Sürət Hüseynov Bəyənat yaydı! Vətənimiz Azərbaycanın indiki halı: 27 illik iqtidarın yeritdiyi siyasətin total fiaskoya uğraması; Qarabağ məsələsində yürüdülən təslimçilik siyasəti; Xalqımızın iradəsi ilə seçilməyən iqtidarın kənar böyük güclərə sığınıb, yalnız kreslosunu düşünməsi; korrupsiya, talançılıq, əxlaqı dəyərlərin məqsədli şəkildə yox edilməsi; demokratik seçki mühitinin tamamilə yox edilməsi və total saxtakarlığın dövlət idarəetmə metoduna çevrilməsi; Azərbaycan əhalisini mənfur polis rejimi basqısı altında hüquqsuz, yoxsul qula çevirmək praktikası, nəticə etibarı ilə ölkəmizi beynəlxalq aləmdə biabır edir, Azərbaycan vətəndaşlarının gələcəyini zərbə altında qoyur, dövlətimizi məhvə aparır.
|