13:07 LƏNKƏRANIN QƏDİM QƏBİRİSTANLIQLARI | |
LƏNKƏRANIN QƏDİM QƏBİRİSTANLIQLARI1.Siğon qəbiristanlığı.Azərbaycan ərazisi tarixi abidələrlə zəngindir.Azərbayanın hər qarışı bu abidələrlə bəzənmişdir.Demək olar ki doğma Azərbaycanımızın elə bir yeri yoxdur ki orada qədim bir tarix mövcud olmasın.Vətənimizin hər qarış torpağı bu abidələrlə zəngindir.Bu abidələrlə zəngin rayonlardan biri də Lənkəran rayonudur.Rayonun Bəlləbur kəndində yerləşən qədmm,,Sığon,,qəbiristanlığı az tədqiq olunan abidələrdən biridir.Sığon sözü talış dilində ,,daşlar,, deməkdir.Bu qədim qəbiristanlıq öz qədimliyi ilə Azərbaycan ərazisindəki digər abidələrdən seçilir.Hələ Bəlləbur kəndindəki orta məktəbdə 1999-cu ildə müəllim işlədiyim dövrdə mənim marağıma səbəb olmuş və mənim diqqətimi çəkmişdi.Elə bu səbəblərdən də xalqımın və rayonumun qədim tarixini əks etdirən bu abidənin araşdırılmasına maraq göstərdim.O zaman o kənd sakini həm də Bəlləbur məktəbinin müəllimi Hacıağa müəlimdən xaiş etdim ki məni oraya aparsın.O,məni sığon qəbiristanına apardı.Beləki,məlum oldu ki,əvvəllər sahəsi 2 hektardan və 250 qəbir abidəsindən ibarət olan sığon qəbirsanlığı indi bir neçə sot ərazidən və 30 qəbir daşından ibarətdir.Digər abidələr isə fərdi yaşayış evləri tikmək üçün həyətyanı sahə kimi kənd sakinlərinə paylanmış və bunun nəticəsində də abidlərə dağıdılıb yoxa çıxmışdır.Sonra Hacıağa müəllimin evinə getdik o həyətində əlimə bel verib torpağı belləməyi xahiş etdi.Mən də orpağı bellədikcə torpaq altından qədim dövürlərə aid bazubəndlər,bəzəkli muncuqlar və digər arxeoloji materiallar üzə çıxırdı.Çox faciəli bir səhnə idi.Sonra isə yerin altından oksidləşmiş halda bir xəncər tapdım.Bu xəncər tuncdan idi.Bu da bu xəncərin tunc dövrünə aid olduğunu göstərirdi.Çünki apardığım araşdırmalar nətiəsində bu tipli xənərlər Kür-Araz mədəniyyətinin abdəsi olan Naxçıvandakı Kültəpə və Xaçmaz rayonundakı Sərgərtəpə abidəsində tapılmış tunc dövrü xəncərləri ilə eynilik təşkil edirdi.Yerdən tapdığım bəzəkli muncuqlar və bazubəndlər isə İlk Tun dövründə olan qədim dəfnetmə adətləri ilə üstüstə düşür.Çünki məhz tunc dövründə insanları dəfn edərkən onlarla bərabər zinnət əşyaları dəfn edilirdi.Sığon qəbirlərinin içindəki ölülərin hansı şəkildə dəfn olunması ilə hələ tanış deyiləm.Lakin əgər arxeoloji qazıntılar aparılsa onda ölülərin dəfn edilməsindən asılı olaraq onların tarixi haqqında dəqiq və və dəyərli məlumat əldə edə bilərik.Bu ərazi baxımsız halda olduğundan ora daxil olanda ilk əvvəl maraqsız oldu.Lakin Hacıağa müəllim mənə bir-iki metrliyində kol basmış yerləri mənə göstərərək daşların onalrın arasında olduğunu