SOS!!! "Məni fikirlərimdən əl çəkməyəcəyim təqdirdə fiziki məhv edəcəklər və bunu "özünə qəsd" kimi qələmə verəcəklər!!! İnanmayın!",- Fəxrəddin Abbasov.
Fəxrəddin Abbasovdan (Əboszodə) xəbər var! 13 oktyabr 2020-ci il tarixində Qobustan həbsxanasından çox həyəcanlı xəbər aldıq: - xəbərdə Fəxrəddin Abbasov(Əboszodə) onun həyatının təhlükədə olduğunu bir daha təsdiqləyir: "Qobustan həbsxanasına köçürüləndən sonra mənim yanıma "danışıq aparmaq üçün" istintaq orqanından nümayəndələr gəldi. Görüş zamanı mənə bir başa bildirildi ki, mənim üçün elə dözülməz şərait yaradacaqlar ki, mən özümə qəsd edəcəyəm. Yox, hətta qəsd etməsəm də, başıma gələnləri "özünə qəsd" kimi qələmə verəcəklər! |