13.12.2021

Birləşmiş Ştatlarda cümə günü cənubi və orta-qərbi ştatlarda baş verən qeyri-mövsümi tornadolar nəticəsində onlarla insan həyatını itirib. A

Kentakki ştatının qubernatoru şənbə günü deyib ki, orada 70-100 nəfərin öldüyü güman edilir.

Kentakki ştatının Meyfild şəhərində bir şam fabriki dağılıb. Fabrikin dağıntıları altından qırx nəfər çıxarılıb. Kentakki qubernatoru Andi Beşer deyib ki, fabrikin dağıntıları altında sağ qalanların çıxarılması “möcüzə olar.”

Şəhərin yanğınsöndürmə idarəsinin rəisi deyib ki, “Biz zaman-zaman sağ qalan insanları xilas etmək üçün cəsədlərin üzərindən keçməli olurduq.”