31.10.2020

Şəhidin türkü, talışı, tatı olurmu, Xətai babam!?!

Neçə gündür yazmaq istəyirdim, amma səbr göstərirdim: deməli, Lənkərandakı kəndimizdə mənə də uzadan qohumluğu çatan iki talışəsilli şəhid gətirildi. Bir həftədir radiolarda təzə mahnının misraları beynimi deşir: "Haydı irəli, türk əsgəri, türk ordusu, nə bilim nə!"
Bunu yazanı, o talış, rus, ləzgi, avar, tat şəhidlərimizin ruhunun ahı tutar, görəsən?
Axı Qarabağda ancaq bizim Azərbaycan türkləri vuruşmur, şəhid olmur, qəhrəmanlıq göstərmir!?