Talışlardan və Talış aktvistlərdən əl çəkinTalışlardan və Talış aktvistlərdən əl çəkinArtıq neçə illərdir, təkrar-təkrar deyirik, Azərbaycan adında məmləkətdə, dövlət ərkanının idarəçiliyi, nə özlərinin daha çox dəyişərək bevec hala saldıqları Konstitusiyaya , nə də qəbul etdikləri Qanunlara istinadən idarə edilmir!Ölkə hansısa,- lotuyana, qapançılıq, qumarçılıq, təmənnalı qaçqınçılıqla bəhrələnən şərəfsizlik, ləyaqətsizlik qaydalarımla idarə edilir! Bütün bunları isə, ölkə sərvətləri və büdcəsi hesabına böyük vəsaitlər sərf etməklə yaratdıqları şərəfsizlik ordusundan istifadə ilə həyata keçirilir. Vətəndaş həyatının normal qurulmasına xidmətçi olmalı, onun asayişi və rahatlığını təmin etməli olan, xalq vəsaitindən bəhrələnib, onu talayanlar, özlərini ləyaqətsizlik nümünəsi kimi aparırlar. Ümumiyyətlə uzun müddətdir, əsasən də son dövrlərdə Talış mənliyini qoruyub saxlayan, yaşamına maraqlı olub, öz haqlarına sahib olmağı unutmayıb, milli özünüdərk və yaşam haqqını dilə gətirənlərə qarşı, yuxarıda sadaladığımız ədəb-ərkana sahib hökümət nümayəndələri və əxlaqi cəhətdən onlardan heç də geri qalmayan, özünə müxalifət yarlığı yapışdırmış bütöv bir tərbiyəsizlər ordusu vasitəsi ilə, rəsmi, qeyri rəsmi, mətbuat vasitələri ilə, eləcədə sosial şəbəkələr vasitəsi ilə, təhqir, təhdid dolu ifadələrlə zəngin hücumlar təşkil edilir, şər-böhtanlar atmaqla təcridlərinə rəsmi cəhdlər edilir! |