dedi. Ayrı-ayrı ölçüdə olan daşlar müxtəlif istiqamətlərdə düzülüb.Bir neçəsi qəbir formasında yerləşdirilib.Qədim qəbiristanlıq Babər qalasından aşağıda yerləşir.Tarixçilərimizin apardıqları araşdırmalarda Sığon qəbiristanlığı son Tunc və ilk dəmir dövrünə aid edilir.Yerli sakinlərin dediklərinə görə əvvəllər burada hündür qəbir daşları var idi.Qəbir üstündə sağda və solda iki hündür daş olurdu və onların üstündə də qoyulmuş digər daş var idi və orası boş idi.O boş yerdən bir və ya iki nəfər yanaşı keçə bilərdi.İndi isə o böyük mədəniyyətdən xırda bir əsər əlamət belə qalmayıb.Daş qəbirlər o qədər böyükdür ki, buraya yerli əhali ,,Divəlonə,, yəni Divin yuvası və ya ,,Divlərqəbiristanlığı ,,deyirlər.Lakin daş qəbirlər mədəniyyəti tam olaraq araşdırılmayıb.Sığon eyni zamanda ,,ruhların sığındığı yer,,kimi də izah olunur.Babər qalası ilə Sığon arasında cəmi 200 metr məsafə var.Ehtimal ki,bu qəbirsanlıq qala sakinlərinə məxsus olmuşdur.Çünki qalaya yaxın ərazidə ikinci bir qədim qəbi-ristanlıq yoxdur.Ehtimal ki,qala sakinləri yadellilərə qarşı döyüşlərdə həlak olmuş şəxslərini məhz bu qəbiristanlıqda dəfn etmişər.Lakin Tarixşünaslıqda bu barədə az məlumat var.Bunu nəzərə alsaq deyə bilərik ki, qala ilə sığon vaxtı ilə eyni bir qədim şəhərciyə aid olmuşdur.Çünki Rüvaz çayı həm qalaya ,həm də Sığona yaxın bir məsafədən axıb keçir.Deyilənlərə görə o zaman Xəzər dənizinin suyu qalxmış və qalaya qədər gəlmişdir.Qaladan aşağıda isə kiçik şəhərcik və onun limanı olmuşdur. Çünki bir müddət bundan əvvəl o ərazidə qdəim gəmilərin lövbəri aşkarlanmışdır.Bundan əlavə o ərazidə,yəni qaladan aşağıda ,,Vıjorə kəş,, talışca ,,şəhər bir hissəsi,.deyilən yerin olması deyilənlərin həqiqət olma ehtimalını yüzdə altmış artrır.H.Kəlbiyev Sığon qəbiristanlığını e.ə.VII-V əsrlərə aid edir.Sığon qəbiristanlığındakı qəbirləri öz dəfnetmə xüsusiyyətinə görə üç yerə bölmək olar. 1.Qəbirlərdə tapılan oksidləşmiş tunc xənərlər və tuncdan olan bazubəndlər tunc dövrünü əks etdirir. 2.Qəbirlərdə tapılan antik dəmir dövrünə aid olan dəmirdən olan əmək alətləri ilk dəmir dövrünü əks etdirir. 3.Qəbir abidələrin üzərində ərəb yazıları və ümumiyyətlə heç bir yazı və işarə yoxdur.Qəbirlərin islam adət və ənənələrinə zidd olaraq qiblə səmtinə deyil müxtəlif səmtlərə doğ-rudur.Qəbirlərdəki ölülər müsəlman adələrininə zid olaraq kəfənsiz və başqa istiqamələrə dəfn edilmişdir.Qəbirlərdə ölülərlə yanaşı digər bəzək əşyalarını dəfn edilməsi bu qəbir sahiblərinin axrət dünyansına dərin inamının olmasına və axirət dünyasına sitayiş etdiyini sübut edir.Tarixşünaslıqda da ölüləri kollektiv və ya bəzək əşyalarla dəfn olunması adəti Son Tun və ilk dəmir dövrünə aiddir.Buda sığon abidəsinin tunc dövrünə aid olduğunu sübut edir. 4.Qəbirlərin üstündəki qəbir daşlarının həddindən artıq böyük olması və qəbirlərdəki ölü sümüklərinin iki metrdən –artıq olası bu qəbirlərdəki insanların hündürboylu olmasını və ya azman olmasını göstərir.Xalq arasında elə bu səbəbdən dəbu ölülərin divlərlə eyniləşdirməsi həqiqətən də bu qəbirlərin son dəmir dövrünə aid olmasını sübut edir.Beləki divlərə və təpəgözlərən aid qəbir abidləri tarixşünaslıqda e.ə.XI-VII əsrlərə qədər davam etmiş erkən dəmir dövrünə aid olmuşdur.Bu cür tikililəri tarixdə ,,sikloptik tikililər ,, adlndırırlr. 5.Bundan əlavə qəbir abidələrinin həyətyanı sahə kimi ve-rilən hissəsində kənd sakinlər tərəfindən şumlama zamanı tapılmış əmək alətləri misdən olaraq üzərində ərəb yazıları mövcuddur.Bu əmək və məişət alətlərindən biri mənim Bəlləbur məktəbində işlədiyim 1999-cu ildə məktəb rəhbərliyi və kənd sakinlərinin səyi nəticcəsində yaradılmış kiçik tarix müzeyində saxlanılmışdı.Onların içərisində üzəri ərəb yazısı ilə yazılmış bir mis kasaya rast gıldim.Onun üzərində ərəb qrafikası ilə kasanı düzəldən Usta Mahirin adı və kasanın tarixi yazılmışdı.Bu yazıda bu alətin islamdan sonra mövud olduğunu sübut edir. Hazırda Sığon qəbiristanlığı bir neçə sot ərazidə çərçivələşib.Qəbiristanlığın ətrafı isə həyətyanı sahələr və şəxsi evlərlə əhatələnib.Bu evlərin çoxu da son illər tikilmişdir.Yerli əhalinin sözlərinə görə,yaxın keçmişdə Sığon qəbiristanlığı bir neçə hektar sahəni əhatə etmişdir.İndi isə Sığon kiçik bir sahəyə dönüşüb və belə getsə yaxın gələcəkdə qıdim Sığon qəbiristanlığından əsər-əlamət belə qaqlmayacaq.Qeyd etməliyəm ki,Sığon daş-qutu nekropolu 2001-ci ildə Nazierlər kabinetinin qərarı ilə qeydiyyata alınıb,hazırda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yerli əhəmiyyətli tarixi abidə kimi qorunur və invertar nömrəsidə 1526-dır.Çox təəsüf olsun ki,Sığon qəbiristanlığı bu günə qədər restavrasiya olunmayıb və öz sahibini gözləyir.Ümid edirik ki,aidiyyəti orqanlar səsimizi eşidib Sığon abidəsini bu bəladan xilas edəcəklər.Sığon qəbiristanlığının araşdırılması hələ XIX əsrdən başlamışdır.Belə ki,Fransız tədqiqatçısı Jak De Morqan ilk dəfə 1886-1889-cu illərdə Sığona gəlmişdir.Bu abidənin daha qədim olduğunu görən Morqan fransaya qayıtmış və ikinci dəfə 1890-cı ildə Sığon qəbiristanlığına gəlmiş və burada arxeoloji qazıntılar aparmışdır.Qazıntılar nəticəsində tədqiqatçı Morqan yerli əhaliyə pul verərək onları qazıntıya cəlb etmiş və qazıntı amanı 40-yeşik misli görünməmiş qədim tarixi eksbanat və qədim pullar daşınıb Fransaya aparılmışdır.Bununla kifayətlənməyən tədqiqatçı Jak De Morqan 1901-ci ildə öz digər tədqiqatçı həmkarrı olan Fransız tədqiqatçısı Henri ilə yenidən sığon qəbiristnlığına qayıtmış və yenidən kənd sakinlərinə pul verərək onları qazıntı aparmağa razı salmış və qazıntılardan çıxan qiymətli əşyaları özü ilə bərabər Fransaya daşıyıb aparmışdır. Fransaya qayıdan Jak De Morqan Sığon qəbiristanından apardığı əşyalarla elmi-tədqiqat işi yazmış və Sığonda tapılmış arxeoloji tapıntılar əsasında Sığon qəbiristanlığının tarixini 3000-3500 il bundan əvvələ aid etmişdir.Sonra isə Morqan sığdan Fransaya özü ilə daşıyıb apardığı əşyaları Parisdəki Sen-Jermen və Lüvr müzeylərinə təqdim etmişdir.O əşyalar bu günə qədər bu müzeylərdə durur.Vaxtı ilə bir neçə hektardan ibarət olan qədim Sığon qəbiristanlığı baxımsızlıq uzubatından 250 sot ərazidə çərçivələşib.Əgər belə getsə yaxın gələcəkdə Sığon əfsanəyə çevrilb qeybə qarışacaq.(Bax:Aqşin Mistanlı.Siğon qəbiristanlığı.djb,az saytı.20.11.2017.) 1.Bobo Gil qədim qəbiristanlığı.Bobo Gil qədim qəbiristanlığı Lənkəran rayonunun Bobogil yaşayış məntəqəsi yaxınlığında,Bobo Gil ocağının həyətində yerləşir.Qəbiristanlıq meşəlik bir alanda yerləşir.Bu qəbiristanlığın qədimliyi Bobo Gil ocağının həyətinə girən zaman hiss olu-nur.Çünki,antik və orta əsrlərə aid qəbir daşları və qədim məzarlar ərazinin demək olar ki,hər yerində səpələnmiş halda durur.Buobo Gil qədim qəbiristanına ilk dəfə olaraq 1985-ci ildə,hələ mən uşaq ikən nənəmlə birlikdə ziyarətə gedərkən rast gəlmişdim.Uşaq da,olsam qəbirlərin müxtəlif formalı olmaları mənim diqqətimi cəlb etmişdi.Lakin ikinci dəfə 1995-ci ildə,hələ ali məktəbdə oxuduğum müddətdə həmən məzarlığa ziyarətə getdim və bir daha o qəbir daşlarını gördüm.Heyrətimdən donub qalmışdım.Çünki qarşımda bəlkə də Azərbaycanın ən qədim məzarlıqlarından biri mövcudiyyətini saxlayırdı.Burada öz qeydlərimi apardıqdan sonra geri döndüm və bu barədə Aərbaycan Elmlər Akademiyasına muraciət etdim,lakin məzarlığın onların diqqətini çəkmədiyinin şahidi oldum.Bir müddət sonra Danimarkadan xüsusi araşdırma qurupu gəldi.Onlarla bərabər Bobogil qəbirisatnına getdik.Məzarlığı görən Avropalı araşdırmaçı öz heyrətini gizlədə bilmirdi.Biz orada xüsusi qeydlər apardıq və mən isə özümlə apardığım operatorla bütün qədim qəbir daşlarını lentə aldım.Bir müddət sonra isə Danimarkada və Polşada bu haqda xüsusi məqalə dərc olundu.Apardığım araşdırmalar məni rahat buraxmırdı və mən Bobogil məzarlığı haqda djb.az saytında xüsusi məqalə dərc etdirdim.Bunun la əlaqədar məzarlığa üçüncü dəfə gedişim 2016-cı ilin noyabr ayını 16-da oldu.Ora gedən zaman əvvəllər müşahidə etdiyim qəbir daşlarının bir-bir şəklini çəkdim.Lakin maraqlı məqamlarlada rastlaşdım.Elə ona görə də bu haqda oxuculara xüsusi məlumat verməyi özümə borc bilirəm.Bobogil qəbirsanlığı Lənkəran-Lerik şose yolunun 40 km-də Lerik rayonu ərazsində yerləşir.Bobogil ocağı Lənkəran,Lerik və Astara ərazsində yerləşən müqədddəs ocaqlar silsi-ləsini təşkil edir.Tarixçilərin dediyinə görə vaxtilə iranın Gilan vilayətindən Astaranın indiki Əsxənəkəran (o vaxtkı adı Asnaqaran — dəmirçilər) kəndinə köçərək, burada məskunlaşan Niza-məddin Əmir Şahsevər Kəskəri Gilani dəfn olunub.Tarixi mənbələr göstərir ki,, Nizaməddin Əmir Şahsevər Kəskəri Gilani XI əsrdə yaşayıb, dövrünün sərkərdəsi və din alimi olub. Digər bir fərziyyəyə əsasən isə, pirdə dəfn olunan şəxs VII İmam Museyi Kazımın nəvəsidir.O, İranın Gilan vilayətindən köçüb.Şah tərəfindən həmin vilayətdən qovulduqdan sonra burada məskunlaşıb və vəfat edəndən sonra elə burada da dəfn edilib.Lakin o,meşədəki qəbirləri göstərib dediki, deyirlər ki,türbədən aralıda ,meşənin içindəki qəbirsanlıqda deyirlər ki,yəhudi-qəbirləri də var.Bobogil haqda yazan Rahim Zakiroğlu qeyd edir.Cənub zonasının ən tanınmış dini-tarixi memarlıq abidəsi olan Bobogil türbəsinin xarici ölkələrdən belə,ziyarətçiləri olur. Gilani kənd sakinlərinin, eləcə də ətraf yaşayış məntəqələrində yaşayanların hamısının böyük hörmətini qazanan bir şəxs olub.O,İmam Museyi Kazım nəslindən olub və buralarda İslam dinini həm təbliğ,həm də tədris edib.Nizaməddin Əmir Şahsevər Kəskəri Gilani dəfn olunduqdan sonra burda İslamı tədris etdiyinə və yerli camaatı müdafiə edərkən həlak olduğuna görə, zaman-zaman kənd əhalisi onun qəbrini böyük ehtiramla ziyarət edib.İllər keçdikcə də bura böyük Pirə çevrilib.(Bax:Rahim.Zakiroğlu.“CƏMİYYƏT”-10:08.07.09.2016).Bobogil kəndinin adı da türbədə dəfn olunan Əmir Şahsevərlə bağlıdır. Belə ki, Bobogil toponiminin mənası "Gilanlı Baba" kimi izah edilir.Lakin ehtimallara əsasən, burada XII-XV əsrlərdə böyük tikinti kompleksi olub. Bunlar,əsasən xatirə türbələrindən ibarət olmaqla digər tarixi abidələrə xas olan bütün keyfiyyətləri özlərində birləşdirib.Bütün bunlara baxmayaraq nədənsə tədqiqat-çıların çoxu cənub zonasındakı az qala bütün abidələri adında ,,gil,, sözü olduğu üçün aparıb bizimlə heçbir əlaqəsi olmayan gilanla bağlayırlar.Çünki tarixi mənbələrə görə ,,Gil,, tayfası şimali Qafqazda və ya Azərbaycanın şimalında yaşayan ləzgidilli olmuşdur.İngiloylar 26 qədim Alban tayfasından biri olan gellərdir, "gel" sözü də "ingiloy" sözünün ikinci hecasında "gil" kimi öz əksini tapıb.Bu qrupun nümayəndələrindən əsasən müsəlmanlar və çox az hissəsi xristianlar gürcü dilinin cənub dialektində danışırlar.İngiloyların dili gürcü dilinə yaxın(gürcü dilinin cənub dialekti) olduğu üçün onları gürcüdən dönmə hesab edirlər.İngiloyların əcdadları olan qeller orta əsrlərdə dilləri gürcüləşmiş Albaniya tayfaları olmuşlar.Qellərin Qaf-qaz dağlarında və yaxud Şimali Qafqazda yaşadıqları söylənilmişdir.Bəzi tədqiqatçılar qellərin Dağıstanın cənubunda yaşadığını iddia edir. Bəziləri isə Strabonun və Plutarxın amazonkalılar adlandırdığı xalq alazanların Alazan çayı sahillərində yaşadıqlarını bildirirlər. Beləliklə,müasir ingiloylar (qədim qellər) iki min ildir ki, eyni bir yerdə – Alazan çayı ərazisində yaşayırlar.İngiloyların əcdadları olan Gellər orta əsrlərdə dinin inkişafı nəticəsində dilləri gürcüləşmiş İrandilli Albaniya tayfaları olmuşlar.İngiloyların əcdadları Albaniya vilayətinin ərazisi olan Eritedə yaşamışlar.Müxtəlif dövrlərdə Gürcüstanın tərkibinə daxil olan qellər gürcü-provaslav dininin təsirindən gürcü dilini qəbul etmiş və Gürcü dilinin İngiloy dialekti yaranmışdır.N.Y.Maar qeyd etmişdir ki,qədim Eretiya vilayəti həqiqətən gürcüləşmiş Albaniya olmuş,sonralar Kaxetiyanın sərhədlərinə daxil olmuşdur. S.T.Yeremyan da həmçinin qeyd edir ki, Ereti Albaniyanın gürcüləşmiş hissəsidir.Qeyd etmək lazımdır ki, ingiloyların yaşadıqları kənd adlarından heç birinin gürcü dili ilə əlaqəsi yoxdur. Onların yaşadıqları Qasımallı,Zəyəm, Korağan,Əlibəyli,Kötüklü–Qax,Əliabad,Mosul-Zaqatala,İtitala-Balakən ingiloy kəndləri azərbaycandilli adlardır.Qədim topnimlərdə qel etnoniminə rast gəlinir.Ptolomeyə görə,Alban şəhəri Qelda,Qevanda,Qelavu adlanır.(Bax-Lalə Musa qızı.Bakı-Qax-Bakı.Modern.az saytı)-Azərbaycan gürcüləri:Qaxda gəzib, gördüklərimiz..Deməli Bobogil sözünün gil ilə və ya gilanla bağlanılması fikri tamamilə səhvdir.Çünki ta qədimdən cənub rayonlarında,,vo,, və ya ,,bo,ilə bağlı yer adları və toponimlər və qalalar var.Bu sözün ,,vo,, dan, ,,bo,, ya çevrilməsinin səbəbi isə qədim dil danışığı ilə yenisi arasında bəzi səslərin transkripsiyaya uğramasıdır.Məsələn - vaxtı ilə Bolqaqrar adlanan çayın adındakı ,,b,, hərfini ,,V,, hərfi ilə dəyişsək və sondakı ,,r,, səsini ixtisar etsək onda ,,volqa ,, adlı bir söz çıxar ortaya.Məsələn İran şahı olan Valaşın adındakı ,,V,, səsinin ,,B,, ya çevrilməsi nətiçəsində ,,balaş ,,adlanmağa başladı.Bu bir qanunauyğunluqdur.Bobogil sözündə də belədir.Beləki,tarixçilərn bir qisminin Bobogil hesab tdikləri terminin əvvəlki adı heçdə ,,bobo gil,, deyil,, ,Vovo qıl,,dır. Düşünürəm ki,bu yer dağlarda yaşayan əcdadlarımızın əsrlər boyu qəbul etdikləri dinlərə uyğun qəbirləri də var.Beləki burada olan atəşpərəst,musəvi və müsəlman qəbirləri buna misaldır.Yaxşı bəs cənub zonasındakı ,,vo,, ilə bağlı başqa hansı yera dları və ya ocaq və ya pir adları var.Bləki Lerik rayonunun Mistan kəndində ,,Vo,, ocağı adı bir yer var. Bu ocaq islamdan qabaqkı atəşgahlardan biridir.Beləki Mistan kəndnindəki ,,Vo,, və ya xud ,,voy,, sözündəki ,,V,, hərfini ,,b,, ilə əvəz etsək onda ,,bo,, sözü alınar.Şamaxıda ,Baba günəş(dədə günəş) adlı türbə var,yenə orda Şıx Əyyub Baba türbəsi var.Yəni bunların gilanla nə əlaqələri varki. Əsla.Çünki sasanilər dövlətində ,,vo,. və ya ,,bo,, termini pir və ocaqların mobəd xir-qəsini daşıyan yerlərə deyilir və o yerin sahibinə isə,,Vovo-kan,,və ya,,bobokan,, deyirdilər.Məsələn qədm İranda Parfiya sülaləsinin hakimiyyəti dövründə iranın cənubundakı əsas zərdüşti atəşgahlarından biri olan ,,suziananın baş kahini ,, və parfiya şahı IV Artabanın kürəkəni Ərdəşir idi.Elə bu səbəbdən də onu Ərdəşr Vovokan,yəni ,,bv,, hərifinin,, ,,b,, hərifinə dəyişməsi nəticəsində Ərdəşir Babəkan deyirdilər.Tarixi ərəb mənbələri talış ərazisində Babər adlı qalanın adını çəkirlər.Beləki ərəb mənbələri bildirirki ərəblər ilk dəfə Abdullah ibn Qasımın dilindən, Fərvi ibn Ləkitin dilindən əl-Mədaini mənə söylədi ki, osman ibn Əffan6, allah ondan razı olsun, xəlifə olanda o, Ütbə (ibn Fərhadı) Azərbaycandan geri çağırdı və Valid əbu Mü`eyti [ora hakim] təyin etdi; onun vaxtında Azərbaycan əhalisi sülh müqaviləsini pozdu.Bu,Validi 25-cu ildə onlara qarşı öz dəstəsinin bağında Abdullah ibn Gibl olmaqla yürüş etməyə məcbur etdi. Valid Muğan, Babər,Taleşan əhalisinə hücum etdi,qənimət aldı, çoxlarını əsir etdi və Azərbaycan vilayətinin əhalisini xahişi ilə Hüzeyfə sülh bağladı.(Bax:Azərbaycn tarixi üzrə qay-naqlar,, kitabı.Bakı-“Çıraq” 2007 .səh.72).Bu yəqin ki, ,,Bobor əhman,, və ya indi ki, dildə desək ,,bobo rəhman ,, ziyarətgahıdır.Bəzi tədqiqatçılar Bobo Rəhmanı ,Bobogilin qardaşı hesab edirdilər,Bobo Davudla birgə.Beləki həm Bobogil,həm Bobor Əhman və həmdəki mistandakı Vo ocağın adındakı ,,Vo,, və ya ,, bo,, termini atəşpərəstlikdə müqəddəs od qoruyucuları olan mobədləri ucqar kəndlərdəki pirlərin adı olmuşdur.Bundan başqa Bobogil qəbiristanlığındakı müsəlman qəbirləri Səfəvi dövrünə aiddir və bu şiə qəbirləridir.Çünki Səfəvi dövrünə aid olan qəbir daşları uzunsof olmaqla 80 sm hündürlükdədir və başı sufi çalmalarına uyğun yumrudur.Burada ağacların arasında tarixi məlum olmayan çox qədim qəbirsanlıq yerləşir.Orada meşənin içində,şimşad ağaclarının arasında yaşı bilimnməyən çox qədim bir mədəniyyət yatır.Doğrusu ora daxil olanda məni heyrət bürüdü.