14:33 DTX Gömrük Komitəsinin əməkdaşlarını həbs edib | |
DTX Gömrük Komitəsinin əməkdaşlarını həbs edib
Əməliyyat zamanı “Mercedes” markalı yük avtomobilində 15 ton tütünün aşkar edildiyi bildirilir Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Gömrük Komitəsinin bir neçə vəzifəli şəxsini saxlayıb. Bu barədə məlumatı DTX yayıb. Bildirilir ki, DTX və Dövlət Gömrük Komitəsi (DGK) Samur Gömrük postunda birgə əməliyyat-istintaq tədbirləri aparıb. Ümumi gömrük prosedur yoxlamasından keçib sərhəddən çıxışa buraxılan 40-BL-400 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı yük avtomobilində 15 ton tütün aşkar edilib: “Baxış zamanı avtomobil başqa ad altında bəyan edilib”. Faktla bağlı Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) maddəsi ilə cinayət işinin açdığı qeyd olunur: “Aparılan cinayət işi üzrə Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin rəis müavini Emin Hüseynov, Kərim Hüseynov və Ramin Əliyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq, məhkəmənin qərarı ilə barələrində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib”. (Meydan TV) | |
|
Total comments: 0 | |