12:20
Azərbaycan talışları: Öz dilimizdə oxumaq istəyirik!
Azərbaycan talışları: Öz dilimizdə oxumaq istəyirik!
By Meydan TV

Hilal Məmmədov: “Dövlət üzərinə götürdüyü azsaylı xalqlar haqqında qanunu qəbul etməlidir”

...Talışlar Azərbaycanın cənub zonasında - Azərbaycan və İran sərhədində məskunlaşmış qədim azsaylı xalqdır. Bəzi mənbələrə görə talışların sayı 271 mindən 619 minədəkdir. Talışların böyük hissəsi Astarada (müxtəlif mənbələrdən 149 min) və İran şəhərlərində - Zəncan və Ərdəbildə yaşayırlar. Azərbaycanda yaşayan talışlar saylarına və yaşadıqları əraziyə görə ikinci böyük millət sayılırlar (112-119 arasında). Talışlar ölkənin Lənkəran, Astara, Masallı, Lerik və Biləsuvar royanlarında sıx məskunlaşıblar. Bəzi mənbələr talışların 13 müxtəlif ölkədə məskunlaşdığını bildirirlər.

Qafqaz elementləri ilə zəngin olan talış dili hind-avropa dil qrupunun İran qoluna aiddir. Azərbaycanda yaşayan talışların çoxu ikidillidir – doğma talış dili ilə bərabər Azərbaycan dilində də sərbəst danışırlar. Talışarın yaşadığı bölgə öz rütubətli subtropik iqliminə görə fərqlənir. Talışların mədəniyyəti, adətləri və məişəti azərbaycanlılara  bənzəsə də, öz spesifik xüsusiyyətlərinə malikdir. Zəngin talış mətbəxində düyü və balıq yeməkləri daha çox üstünlük təşkil edir. Əhalinin əsas məşğuliyyəti heyvandarlıq, balıqçılıq, əkinçilik və xırda ticarətdir.

Baxmayaraq ki, talışlar Azərbaycanın ən böyük etnoslarından biridir, onların öz dilində təhsil alma imkanı, televiziya və radioları mövcud deyil (Lənkəran, Lerik və Astaranın bəzi məktəblərində 4-cü sinfə qədər talış dili həftədə bir saat tədris olunur – red.).


Azərbaycandakı talışlar necə yaşayır?

Zəhra Xəlilovanın 117 yaşı var. O, cənubda -  talışların sıx yaşadığı Lənkəran şəhərində yaşayır. O, bütün ömrü boyu çalışıb.  Yaxın zamanlaradək xörək bişirir, ev işləri ilə məşğul olur, bostanda işləyir, inək sağıb pendir və yağ düzəldirdi. Sovet dövründə işləyərkən Zəhra çalışıb ki, bütün uşaqları oxusun, təhsil alsın. Uzunömürlü olmasının səbəbini fiziki zəhmətdə, bölgənin malik olduğu təmiz havada və heç vaxt yemədiyi çörəkdə görür. O, yalnız düyü ilə qidalanıb. Zəhranın yaşı gülərüz talışların yaşadığı, mülayim iqlimli, bol məhsullu və zəhmətkeş insanlarla dolu olan bu bölgə üçün tipikdir.

Mən bu kənddə doğulub boya-başa çatmışam. Yaşadığım ev yaşca məndən balacadır.

70 yaşlı Qərib Qəribovun sözlərinə əsasən, o, anadan olandan Lənkəranın Veravul kəndində yaşayıb. O, talışların necə yaşadıqları və adətləri haqqında danışır : “Mən bu kənddə doğulub boya-başa çatmışam. Yaşadığım ev yaşca məndən balacadır. Gündəlik həyatda nadir halda Azərbaycan dilində danışırıq. Burda hamı talış dilində danışır. Azərbaycan dilində, daha doğrusu, türk dilində yalnız başqa şəhərlərə və ya paytaxta gələndə istifadə edirik. Bizim öz dilimizdə çoxlu mahnılarımız, şeirlərimiz var”.

