı”, – Ahmad Al-Mahmoud adlı həmin şəxs vurğulayıb. O, özünün və digərlərinin şüşə qapını sındıraraq qaçdığını söyləyib. Avstraliyanın Baş naziri Scott Morrison saxlanan şübhəlilərdən birinin avstraliyalı olduğunu təsdiqləyib. Atışmalara görə məsuliyyəti üzərinə götürən bir nəfər manifestində yazıb ki, 28 yaşlı ağdərili avstraliyalı kimi Yeni Zelandiyaya gedib və məqsədi bu hücumu planlaşdıraraq gerçəkləşdirmək olub. Yeni Zelandiyadakı bütün məscidlərdən qapılarını bağlamaq xahiş olunub. *** Polis artıq dörd nəfərin saxlandığını bildirir. Polis komissarı Mike Bush-un sözlərinə görə, üç kişi və bir qadın saxlanıb. O, 375 min nəfər sakini olan bu şəhərdəki atışmalara görə başqa şübhəlilərin olub-olmadığını açıqlamayıb. Yerli telekanallar doqquz nəfərin öldüyünü, digərləri bu rəqəmin daha böyük olduğunu bildirib. Hələlik, rəsmi rəqəm açıqlanmayıb. Yeni Zelandiyanın Baş naziri Jacinda Ardern bu hadisənin ölkənin “ən qara günlərindən birinə” çevrildiyini vurğulayıb. “Burada baş verənlər qeyri-adi, görünməmiş zorakılıq hadisəsidir”, – o, sözlərinə əlavə edib. 1992-ci ildə Aramoana şəhərində zehni problemləri olan bir nəfər 13 nəfəri öldürəndən sonra Yeni Zelandiya yarımavtomat silahlara çıxışı məhdudlaşdıran qanunlar qəbul edib. Amma yenə də, 16 yaşı tamam olan şəxs təhlükəsizlik kursunu bitirib standart odlu silah lisenziyası üçün müraciət edə bilər. *** Yeni Zelandiya polisi bildirir ki, Kraystçerç şəhərində iki məsciddə kütləvi atışmalarda “çoxsaylı ölən” var, azı bir şübhəli nəzarət altına alınıb. Polis komissarı Mike Bush martın 15-də səhər deyib ki, “aktiv atışma” hələ də davam edir. O, vətəndaşları evlərindən çıxmamağa, “Yeni Zelandiyada heç yerdə” məscidə getməməyə çağırıb. Yerli media daha öncə Masjid Al Noor məscidinin yaxınlığında atəş səsi eşidildiyini xəbərləmişdi. Bir şahid məscidin yaxınlığında yerdə azı üç nəfəri qan içində gördüyünü deyib. MƏSCİDDƏ YÜZLƏRLƏ ADAM OLUB Yerli media onlarla adamın yaralandığını, bir neçə nəfərin öldüyünü yazır. Hadisə zamanı məsciddə bir neçə yüz nəfər olub, rəsmilər belə deyir. Polis şəhərin mərkəzində yaşayanları evdən çıxmamağa çağırıb. “Hazırda Kraystçerçdə ciddi və dəyişən durum yaşanır, fəal şəkildə atəş açan var”, – polis bəyanatında deyib. Şahid silahlının fövqəladə əməkdaşlar gəlincə qaçdığını gördüyünü deyib. “Hər yerdə ölü vardı”, – şahid söyləyib. Atışma zamanı Banqladeşin kriket komandası məscidin yanında olub, amma komandanın bütün üzvləri salamatdır, komandanın məşqçisi deyib. | |
|
Total comments: 0 | |