2 saat ·
ƏləkrəmHümmətzodə
Vey hurmətinə Toloşon!
Çox hörmətli Talışlar!
Bu günlərdə bir millət olaraq, bizdən asılı olmayan səbəblərdən, bir Talış övladının, haçansa baş verən, insanlığa sığmayan, vəhşilik nümünəsi kimi qiymətləndirilməli bir əməlin həqiqi sifarişçisi barədə dediklərindən sonra, Ölkədə hakimiyyəti mənimsəmə yolu ilə ələ keçirən prezidentin köməkçisi Əli Həsənov, əlində olan mətbuatın bütün növlərini səfərbər edərək, həmən Talış balasını birbaşa separatçılıqda qınamağa cəhd etdi.
Deməli, ən yüksək səviyyədə biz Talışlara ölkədə, bu ölkəni öz vətənimiz sayaraq, baş verən hadisələrə qiymət vermək, münasibət bildirmək haqqına malik olmaq istəyimiz,-separatçılıqmış!
Prezident səviyyəsində bu səlahiyyətlərdən, yəni fikir, münasibət, rəy bildirməkdən ən azı, məhrum edilmişik!
Biz daima cəhdəyik ki, bir millət olaraq, hansısa ixtiyar və səlahiyyətlərə sahib olaq və onda da, bizi separatçılıqda günahlandırırlar.
Onda, əziz Talışlar, Azərbaycan Respublikası vətəndaşı və bir xalq olaraq, yerimiz hardadır? Hansı haqq və hüqüqlara malikik? Kimik? Hansısa ambisiyalara, istər hazırkı hökümət və müxalifət üçün,- qurbanlıq kimi nəzərdə saxlanılan bir toplummu?
Bizim bu Ölkədə, hesab edirəm, hamıdan, hər kəsdən çox, öz adımızla SÖZ sahibi olmaq haqqımız var, onu zəhmətimiz. qanımızla q a z a n m ı ş ı q !
|