Deputat Aydın Mirzəzadə: "Azərbaycanda işsizlik faizi ötən illərlə müqayisədə kəskin enib, göstərici 49 faizdən 6 faizə qədər dəyişibƏlbəttə ki, həmin 6 faizə aid olan işsiz vətəndaşların vəziyyəti başa düşüləndir. Həmin vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər və yaxud da bir qrup vətəndaş işləsə də, kifayət qədər maaş ala bilmirlər. Yəni bu problem var, bunu heç kim inkar etmir. Problemin həll edilməsi üçün müvafiq addımlar atılır".
Əslində Azərbaycanın uzun müddət Qarabağ probleminin həlli ilə məşğul olduğunu nəzərə almaq lazımdır. Yəni bu, böyük həcmdə resurs və maddi imkan tələb edirdi. Ordunun saxlanması, məcburi köçkünlərin yaşayışının təmini, onlara müavinətlərin verilməsi, övladlarının ali məktəblərdə təhsil haqlarının ödənilməsi və s. |