Masallı İcra başçısının müavini Aybəniz Qafarovanın oğlu avtomobili ilə polisi vuraraq reanimasiyalıq etdi – VİDEO+TƏFƏRRÜATTəxminən 10 gün öncə Masallı rayonunda dəhşətli hadisə baş verib. Məlumata görə Masallı rayon DYP-nin baş serjantı Rəcəbli Azər Elxan oğlu xidmət apardığı zaman içkili halda “avtoşluq” edən sürücüyə dur əmrini verib. Ancaq sürücü onu saxlamaq istəyən polisə öz aləmində “dərs” vermək üçün avtomobili onun üzərinə sürüb. 35 yaşlı polisi avtomobili ilə vuraraq yol kənarına atan sürücü heç nə olmamış kimi hadisə yerindənb uzaqlaşır. Bundan sonra DYP əməkdaşı ağır kəllə-beyin tramvası ilə reanimasiya şöbəsinə yerləşdirilib, hal-hazırda da vəziyyəti ağırdır.
|