Talış olmaqŞahın sonu haqda “Sirli Dolça” adlı bir talış nağılı var. Bir gün şah, gücünü tədricən itirdiyini, yaşlandığını anlayır və hiyləyə əl atır. Elan edir ki, dolçanın içinə ağ və qara daş qoyulsun. Hansı igid ağ daşı dolçadan çıxarsa qızını ona verəcək və taxta oturdacaq, qara daş çıxsa öldürəcək. Hiyləsi də budur ki, dolçaya yalnız qara daşlar qoyulur. Beləcə ölkənin bütün igidləri sıraya düzülür, amma heç kim dolçadan ağ daş çıxara bilmir və boynu vurulur. Beləcə şah ölkədə ona rəqib olacaq hamını bir-bir qırır, dolçanın da “sirr”ini açan tapılmır. Bir gün bir igid hiyləni anlayır və şahın hüzuruna gəlir. Əlini dolçaya salıb özünü elə aparır ki, guya ordan nəysə çıxarıb yumruğunun içində tutur. Daha sonra onu cəld hərəkətlə tullayıb deyir ki, əlindəki ağ daş idi və sevincindən onu göyə atdı. İnanmayanları da dolçanın içinə baxmağa dəvət edir. Dolçanın içindən doğrudan da qara daş çıxır və hamı ona inanır. İgid şahın qızını alıb taxta oturur və dərhal köhnə şahı yalançılığına görə edam etdirir. Maykl, Mika, Boli (Qardaş), Komandir Mikayil Haviyev 60 il !Cəsur komandir polkovnik Mikayıl Hacıyev - 60!
Bu yaxınlarda sosial medialarda qoyulmuş bir foto şəkil gördum. Şəkildə Şərqi Asiya ölkələrinin birində generalitetin bayram nümayişində iştirakı səhnəsi təsvir olunmuşdu. İlk baxışdan düşündüm ki, burada montaj elementləri var. Bir az keçməmiş bizim rəşadətli generalların da oxşar portretləri ilə rastlaşdım! Bu an yadıma rusların "Svadebnıy general" ifadəsi düşdü - rəşadəti, uğuru görə bilmədiyimdən! Elə həmin vaxt daha bir fotoşəkillə rastlaşdım - mülki adam idi, tutduğu vəzifələrini, titullarını sadalamağa bir neçə səhifə, həmin səhifələrin sayı qədər də saatlar lazımdır! Vərəq və zamana hayıfım gəldiyindən üstündən keçirəm. Hər üç foto şəkillərdə oxşar cəhət diqqətimi cəlb etdi: "eksponatlar"ın "xidmət" və "uğur"larına görə aldıqları orden və medallar! Əyinlərindəki hərbi mündir və PENCƏK ölkədaxili və xarici dövlətlərdən aldıqları orden-medallarla elə bəzədilmişdi ki, mündirin və pencəyin rənglərini müəyyən etmək olmurdu. Fotolarda "qəhrəman"ların |