11:01 Biz öz dəyərlərimizə sahib çıxmalıyıq , liderimizin arxasınca getməliyik ! | |
Biz öz dəyərlərimizə sahib çıxmalıyıq , liderimizin arxasınca getməliyik ! Dorod sizlərə mənim Talışlarım ! Mübariz Mənsimovun həbs olunmasına səbəb nə oldu? Bu barədə fikirlərimi və həqiqət olanı hamının nəzərinə çatdırmaq istəyirəm ! Bu Feto meto ilə bir əlaqəsi olmayan işdir ! Niyə ərz edim bilin ! Feto məsələsi Türkiyədə hökümətin başında olan fərdlərin nəfsi maraqlarına zidd gedənləri yox etmək üçün düşünülmüş bir vasitədir ! Təkrar edirəm ki, dövlət maraqları üçün yox nəfsi maraqlar üçün !! Bunun tam eynisi elə Azərbaycanda da var! O da nədir erməni ilə iş birliyi ! Elə ,uzağa getməyək, Fəxrəddin Abbaszadəyə heç bir sübutu olmayan ittihamla 16 il iş verdilər nə var nə var Fəxrəddin Abbaszadə ermənilərlə bir yerdə hardasa nəsə deyib .... adın da qoydular vətənə dövlətə xəyanət ,yəni elin gözün kor etmək üçün var deməyə bir söz ... İndi bu Feto da həmən mövzudur ! Mübarizin həbsinin əsl səbəbi onun Talış olmasıdır ! Nə qədər o özünə türk desə də bu onun Talış olması faktını dəyişməz və bunu həm Azərbaycan və həm də Türkiyə höküməti yaxşı dərk edirlər ! Azərbaycan üçün Mübariz böyük təhlükə idi. Bir yandan əhali arasında etdiyi xeyriyyəçilik səbəbindən artan nüfuzu onu hakimiyyətə qarşı güclü rəqib edirdi. Digər yandan hökümət Talışları yaxşı tanıyırdısa Mübarizin öz köklərinə bir gün qayıtmasına az ehtimal vermirdi. Bu isə Talış Milli Hərəkatının böyük Maliyyə dəstəyi alacağını labüd edirdi ki, bunu da hökümət heç istəməzdi. Çünki artıq TMH Azərbaycanda qarşısıalınmaz olacaqdı! Türkiyə üçün : Türkiyə üçün də Mübariz hazır yem idi . Onun türk deyil Talış olması Ərdoğana əsaslı şəkildə ərz olunmuşdu. Hər şeyi dövlət adı ilə özününküləşdirməyə alışmış Ərdoğan , Azərbaycan tərəfdən onun qabağına atılmış bu cür yemdən imtina etməyəcəkdi təbii ki... Gəlir gətirən və güclü büdcəyə malik bir şirkətin milyonçu sahibinin həm şirkətinə həm var dövlətinə əl qoymaq Ərdoğanın sevimli peşələrindəndir ! Üstəgəl əgər deyilənlərə inansaq Rövnəqin vəd etdiyi yatırım ...! Hə Türkiyə üçün bu qədər işlər görmüş bir adama nə deyib də əlindən hər şeyini almaq özünü də yox etmək olar ? Bunun üçün qeyd etdim ki, Ərdoğanın “ Fetoçularla iş birliyi “ kimi əlində ağır bir ittiham vasitəsi var .Amma Mübariz bu Rövnəqlə dost idi unutmamışıqsa ! Bir vaxtlar Rövnəqin Azərbaycan futbolu üçün etdiklərindən ağız dolusu danışardı Mübariz Mənsimov , Rövnəqin cinayətlərini ört basdır etməklə , Rövnəq onun özünü cinayətkar belə deyil Türk dövlətinə təhlükəli bir adam kimi ləkələnməsinə nail ola bilmək üçün hər şey etdi ! Bu yırtıcılarla dostluğun əvvəl axır arxadan bıçaqlanmaqla bitəcəyini görə bilməmək üçün gərək Mübariz Mənsimov olasan ! Beləliklə bir daşla iki quş vuraraq həm Azərbaycan, həm Türkiyə , Mübariz Mənsimov “ fenomenindən “ canını qurtarmış olur, həm bu qurtarış karlı olacaq ! İstərdim bu olanlar bizim Bir Çox Talışlara bir ibrət dərsi olsun ! Nə qədər özünüzün Talış olduğunuzu danıb özünüzə türk və ya qeyri millət desəniz də bu sizin Talış olma həqiqətinizi dəyişməz və əks tərəf də sizi özündən deyil , məhz elə həmişə Talış biləcək ! Və adınız qədər əmin olun ki, millətini dananlara və ələlxüsus özünə əsassız türk deyənlərə heç kəs və heç yerdə hörmət etmir, özünüzü sırımağa çalışdığınız və bu gün hörmətsizliyi sizdən çox haqq edən türklər belə sizə hörmət etməyəcək , nəyi ki, bu gün real görürük ! İnanın adınızla yaşamaq sizə daha çox yaraşandır !!! Odda yanmaz , suda batmaz, güllə batmaz, Talışlığını danıb özünə türk oğlu türk deyən Mübariz Mənsimov bu gün ən azından adi bir müttəhim kimi dindirilir !!! Nə qədər özünə türk dedisə də bu ona kömək eləmədi illah ki, Türkiyədə !!! İndi siz Azərbaycanda özünüzü danıb türk olmaq istəyirsinizsə görün başınıza nələr gələr !!! Bu sizə ibrət olsun !!! Bizlərə gəlincə : Mübariz Mənsimovun bizə etdiyi təhqir və həqarətlərə rəğmən onu tək qoymayacağıq ! Çünki o bir Talışdır ! Biz ki, bunu bilirik ! Əlimizdən gələn hər bir hüquqi və mənəvi köməyi ondan əsirgəməyəcəyik ; çünki o bir Talış övladıdır ! Başına bu gələnləri çox- çox əvvəl bizim əvəzsiz Liderimiz Ələkrəm Hümmətzodə əsl düzgün siyasətçiyə xas olan bilən siyasi bir təhlillə söyləmişdi onsuz və mən hər dəfə 1990 - dan bu günə qədər onun söylədiklərinin bir müddət sonra, birə-bir baş verdiyini görüncə heyrətlənməyə bilmirəm !!! Belə bir Liderim,, Rəhbərim, Prezidentim var deyə qürur duyuram və çox xoşbəxtəm !!! Və yuxarıda qeyd etdiyim sözləri hamıdan əvvəl ondan eşitdim ki, heç nəyə baxmayaraq biz nə Mübariz Mənsimovu nə digər hər hansı bir Talışı tək qoymayacağıq !!! Əziz Talışlarım bu ali insana biz onsuz da layiq olduğu dəyəri verə bilmədik , gəlin heç olmasa özümüz üçün öz sabahımız üçün onun yanında olaq və ona bu çətin işlərində hər kəs bacardığı köməyini əsirgəməsin ! Onun dəmir xarakterli insan olmağı təkbaşına da bu işlərin öhdəsindən gəlməsinə imkan verir və heç vaxt heç kimdən kömək istəməz !!! Amma bizə nankorluq yaraşmaz , çünki o bizim üçün Çalışır , məhz Talışlar üçün , özünün və bizlərin Talış adımız üçün.... !!!!! Sizə hörmətlərlə ...... P.S. Bu yaxında “Rövşən Canıyev ( Lənkəranski) və Mübariz Mənsimov: Putin, Ərdoğan,Əliyev halqası , amma da nə əlaqəsi” adlı bir yazım da çıxacaq ,amma əvvəl məsləhət edəcəyəm , məqbul sayılsa yazaram !!! Bahrouz Ussr Gasymow | |
|
Total comments: 0 | |