Qərib Qəribov həm də həvəslə talışların bağlı olduğu məişət həyatından da danışır: “Bizim özümüzə məxsus, hələ də bugünə kimi istifadə etdiyimiz məişət əşyalarımız var. Məsələn, bu küpün adı “nehrədir”. Onun içində biz süddən yağ düzəldirik. Onun yanındakı isə “səhəngdir”. Səhənglə qadınlarımız bulaqdan su gətirirlər. Bu yerdəki palaz qamışdan hörülüb. Ona siz “həsir”, biz isə talış dilində “tomo” deyirik. Bu, ancaq talış zonasında hörülür. O isə “dizədir”- düyü üçün qazan. Talışlar çox miqdarda düyü becərir və yeməklərində onu geniş tətbiq edirlər”.

Eyni kəndin başqa sakini daha çox yerli əhalinin problemlərindən danışır. İxtisasca suvaqçı-restavrator olan Vaqif Sovet dövründə dövlət elmi-restovrasiya istehsalatında çalışmışdı.  Sovetlər Birliyinin dağılması ilə əlaqədar olaraq, o, öz işini itirməli olub. Uzun illər Rusiyada qazanc məqsədilə səfər edib. Sonuncu dəfə yeddi ay əvvəl doğma kəndinə qayıdıb, yenidən işsizliklə rastlaşıb: “Çoxsaylı səylərimə baxmayaraq, özümə hələ də iş tapa bilməmişəm. Əvvəllər Lənkəranda balıqçılıq təsərrufatı, avtobazalar var idi. İndi onların heç birisi çalışmır. Kim necə bacarırsa, elə də baş çıxarır. Cavanlar qazanc dalınca Rusiyaya, Bakıya gedir. Dövlət bizə heç bir kömək göstərmir. Kommunal xərclər bahalanıb. İşıq fasiləsiz olsa da, qiyməti bahadır. Qaz üçün çox böyük məbləğ ödəməmək üçün şəxsən mən həyətimdəki bütün ağacları kəsib evdə yandırmışam”.

Çoxsaylı səylərimə baxmayaraq, özümə hələ də iş tapa bilməmişəm... Kim necə bacarırsa, elə də baş çıxarır.

İşsizlik və bahalı kommunal xidmətlər talışların əsas problemi deyil (Məcburi köçkünlər və digər imtiyazlı şəxslər istisna olunmaqla, ölkədə kommunal güzəştlər yoxdur və bu, milliyyətindən asılı olmayaraq hər kəsə şamil edilir - red). Vaqif deyir ki, sovetlərin dağılmasından sonra onlar milli azlıqlara şamil olunmuş beynəlxalq hüquq normalarını əsas tutaraq, öz dillərində təhsil və mədəni muxtariyyət tələb edirlər. Bu tələblərinə isə dövlət tərəfindən məhəl qoyulmur. Onun dediyinə görə, bəzən hakimiyyəti onların şiə məzhəbindən olmasıdan savayı “talış” adı da qıcıqlandırır.

“Biz öz dilimizdə təhsil ala bilmirik. İş o yerə çatıb ki, market, dükan, restoran adlarında “talış” və ya Lənkəran sözünü dəyişdirməyə məcbur olmuşuq. Biz şiə məzhəbinə inanırıq və öz müqqəslərimizə hörmətlə yanaşırıq. Lakin bizə bəzi dini günləri və mərasimləri qeyd etməyi qadağan edirlər (Aşura günü küçə yürüşləri nəzərdə tutulur - red). Çox maraqlıdır ki, nəyə görə mənim uşağıma məktəbdə ingilis, rus, alman, fransız dili öyrədirlər, lakin doğma dilini öyrənməyə icazə vermirlər?”

Talışlar Azərbaycanın ictimai həyatında həmişə aktiv iştirak ediblər. Yerli camaatla uzunmüddətli assimilyasiya olunmasına baxmayaraq, talışlar öz dillərini və adətlərini qorumağa nail olmuşlar.

Ümumilikdə təəssüflə demək olar ki, Azərbaycanda insan hüquqları ilə bağlı böyük problemlər var.

Hilal Məmmədov Azərbaycandakı talış icmasının nümayəndəsidir və  2011-ci ildə hakimiyyət tərəfindən bağlanan “Talışo sədo” (Talışların səsi) qəzetinin redaktorudur. Bundan başqa, o, talış mədəniyyətinin araşdırılması ilə də məşğuldur. Sosial şəbəkələr vasitəsilə o, talışların tarixi, mədəniyyəti və talış dili haqqında insanlara informasiya ötürür. O deyir ki, mədəni muxtariyyət və öz dillərində təhsil almaq hüquqlarına görə mübarizələrini davam etdirirlər. Bu tələblərlə çıxış edən və aktiv mübarizə aparanları isə dövlət həbs  edir və ya müxtəlif təzyiqlərlə hədələyir.

2012-ci ilə H. Məmmədova evindən tapıldığı iddia edilən 33 qram heroinə görə Cinayət Məcəlləsinin 234-cu maddəsi ilə cinayət işi açılıb. İyul ayının 4-də ona millətlərarası münasibıtlərin pozulmasına və dövlətə xəyanətə görə yeni ittihamlar irəli sürülüb.  “Amnesty International” və “Human Rights Watc”  kimi beynəlxalq təşkilatlar H.Məmmədovun həbsini siyasi motivlər əsasında olmasını bəyan etdi. AŞPA-nın Azərbaycandakı siyasi məhbuslar üzrə xüsusi məruzəçisi Kristof Ştresser onun adını ehtimal olunan siyasi məhbuslar siyahısına əlavə etmişdi. 2013-cü ildə məhkəmə qərarı ilə o, günahkar elan olunub və 5 il müddətinə azadlıqdan məhrum edilib. 2016-ci il, mart ayının 17-də o, Azərbaycan Respublikası Prezidentinin  qərarı ilə əfv edilib (Hilal Məmmədovun müdafiəsində yerli hüquq-müdafiə təşkilatları, siyasi partiyalar da fəal iştirak ediblər - red.).

H. Məmmədovun sözlərinə əsasən, Azərbaycan cəmiyyətinə aid olan bütün problemlər talışlara da aiddir. “Ümumilikdə təəssüflə demək olar ki, Azərbaycanda insan hüquqları ilə bağlı böyük problemlər var. Təbii ki, bu problemlər arasında milli azlıqların hüquqları ilə bağlı problemlər də var”. H.Məmmədov xatırladır ki, 2000-ci ildə Azərbaycan AŞPA-da çıxış edərkən milli azlıqlar haqqında iki il ərzində qanun qəbul edəcəyini öz öhdəliyinə götürmüşdü.  Lakin bugünə kimi heç bir qanun qəbul olunmayıb.

Bundan başqa, H.Məmmədov talışların rəsmi statistikası ilə də razı deyil: “Rəsmi statistikaya görə, Azərbaycanda yüz minədək talış yaşayır. Lakin real rəqəmlər təqribən on dəfə çoxdur”.

Bütün bunları nəzərə alaraq demək olmaz ki, işə götürən zaman talışlar hər hansı bir diskriminasiya ilə rastlaşırlar.

Onun dediyinə görə, talışların Azərbaycanda yaşayan digər xalqlarla heç bir problemi yoxdur. Lakin dövlət səviyyəsində problem çoxdur: “ Məsələn, bizdə gündə heç olmasa bir-iki saat talış dilində verliş yayımlayan televiziya və ya radio kanalları yoxdur. Bir qəzet var idi, onu da bağladılar. Doğrudur, çox çətində olsa, başqa bir qəzet yayınlayırıq. Talışların Respublika Mədəniyyət Mərkəzi var, lakin bu sıradan olan adi bir formal dövlət təşkilatıdır və praktiki olaraq fəaliyyət göstərmir”.

Təhsil Nazirliyinin proqramı əsasında talışların sıx məskunlaşdığı rayonlarda birinci sinifdən dördüncü sinfədək talış dilində dərslər keçirilməlidir. Lakin Hilal Məmmədovun sözlərinə əsasən, praktikada bu tətbiq olunmur. Dərslər ya formal olaraq keçirilir, ya da “əmək” dərsi kimi azəhəmiyyətli dərslərlə əvəz olunur: “Talış dilini öyrənmək üçün dərs vəsaitləri indiyə kimi cəmi bir dəfə, 2005-ci ildə nəşr olunub. Lənkəran Dövlət Universitetində talış dilini tədris edən müəllimləri yetişdirən fakültə, kafedra mövcud deyil. Bütün bunları nəzərə alaraq demək olmaz ki, işə götürən zaman talışlar hər hansı bir diskriminasiya ilə rastlaşırlar”.


"Talış dilində nə televiziya, nə radio var"

O, hesab edir ki, bu problemi həll etmək üçün dövlət ilk öncə üzərinə götürdüyü azsaylı xalqlar haqqında qanun qəbul etməlidir: “ Bu cür təkliflər bir necə dəfə parlamentdə müzakirəyə qoyulub, lakin təəssüf ki, hələ qanun qəbul olunmayıb. Bu qanun milli azlıqların hüquq və öhdəliklərini müəyyən edər və bir necə problemlərin həllinə səbəb ola bilərdi”.

Baş redaktorun sözlərinə görə, ana dilində təhsil, televiziya və radio kimi məsələlərlə bağlı bir sıra problemlərin olmasına baxmayaraq, talışlar ölkənin ali məktəb ocaqlarına və iş yerlərinə qəbulda hər hansı bir maneələrlə qarşılaşmırlar.  Hakimiyyətə qarşı loyal olan talış milliyyətli mədəniyyət xadimləri isə – xüsusən musiqiçi və mügənnilər hakimiyyətin, televiziya və kütləvi informasiya vasitələrinin diqqətində qalmaq üçün  talışların problemləri barədə danışmağa elə də həvəsli deyillər.




Source: Meydan TV

Talışların öz muxtariyyətini yaratma cəhdi sonuncu dəfə 1993-cü ildə baş tutub. 1993-cü il iyun ayında polkovnik Sürət Hüseynov Əbülfəz Elçibəyin başçılıq etdiyi Xalq Cəbhəsi hakimiyyətini deyirməyə cəhd göstərdi. Fəxrəddin Abbaszadə (qondarma Talış-Muğan Muxtar Respublikası parlametinin sədri) öz xatirələrində yazır ki, Ələkrəm Hümmətovun başçılığı ilə Sürət Hüseynova dəstək üçün hamıdan birinci talışlar ayağa qalxdılar. Və iyunun 21-ri Lənkəranda toplanmış talış batolyonunun komandirləri A. Hümmətovun başçılığı ilə Talış-Muğan Muxtar Respublikasını elan etdilər. Bu “respublikanın” tərkibinə Azərbaycan respublikasının yeddi cənub rayonu daxil olundu. Məclis yekdil olaraq  A. Hümmətovu TMMR-ın prezidenti seçdi.

Bu “respublika” cəmi iki ay fəaliyyət görsətdi. Avqust ayının 23-də TMMR öz fəaliyyətini dayandırdı (daha doğrusu, yerli əhalinin hücumu ilə devrildi). A. Hümmətov 1993-cü ildə həbs olunaraq 2003-cü ildə prezident İlham Əliyev tərəfindən əfv olundu və Azərbaycan Respublikası vətəndaşlağından məhrum edilib Hollandiyaya qohumlarının yanına göndərildi.

Amma heç bir halda bu müzakirələri qadağan etmək olmaz. Bu, “qadağan olunmuş meyvə” təhlükəsi yarada bilər.

“Hökumətin milli azlıqlara bu cür münasibətini separatizm qorxusu kimi dəyərləndirmək olar - mövcud olduqları dövlərdə talışlar bir necə dəfə öz dövlətlərini qurmağa cəhd ediblər”. Politoloq Hikmət Hacızadə bu hadisəni hakimiyyətin “qorxulu yuxusu” adlandırır və bu qorxunu əsassız saymır: “O region onsuz da İran şiəliyinin təsiri altındadı və ona görə də hakimiyyətin bu qorxusunu başa düşmək olar. Səmərəli durum yaransa, Rusiya, İran və Ermənistan öz maraqları üçün talışlardan istifadəyə cəhd edə bilərlər”.

Başqa bir politoloq Zərdüşt Əlizadə isə hesab edir ki, separatizm idayası əhalinin sosila-iqtisadi problemlərinin demokratik həlli mexanizminin olmaması müddətincə mövcud olacaqdır: “İşsizliyin yüksək həddi, ədalətsiz məhkəmələr, sosial liftlərin olmaması, milli mədəniyyətlərin məhdudlaşdırılması separatçılığın əsas mənbələridir. Bu neqativ faktorlar mövcud olduqca, hansısa kənar qüvvənin sparatizmin dağıdıcı gücünü oyadıb istifadə etməsi təhlükəsi də mövcud olacaq”.

Politoloq həm də hesab edir ki, hakimiyyətin güclü idarəciliyi olduğu müddətcə, separatizm cəhdləri o qədər də qorxulu deyil: “Bu mövzunu daim ideoloji və siyası diskusiyaların məhdud çərçivəsi altında saxlamaq olar və bu lazımdır. Amma heç bir halda bu müzakirələri qadağan etmək olmaz. Bu, “qadağan olunmuş meyvə” təhlükəsi yarada bilər”.


Talış folkloru

Redaksiyanın qeydi:

  • Azərbaycan dilinin izahlı luğətində qeyd olunur: “Milli-mədəni muxtariyyət dedikdə hər hansı dövlətin azlıqda olan etnik birliyinə dil, təhsil və mədəniyyət sahəsinə aid məsələlərin həllində verilən müstəqillik, muxtariyyətin bir növü nəzərdə tutulur”.
  • Keçmiş prezident Əbülfəz Elçibəy 16 sentyabr 1992-ci ildə Azərbaycan Respublikasında yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətinin inkişafı üçün dövlət yardımı haqqında Fərman imzalayıb (http://www.e-qanun.az/alpidata/framework/data/7/f_7762.htm).
  • 2001-ci ildə Azərbaycan Respublikası Avropa Şurasının Regional və ya azlıq dilləri haqqında Avropa Xartiyasını imzalayıb.
  • Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinə əsasən, Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən və mənşəyindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqların bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.
  • Konstitusiyasının 44-cü maddəsinə əsasən, «hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz».
  • 1992-ci il oktyabrın 7-də qəbul olunmuş «Təhsil» haqqında Qanunun 6-cı maddəsi və «Dövlət dili» haqqında Qanunu 3-cü maddəsinə əsasən təhsil milli azlıqların müxtəlif dillərində verilə bilər.
  • 2007-ci il yanvar ayının 10-da Azərbaycan Respublikası Milli azlıqların qorunması haqqında Avropa Şurasının Çərçivə Konvensiyasına ikinci dövrü hesabatını təqdim edib. Məşvərətçi Komitə ölkə hesabatındakı, eləcə də 2007-ci il sentyabr ayının 10-14-də Bakı və Lənkərana baş tutmuş səfər zamanı əldə edilmiş məlumatlar əsasında 2008-ci ilin yanvar ayında Azərbaycana dair ikinci rəyini hazırlayıb.
  • Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə (http://anl.az/down/Azsayli_xalqlar.pdf), ölkə insan haqları və milli azlıqların müdafiəsi ilə bağlı 50-dən çox beynəlxalq konvensiyaya qoşulub. Azərbaycanda milli azlıqların məsələləri ilə məşğul olan 50-yədək qeyri-hökumət təşkilatı, mədəniyyət mərkəzləri, xeyriyyə cəmiyyətləri və s. İctimai birliklər fəaliyyət göstərir. Azərbaycanda yaşayan etnik icmaların dilində 15-dən, rus dilində isə 30-dan çox qəzet və jurnal nəşr olunur. Telekanallarda, milli azlıqların etnik-mədəni həyatı, etnoqrafiyası barədə müntəzəm materiallar hazırlanır. Milli azlıqların sıx yaşadığı 5 bölgədə isə yerli teleradio kanalları fəaliyyət göstərir.
  • “Talış Mədəniyyət Mərkəzinin fəaliyyəti nəticəsində Lənkəran-Astara bölgəsinin müxtəlif yaşayış məskənlərində, mədəniyyət evlərində milli rəqs və mahnı kollektivləri yaradılmışdır. Bundan başqa, Azərbaycan milli dövlət radiosunun “Araz” proqramında talış dilində verilişlər hazırlanır. Azsaylı xalqlarla bağlı dövlət tədbirlərindən biri də talış dilində I-IV siniflər üzrə məktəblərin açılmasıdır” – nazirliyin məlumatında bildirilir.
Category: Taliys | Views: 771 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
N$)?>
Подписка: 1 Код *: