08:19
7 avqust 1993 cu ildə Talış-Muğan Muxtar Respublikası elan olundu
27 

27 il əvvəl, 1993-cü ilin 7 avqustunda Lənkəranda, Tallışıstanin sayılıb-seçilən insanlarından ibarət Xalq Məclisində, Azərbaycan Respublikasının tərkibində, Talış-Muğan Muxtar Respublikası elan olundu.
 Bu əlamətdar gün, Talış tarixinə qızıl hərflərlə yazılaraq, Talış xalqının qədim dövlətcilik ənənəsinin növbəti bariz nümünəsi idi.
 Bu münasibətlə, Talış-Muğan Muxtar Respublikasının bütün əhalisini təbrik edirəm!
 Hələ 1993-cü ilin iyun ayının əvvəllərində, Qarabağ cəbhəsinin milliyətcə talış olan bir sıra qəhrəman zabitləri, ölkədə baş verən anarxiya və siyasi müəmmalıq şəraitində, tamhüqüqlu olaraq, Taışıstanda siyasi hakimiyyətə yiyələnirlər. Bölgədə əsas siyasi qüvvə olan Azərbaycan Xalqlarının Bərabərlik Partiyasının (Talış Xalq Partiyası) iştirakı ilə, Talış-Muğan Respublikası elan olunur. Yeni respublikanın dövlət strukturlarını formalaşdırmaq məqsədi ilə Bakı şəhərində yaşayan talışlardan bir sıra savadlı mutəxəsislər, o cümlədən Fəxrəddin Əboszodə dəvət olunur. 
O, o zaman, Azərbaycanda iki-üç politologiya mütəxəssisindən biri idi və Bakı Dövlət Universitetinin müəllimi olaraq, Azərbaycan dilində ilk “Politologiya” dərsliyini nəşr etdirmişdir. 
F.Əboszodənin rəhbərlik etdiyi Komissiya, respublikanın muvəqqəti konstitusiyası rolunu daşımalı olan Konstitusiya aktını və təsis məclisi olan, Xalq Məclisi üçün, seçki məcəlləsi tərtib edir. 
Qeyd edilməlidir ki, ilk növbədə, məhz F.Əboszodənin sayəsində talış muxtariyyəti yaradılarkən, həm Azərbaycan respublikasının daxili, həmdə beynalxalq qanunlara tam olaraq riayyət olunmuşdur. Çox təəsüflər olsun ki, Azərbaycanın siyasi rəhbərliyi Naxçivan Muxtar Respublikası mövcud olduğu halda, Dağlıq Qarabağın 140 minlik erməni əhalisinə geniş muxtariyyət teqdim etməyə hazır olduğunu bildirdiyi zaman, o dövrdə bir milyondan artiq olan (indi 1,5-2 mln. arası) talış xalqının muxtariyyəti olan,- Talış-Muğan Muxtar Respublikasını tanımadı və de-facto zorən  ləğvinə nail olsa da, yuridik qərar verilməsindən yayınıldığından de-yuri qalır, var(de-jure TMMR-sı öz Muhacir Höküməti simasında imkanlar səviyyəsində, fəaliyyətdədir)! 
Halbuki, bu muxtariyyət, Qarabağ cəbhəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda, minlərlə şəhid olan talış balalarının timsalında, Azərbaycan Respublikasının Talışlara olan qan borcu idi. 

TMMR-ın quruculuğunda, bu və ya digər formada iştirak edən yüzlərlə insan həbs edildi, repressiya və təqiblərə məruz qaldı, bəzi hallarda isə öldüruldü. 
Ən acınacaqlı hal odur ki, Azərbaycanı sivil dövlətlər arasinda biabırçı vəziyyətə salan bu proses, 27 il ötməsinə baxmayaraq, indinin özündə belə, davam etməkdədir. O zaman həbs edilməyənlərin, bu gün həbsi həyata keçirilir və F. Əboszodə olayları buna, bariz nümünədir. 63-yaşında olan bu, Talış alim, jurnalist və siyasətçiyə Azərbaycanda xalqımızın gözünü qorxutmaq meqsedi ile nümayişkəranə formada 16 il həbs cəzası verilmişdir, amma bu insident əks təsir effekti verərək, talış xalqını öz milli hüqüqları uğrunda mübarizə yolunda dahada əzmkar etdi! 
Yaşasın Taliş-Muğan Muxtar Respublikası!
 Taliş-Muğan Muxtar Respublikası Xalq Məclisinin spikeri Fəxrəddin Əboszodəyə azadlıq! 
Talış blogeri Elvin İsayevə və talış fəalı Aslan Qurbanova azadlıq!
 Hörmətlə,
 TMMR-ın Prezidenti 
Ə.Hummətzodə.
                                                                                07.08.2020
Category: XƏBƏRLƏR | Views: 725 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
N$)?>
Подписка: 1 Код *: