00:45
II bölmə X əsr ərəb müəllifləri Talış haqqında
II bölmə X əsr ərəb müəllifləri Talış haqqında

IX əsrdən başlayaraq Abbasilərə qarşı baş verən xalq azadlıq hərəkatları xilafəti zəiflədirdi. Feodal münasibətlərinin möhkəmlənməsi ilə Xilafətin mərkəzdən uzaq olan ucqarlarında hakimlərin müstəqilliyi artır, ərəblərin yaratdığı əmirliklərdən fərqli olaraq müstəqil xırda feodal - əmirlikləri yaranırdı. Müstəqil əmirliklərə rəhbərlik edən şəxslər bir zamanlar buraya elə ərəb xəlifələri tərəfindən təyin olunmuş nəsillərin zaman keçdikcə yerliləşən nümayəndələri idilər. Azərbaycan tarixçisi Tofiq Mustafazadə bu prosesləri belə əks etdirir. “Onların əsasını qoyduqları feodal nəsilləri zaman keçdikcə özlərinin ərəb mənşəyini itirir , yerli xalqlarla qarışırdılar.”38. Bəhs olunan dövrdə şimallı-cənublu Azərbaycan ərazisində bəzi kiçik dağlıq ərazilər istisna olmaqla hər yerdə xalq islamı qəbul etmişdi. “Artıq X əsrdə Azərbaycanın demək olar bütün şəhərlərində came məsçidləri vardı, hətta X əsrin məhşur coğrafiyaşünas səyyahı əl-Müqəddəsi şəhəri kənddən" 38 T. Mustafazadə.
   Ümumi tarix, II cild, B ., s. 65. Ərəb müəllifləri Talış haqqında -32- fərqləndirən əsas cəhəti məhz hər hansı yaşayış yerində came məsçidinin olmasında görürdü.”39 Azərbaycan ərazisində IX-X yüzilliklərdə Şirvanşahlar, Sacilər, Salarilər, Rəvvadilər, Şəddadilər dövlətləri mövcud olmuşdur. IX əsrin sonu - X əsrlər Azərbaycan tarixinə aid ilk fundamental əsərlərdən birinin müəllifi, tarix elmləri doktoru, professor Məmmədəli Şərifli bu dövlətlərin yaranma əhəmiyyətindən danışarkən yazırdı: “Altı yüz ilə qədər davam edən Sasani və Ərəb əsarətindən sonra yerli dövlətlərin - Şirvanşahlar, Sacilər, Salarilər, Rəvvadilər, Şəddadidlər dövlətlərinin yaranması Azərbaycan dövlətçiliyinin dirçəlməsi baxımından böyük əhəmiyyətə malik id i.” Taylasan torpaqları Şəddadilər dövləti istisna olmaqla qısa müddətli olsa da adı çəkilən digər dörd dövlətin tərkibində olmuşdur. Lakin bu dövlətlərdən ikisinin - Cənubi Taylasan - Deyləm hakimləri içərisindən çıxmış Salarilər və Ərdəbil hakimləri olan Rəvvadilərin tarixi ilə Taylasan torpaqlarının tarixi daha çox bağlı olmuşdur. Məlum olduğu kimi, Azərbaycan torpaqlarını ilk dəfə vahid dövlətdə birləşdirən sülalə Sacilər olmuşlar. Mənşəcə Orta Asiyanın türk tayfalarının nəsillərindən olan Sacilər sülaləsinin banisi Əbu-s Sacın adı ərəb mənbələrində ilk dəfə olaraq Babəkin əsir alınıb Bərzəndə (“Kafirlər  qapısına”) - Afşinin iqamətgahına gətirilməsi ilə əlaqədar çəkilmişdir. Ehtimal etmək olar ki, Xürrəmilər hərəkatının və Məzyər üsyanının yatırılmasına görə Sacilərə mülk olaraq verilən torpaqlar sırasında Taylasan və Təbəristan torpaqlarının bir hissəsi də olmuşdur. Böyük Sacilər dövlətinin yaradıcısı isə Əbu Sac oğlu Məhəmməd hesab olunur. O, xəlifə tərəfindən 889-ci miladi ilində Azərbaycanın hakimi təyin olunmuşdu.
   Məhəmməddən sonra hakimiyyətə gəlmiş Yusifin dövründə Sacilər dövlətinin ərazisi qərbdə Ani və Dvin şəhərlərindən başlamış şərqdə Xəzər dənizinədək, cənubda Zəncandan şimalda Dərbəndədək (Bab əlƏbvab) olan torpaqları əhtə etmişdir. Ehtimal ki, bu dövrdə Taylasan torpaqları Sacilərin tam asılılığında idi. “Beləliklə, Sacilər daha zəif qonşuların mülklərini birləşdirərək güclü dövlət yaratmağa nail oldular.”40 Sacilər dövlətinin hakimiyyəti dövrü Taylasan torpaqlarının həyatında nisbətən durğunluq dövrü kimi xarakterizə oluna bilər. Çünki, Xürrəmilər hərəkatının yatırılmasından sonra burada çoxlu əhali qırılmış, şəhər və kəndlər xarabazara çevrilmişdi. Əhalinin sayının azalması təbii olaraq birbaşa məhsuldar qüvvələrin inkişafına ciddi zərbə vurdu. Ərəb müəllifləri Talış haqqında 40 Azərbaycan tarixi. 7 cilddə II cildi, B ., 1998, s. 289. -34- Lakin, tezliklə Taylsan torpaqlarının cənub hissəsi, yəni, Deyləm yenidən tarix səhnəsində mərkəzlik rolunu üzərinə götürür . 938-ci ildə Deyləm hakiminin sərkərdəsi Ləşkəri ibn əl-Mərdi Sacilər üzərinə hücum edərək sonuncu Saci hökümdarı Deysəmə tabe yerlərin çoxunu tutub Ərdəbili mühasirəyə aldı. Lakin, bundan xəbər tutan Deysəm Ləşkərinin qoşunlarına arxadan zərbə vurmaqla Deyləm vilayətinin ordusunu darmadağın edir. Bundan sonrakı hadisələr isə “Azərbaycan tarixi”ndə belə əks olunur: “Əvvəlcə Muğana, dostu olan yerli hakimin yanına qaçan Ləşkəri , oradan yardım üçün Gilana gedir . Topladığı min nəfərlik dəstə ilə Deysəmin Araz çayının sol sahilində saldığı düşərgəsinə hücum edən Ləşkəri Sacilərin qoşununu əzə bildi . Reyə doğru geri çəkilən Deysəm şəhərin hakimi Vuşməgirlə ittifaqa girib, Ləşkərinin əleyhinə kürdlərdən və başqa tayfalardan qoşun topladı .”41 Amma adı çəkilən kitabda Ləşkərinin muğanlılardan, Deysəmin isə kürdlərdən kömək istəməsinin səbəbi açıqlanmır. Məlum olduğu kimi, türk-Saci ordusunun məlumatlarını ələ keçirmək üçün İrandilli giləklər və taylasanlılardan deyil, bu zaman Muğanda məskunlaşmış türk tayfalarından istifadə etmək Ləşkəri üçün daha əlverişli idi . Eyni hərbi taktikanı Deyləmlilərə qarşı tətbiq edən Deysəm Saci isə dil cəhətcə giləklər və taylasanlılarla qohum olan kürdləri  öz qoşununun belə demək mümkünsə, “kəşfiyyat sistemi nə cəlb etmişdi. Nəhayətdə, Deyləm ordusunun rəhbəri Ləşkərinin sui-qəsdlə öldürülməsi də bunu sübut edir. Lakin, bütün bunlara baxmayaraq Deyləm hakimi Salar Mərzban ibn Məhəmməd 941-ci ildə Sacilərin torpaqlarına hücum edir. Hakimiyyəti Deysəmdən alaraq, Sacilərin Taylasan torpaqlarındakı təqribən 40 illik ağalığına son qoyur. Qeyd edək ki, bu hadisədə Deysəm Sacinin keçmiş vəziri Əli ibn Cəfərin böyük rolu olmuşdu. Bu və digər daha bir səbəb “Azərbaycan tarixi”ndə belə şərh olunur: “941-981-ci illərdə Mərzban ibn Məhəmməd Sacilərin son nümayəndəsi Deysəmin hökümətində maaliyyə vəziri vəzifəsini daşıyan Əli ibn Cəfərin təhriki ilə Azərbaycana hücum edir. Döyüş zamanı Deysəmin bir çox döyüşçüləri, əsasən kürdlər və deyləmlilər Mərzbanm tərəfinə keçirlər,”42 981-ci ilə qədər Azərbaycanın əsasən cənub torpaqlarını hakimiyyəti altında saxlayan Salarilərin hakimiyyəti həmin ildə Rəvvadilərin (979-1054) hakimiyyəti ilə əvəz olundu .
