21:07
Dilli yaşadaq, qul olmayaq
Dilli yaşadaq, qul olmayaq.


Hörmətli həmvətənlər , ölkə vətəndaşı sayılanlar:
Türklər, Talışlar, Ləzgilər, Avarlar, Udin və Qarabağ Alban-xristianları və digərləri!
Biz nə qədər bərabərik. Bu gün beynəlxalq Ana dili günüdür, kim hiss etdi, hansısa dövləti qayğısı, ya sadəcə formal bir rəsmiyyət xatirinə çağırışı?
Əksinə, pis xəbərlərin gəlişi davam edir:
Lənkəranda Talış fəalı Vaqif Nəsirov (Kaviəçaş Vaqif) həbs edilib, danışdığına, həmkəndlisini rəsmi hakimiyyət nümayəndələri qarşısında müdafiə etdiyinə görə (anlamayıb ki, "quldur" sərbəst fikir söyləyə bilməz), Masallıda Talış adını uca tutduğuna görə Rəşad Əhmədova, həmkəndlisi, qadın hökümət nümayəndəsi, daha dəqiq İcra hakimiyyətinin kənd nümayəndəsi, təhdid, təhqir etməsi bir kənara, artıq, toxunulmaz sayılmalı olan ailədaxili münasibətlərə burun soxmağa cəhd etməkdədir....
Sonra da deyirlər ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və orada da yaşayanlarıda vətənlərindən didərgin salsınlar, dillərini unutdursunlar...son nəticədə təzyiqlərlə qullaşdırıb, turkləşdirsinlər!
Amma onlar heç də, axmağa oxşamırlar...

İlham Babazade
Category: XƏBƏRLƏR | Views: 483 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
N$)?>
Подписка: 1 Код *: