06.11.2019

Talış xanı Mirəhməd xanın evi (video)

Talış xanı Mirəhməd xanın evi (video)


Talış  xanlarının şəcərəsindən olan Mirəhməd Xan Talışinskinin, gözəllik müsabiqəsinin qalibi seçilən həyat yoldaşının şərəfinə tikdirdiyi möhtəşəm saray dünya arxitekturasının nadir incilərindən sayılır. Bina tikilərkən bir çox inşaat materialları Fransadan və Bakıdan Lənkərana gəmi vasitəsilə gətirilib. Bu üçmərtəbəli bina şəhərin ilk çoxmərtəbəli binası olub. Bəzi məlumatlara əsasən, Lənkəranda ilk dəfə 1908-1910-cu illərdə Mirəhməd xanın evi tikilərkən daimi cərəyanla işləyən kiçik elektrik qurğusu olub. Bunun vasitəsilə quyudan su hamamın çəninə vurularmış. 1910-12-ci illərdə isə elektrik gücü 1-2 kvt. olan sabit cərəyan elektrik qurğusu yaradılıb.
525 0 Taliys