11.08.2020

Sabiq Müdafiə naziri Rahim Qazıyevin hüquqlarının müdafiəsi üzrə Beynəlxalq Komitəsinin aşağıdakı tərkibdə

1. Rahim qazıyevin Beynəlxalq müdafiə komitəsinə rəhbərlik Ələkrəm Ələkbər oğlu Hümmətova tapşırılsın;
2. Komitənin Rahim bəy Qaziyevlə əlaqədar maddi-maliyyə məsələləri ilə əlaqədar fəaliyyətin qurulması, həyata keçirilməsi Hacıyev İntiqam Qabil oğluna tapşırılsın;
3. Müdafiə komitəsinin sözçüsü,- mətbuatla əlaqədar fəaliyyət rəhbəriliyi Dadaşov Mətləb Vəkil oğluna tapşırılsın;
4. Beynəlxalq dövlətlərarası və İnsan haqları müdafiə təşkilatları ilə əlaqələrin yaradılması üçün məxsusi qrup, könüllülük əsasında yaradılsın;
5. Komitə iclaslarının keçirilməsi vaxtı, hadisələrin cəryan etməsi nəzərə alınmaqla, ən azı, ayda 2 dəfə keçirilməsi nəzərdə tutulsun.
Rahim Qazıyevin hüquqlarının müdafiəsi üzrə Beynəlxalq Komitəsinin sədri:
Ə.Ə. Hümmətov
11.08.2020 il.