Ermənilər bizi başa düşməsinlər deyə rabitəni talış dilində qurduqƏlikram bəy, sizin dediyinizdən belə görünür ki, Sovet ordusu “xoş gəlmisiz” deyib, hərbi hissələri qoyub, gediblər. Ancaq həmən dovrün şahidləri başqa şeylər deyirlər, hətta iddia edirlər ki, bəzi hərbi hissələri lap hücumla almışıq, bu barədə xahiş edirik bir az ətraflı danışaydız… ƏVVƏLİ BURADA: “Müdafiə naziri Lənkəran özünümüdafiə batalyonunun yaradılması barədə əmr imzaladı və mən komandir təyin edildim” Sualı oxuyub fikrə getdim. Haqlı sualdır. Bu gün də rəsmi, hökümət səviyyəsində aparılan təbliğata uyaraq, onu kor-koranə qəbul edib, heç bir faktı axtarıb təhlil etməyi belə yaxın buraxmayan Azərbaycan cəmiyyətinin böyük əksəriyyəti, özünü müxalifət-iqtidar nümayəndəsi sayan böyük vətənşüvənlər ordusu da belə düşünür, yeri gəldi-gəlmədi özünü çox bilmiş kimi göstərməyə cəhd edərək, bizləri haradasa Rusiyanın adamı kimi qələmə verməyə çalışır, mətbuatda da belə fikirləri yaymağa cəhd edirlər… |