    Azərbaycanın Xilafət zülmündən azad olması, müstəqil yeni dövlətlərin meydana gəlməsi iqtisadi inkişafın sürətlənməsinə səbəb oldu. O zaman üçün Orta Şərqin ən inkişaf etmiş ölkələrindən biri olan Azərbaycan haqqında X-XI əsrlərin ərəb Ərəb müəllifləri Talış haqqında 42 Yenə orada. coğrafiyaşünas-səyyahları da geniş məlumatlar vermişlər. Azərbaycan haqqında geniş məlumat vermiş digər bir ərəb - coğrafiyaşünası X əsrdə yaşamış Əbu-əl-Həsən Əli ibn əl-Hüseyn ibn Əli əl-Məsudidir. O, ayrıca olaraq Taylasan və ya burada yerləşən şəhərlərin adını çəkməsə də, bütün Xəzərsahili bölgələr kimi bu ərazilərə də rusların basqınları haqqında çox mühüm informasiyalar verir. XIX əsrin holland ərəbşünası İ. X. Kramers əl-Məsudidən bəhs edərkən yazır ki, Məsudi öz dövrünün “ən orijinal coğrafi yazıçısıdır”43. X əsrin əvvəllərində Bağdadda anadan olmuş əl-Məsudi əslən ərəb olmuşdur. Ömrünün əksər hissəsini səyahətlərdə keçirmiş Məsudi 345-ci hicri/965-ci miladi ilində Qahirədə vəfat etmişdir. O, İran, Təbəristan, Gilan, Çin, Seylon, Cənubi Ərəbistan, Suriya və Misiri gəzib dolaşaraq müxtəlif əsərlər yazmışdır. Artıq əminliklə demək olar ki, Məsudinin bəhs etdiyi dövrdə Taylasan torpaqları Deyləm və Gilan vilayətlərinə tabe idi. ƏlMəsudi “Qızıl yuyulan yer və cavarihat mədənləri” əsərində yazır: “Bu çay (Volqa) böyük və bolsuludur. Rusların gəmiləri dənizə səpələndi və Cil (Gilan), Deyləm, Təbəristan, Curcan sahilindəki Abaskun, neft verən torpaq və Azərbaycan istiqamətində olan bütün yerlərə basqın etdilər.
  Deməli, ruslar Xəzərsahili digər vilayətlərlə yanaşı, talışların yaşadığı Deyləm vilayətinə də basqın etmişlər. Məsudi yazır ki, ruslar burada da qan tökür, qadın və uşaqları müxtəli cür vəhşiliklərə məruz qoyur, maldövlətlərini çapıb, yaşayış məntəqələrini xaraba qoyub yandırmışlar. Əsərinin digər bir yerində əl-Məsudi dəniz ətrafında yaşayan xalqların məşğuliyyətləri barədə maraqlı məlumat verərək yazır: “Bu dənizin ətrafında yaşayan xalqlar özlərini itirdilər; çünki keçmişdə onların üzərinə dənizdən basqın edən heç bir düşmən xatırlamırdılar.
   Dənizdə həmişə yalnız ticarət və balıqçı gəmiləri üzürdü.” Əl-Məsudinin öz əsərində adını çəkdiyi əd-Deyləm vilayətindən bəhs edərkən qeyd etmək lazımdır ki, bu vilayət bu gün Iran İslam Respublikasındakı talışların yaşadığı torpaqları əhatə edir. Araşdırmalar göstərir ki, Deyləm vilayəti Gilan, Qəzvin, Zəncan və Azərabycan vilayətləri ilə həmsərhəd idi44. Daha dəqiq desək Deyləm vilayəti indiki İran İslam Respublikasının Tavaleş, Əsalem, Rezvanşəhr, Masal, Fumən məntəqələrini əhatə edirdi45. Əl-Məsudi həmçinin Xürrəmilər hərəkatının baş verdiyi əl-Bəzzeynin yerləşdiyi coğrafi məkan haqqında Ərəb müəllifləri Talış haqqında 44 Bax : Azərbaycan tarixi xəritələri (“Xürrəmilər hərəkatı” adlı xəritə.), B ., 1994. 45 Bax: xəritə “Si ostan İran”, Tehran, 2007. -38- da danışır. O, yuxarıda adı çəkilən əsərində Xəzər dənizinə tökülən çaylardan bəhs edərkən yazır: “Ər-Ras çayı Azərbaycanda Babək Xürrəminin vətəni əlBəzzeyn (ölkəsi) ilə Arran ölkəsinə mənsub olan Əbu-Musa dağı arasında axıb gedir .” Bu məlumat əl-Bəzzeynin talışların yaşadığı torpaqlar, konkret desək Talış dağlarında yerləşdiyini söyləməyə imkan verir. Orta əsr tarixçiləri “Arran ölkəsinə mənsub olan Əbu Musa dağı” yazdıqda Kiçik Qafqaz dağlarının şərq hissəsini, yəni, Qarabağ dağlarını nəzərdə tutmuşlar.
  Talış dağlarından isə şimal qərbə doğru hərəkət etdikdə Araz çayı Əbu Musa - Qarabağ dağları ilə bu ərazi arasında qalır. Buraya Yaqut əl-Həməvinin “Bəzz Azərbaycanla Arran arasında olan bir vilayətdir .”46 fikrini də əlavə etsək, fikrimizin nə dərəcədə əsaslı olduğu açıq-aşkar nəzərə çarpır. ƏlMəsudi əsərində indiki Cənubi Talış (İran İslam Respublikası) ərazisindən Gilana doğru axan Səfıdrud çayı (talış dilinin cənub ləhcəsində “sefıd” - “ağ”, “rud” - “çay”) haqqında da məlumat verir və hətta bu zaman Deyləm şahlığın siyasi tarixinə də toxunur . Məsudi yazır: “Sefldrud çayı Deyləm torpağından, Deyləm şahlarından olan Savar oğlu Salamın qəsri yaxınlığından axır. Sonra bu çay Deyləmdən Cil ölkəsinə axır. Burada deyləm torpağından Şahən-rud (talış dilində “Şahon-ru” - “Şahların çayı”  mənasını verir.) adlı başqa (bir) çay Sefidrud çayına tökülür.” Daha sonra Məsudi yazır ki, bu çayların sahillərində əcəmlərin çoxlu məskəni var. Azərbaycanın görkəmli tarixçisi Nailə Vəlixanlı “IX-XII əsr ərəb coğrafiyaşünas-səyyahları Azərbaycan haqqında” əsərində “əcəmlər” sözünü farslar kimi izah etmişdir. İlk baxışdan nəzərə alsaq ki, orta əsrlərdə “əcəm” anlayışı adı altında farslar nəzərdə tutulmuşdur bu fikrin doğruluğuna inanmaq olar. Lakin nəzərə alsaq ki, indinin özündə də bu ərazidə farslar çox cüzi miqdardadır, onda söylənilən fikir şübhəli görünür. Əslində Məsudi dilləri farsların dili ilə eyni qrupa daxil olan talışları və giləkləri farslarla qarışıq salmış və onları “əcəm” adlandırmışdı. Müəllif dil yaxınlığını oxşarlıq və eynilik kimi qəbul etmişdir. Hətta XIX əsrdə talışların tədqiqi ilə məşğul olmuş P.F.Riss də digər İran dillərindən daha çox talış dilinin fars dili ilə oxşarlığını qeyd etmişdir: «Талышинское наръчие принадлежитъ къ семье иранскихь языковъ. Она ближе всего подходить къ персидскому языку ...»47 Yəni: “Talış dUi İran dilləri qrupuna aiddir. O daha cox fars dilinə yaxındır.” 

41.ardi var
Category: Tarix Ümümi | Views: 631 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
N$)?>
Подписка: 1 Код *: