09:49
Heç kimə lazım olmuyan görəsən Talişa niyə lazımdır.

"Azərbaycanlıların və ermənilərin qanları istər-istəməz bir-birinə qarışıb" - Azərbaycanlı oliqarxdan AÇIQLAMA

 


"Rusiyada yaşayan azərbaycanlı gənclər ermənilərə düşmən kimi baxmırlar. Hətta, onlar bir-birlərini sevirlər, bir yerdə oxuyub, oturub-durular. Çünki burada yaşayan erməni gənclər də azərbaycanlılara düşmən kimi yanaşmırlar. Onlar üçün Qarabağ faktoru mühim sayılmır".

Muxalifet.az xəbər verir ki, bu fikirləri demokrat.az-a eksklüziv açıqlamasında Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin prezidenti, Rusiya prezidenti yanında Millətlər Şurasının üzvü, azərbaycanlı oliqarx Söyün Sadıqov bildirib. 

S.Sadıqov deyib ki, Rusiyada yaşayan azərbaycanlı və erməni gəncləri arasında istər-istəməz dostluq münasibətləri mövcuddur:

"Bu gün Rusiyada yaşayan azərbaycanlılarla ermənilər arasında dostluq və normal münasibətlər mövcuddur. Bunu yalandan danmaq olmaz. Hətta, bizim cavanlarımız erməni qızları alırlar. Bunu da müəyyən qədər başa düşmək lazımdır. Çünki azərbaycanlılar və ermənilər tarixən bir yerdə yaşamış xalqlardır, qanlarımız istər-istəməz qarışıb. Ermənilər ömrü boyu Azəri türklərinin altında olublar. Hələ 30-50 il əvvəl Qarabağ problemi ortaya çıxmayana qədər azərbaycanlıların çoxu erməni qızları ilə evlənirdilər. Bakıda nə qədər insanın anaları və həyat yoldaşları erməni olan kişilərimiz var. Bunun da konkret səbəbləri olub. Azərbaycanlılar və ermənilər arasında yeganə problem Qarabağ münaqişəsidir. Bu münaqişəni də SSRİ deyil, ABŞ özü yaradıb. Sadəcə olaraq sonradan Rusiya təzyiq aləti kimi istifadə etmək üçün Qarabağ münaqişəsinin həllinə mane olub. Yoxsa bu münaqişə nə azərbaycanlıların, nə də ermənilərin marağında deyildi. Ermənilər bu münaqişəyə qədər azərbaycanlılarla çox mehriban şəraitdə yaşayıblar. Onların nəyinə lazım idi ki, belə problem olsun?".

İş adamı həmçinin qeyd edib ki, azərbaycanlıların öz ailə kökünə möhkəm bağlılığı onun dünyada güclü diaspora qura bilməməsinə səbəb olur:

"Bizim millət heç zaman güclü diaspor kimi formalaşmaq istəməyib. Bunun da konkret səbəbləri var. Misal üçün, bizim millətdə övlad anadan olandan sonra valideyn öz yanında onun üçün də ev tikir ki, atadan, anadan uzaqlaşmasın. Valideyn övladını hərbi xidmətə göndərir, sonra geri qayıdanda da yaşamaq üçün öz yanında saxlayır. Amma ermənilərdə, yəhudilərdə və digər millətlərdə belə ənənə yoxdur. Erməni hara köçürsə, dərhal həmin yerdə özünə məskən salır. Daha bizim kimi "mənim doğulduğum yer haradırsa, orada da dəfn olunmalıyam" prinipi ilə hərəkət etmir. Siz fikir verin, dünyanın hər yerində erməni qəbiristanlığı mövcuddur. Ermənilər bunu məqsədli şəkildə edirlər ki, sabah həmin yerlərə də ərazi iddiaları irəli sürə bilsinlər. Yüz-iki yüz il sonra ermənilər iddia edəcəklər ki, erməni qəbisitanlığı olan yerlər bizimdir".

Views: 896 | Added by: tmmrtalish | Rating: 5.0/1
Total comments: 0
N$)?>
Подписка: 1 Код *: