İsa Peyğəmbərin doğum günü qeyd olunur
.
Hər il xristian aləmi İsa Peyğəmbərin anadan olmasını dekabr ayının 25-də qeyd edir. Baxmayaraq ki, 1 həftə sonra yeni təqvim ili olur, yenə də 25 dekabr təntənəli surətdə qeyd olunur. İsa peyğəmbərin mövlud günü yeni ilin ilk günlərinə təsadüf edir. Həzrət İsa ülul-əzm peyğəmbərlərdən biridir. Nuh, İbrahim, Musa, İsa və Məhəmməd peyğəmbər Allahın təyin etdiyi böyük və mühüm peyğəmbərlərdəndir.
Allahın peyğəmbərlik və kitab verdiyi, bəşərə ibrət dərsi və aləmlərə möcüzə etdiyi Məryəm oğlu İsanın doğuluşu da Rəbbimizin qüdrətindən doğan ilahi bir nemətdir. Hələ körpə ikən Allahın verdiyi nitq ilə Onun birlik və varlığına, anası Məryəmin ismətli olmasına şəhadət verən, xəstələri sağaltması və ölüləri diriltməsilə dövrünün həkimlərini mat qoyan, öz ümmətinə sevgi, məhəbbət aşılayan, özündən sonra gələcək peyğəmbər (Hz.Məhəmməd) barədə ümmətinə müjdə verən müqəddəs bir bəşərin dünyaya Rəbb sözü ilə gəlməsi, Yaradanın sonsuz hikmətindən bir nümunədir. İsa (ə)-nin təbliğindən qorxuya düşən o dövrün hökmdarı I İrod isə onun öldürülməsi məqsədilə iki yaşa qədər olan oğlan uşaqlarının hamısının məhv edilməsini əmr etdi. Göründüyü kimi dünya öz ədalətsiz prinsipinə sadiq qalaraq, növbəti peyğəmbəri də hələ körpə ikən ölüm və işgəncə hökmü ilə qarşıladı.
Quranda İsa (ə) fenomeni çox yüksək qiymətləndirilir və bu Peyğəmbər bütün bəşəriyyətdəki insanların rəğbətini, məhəbbətini qazanan bir insandır. Onun haqqında çoxlu filmlər, kitablar, və s. əsərlər yaradılıb.
|