Yayılma arealı
Talışlar tarixən Xəzər dənizinin cənub-qərb sahilləri boyunca məskunlaşmışlar. Hazırda həmin ərazini Azərbaycan-İran dövlət sərhədi iki hissəyə ayırır. Talışlar Azərbaycan Respublikasının köklü xalqlarından biridir. Azərbaycan Respublikasında kompakt şəklində onlar əsasən respublikanın cənub-şərqində Astara, Lənkəran, Lerik və Masallı rayonlarında yaşayır. Eyni zamanda Yardımlı, Cəlilabad, Beləsuvar, Neftçala, Salyan rayonlarında, Bakı, Sumqayıt və Şirvan şəhərlərində, habelə Azərbaycan Respublikasının digər məntəqələrində də talışların məskunlaşmasına təsadüf edilir.
İran İslam Respublikasında isə talışlar Xəzər dənizinin sahili boyu Ləvandvil, Viznə, Haviq, Lisar, Haşpər (Talış), Asalem, Taleş-dulab, Şanderman, Cogandan, Masulə, Masal, Someh-sarə, Fumən
...
Читать дальше »