Çünkü ağaclar arasında biri-birindən çox qədim qəbir daşları və qəbirlər yerləşir.Bu qəbirlər ilk baxışdan islamaqədərki mədəniyyətin nümunələri olduqlarını nümayiş etdirirlər.Beləki buradakı qəbirlər öz tarixinə və dəfnetmə qaydasına görə 6 tipdədirlər və bu da qəbirlərin ayrı-ayrı tarixi dövrlərə aid olduğunu sübut edir.Bu qəbirlər öz dəfnetmə qaydalarına görə aşağıdakı qruplaraq ayrılır: 1.Yerə uzadılmış vəziyyətdə digər qəbirlərin əksi istiqamətində yerləşən uzun qəbir daşları. 2.Yer səthindən 20 sm hündürlükdə olan başdaşı və sağ tərəfində 5 və sol tərəfində də 5 ədəd orta ölçüdə çay daşı düzülmüş qəbir daşları. 3.Hündürlüyü 40 sm olan və qəbirboyu sağda 5 ədəd və solda da 5 ədəd orta ölçülü çay daşı olan və üzərində heç bir işarə və yazı olmayan dördkünc və uzunsof olan qəbir daşları. 4.Hündürlüyü 60sm olan və üzərində müxtəlif ulduz işarələri olan qəbir daşları. 5.Hündürlüyü 30sm olan və üzərində qılınc təsvirləri olan qəbir daşları. 6.Hündürlüyü 50sm olan və üzərndə 4 güşəli ulduz və üçkünc piramidanı xatırladan qəbir daşları. 7.Hündürlüyü 60sm olan üzərində heç bir işarə olmayan qədim başdaşılı qəbirdaşları. 8.Hündürlüyü 80sm olan və üzü qibləyə olan,başı yumru və səfəvilər dövrünə aid olan müsəlman qəbir daşları. 9.Üzərində Davud peyqəmbərin altıgüşəli ulduzuna bənzər və məscid-i Əl-Əqsanın təsviri olan qəbir daşları. Demək burada olan qəbirlər öz dəfnetmə qaydalarına görə müxtəlif dövürləri özündə əks etdirir.Ortaya bir sual çıxır Əgər bu qəbirlər müsəlman,atəşpərəst,xristian qəbirlər deyilsə bəs hansı dinə mənsub olanların məzarlardır.Bu suala cavab vermək üçün öncə həmən qəbir daşlarının üzərin-dəki işarələri araşdırmağa başladım.Aparılan araşdırmalar nəticəsində məlum oldu ku bu qəbirlər Musəvi dininin daşıyıcılarının qəbirlərinə bənzəyir.İndidə gələk apardığım araşdırmanın detallarına.Yuxarıda qeyd etdiyim kimi Bobogildəki qəbir daşları öz dəfnetmə və üzərindəki işarələrə görə 8 cürdür.Bu qəbir daşlarının bəzilərinin üzərində “Yəhudi” peyqəmbəri Davud peyqəmbərin simvolu olan 6 güşəli ulduz və kainata bənzər işarə var.Bu da yəhudi qəbir işarələrinə bənzəyir.Beləki Bobogildəki başdaşıların üzərində yuxarı hissəsində bir,kənarlarda iki,aşağıda ortada isə Davud peyqəmbərin böyük 6 güşəli ulduzuna bənzər ulduz var.Bu tip qəbir daşları Azərbaycanın başqa yerlərində də rast gəlmək olar.Tuncay Bəxtiyar cənub bölgəsinə gedərək yardımlının Şiləvəngə kəndində apardığı araşdırmalarda orada rasat gəldiyi bobogil qəbiristanlığındakı qəbir daşlarının sanki oxaşarı olan qəbir daşları tapmışdır.O,bu haqda yazır,, Əvvəldə qeyd etdim ki,Cəlilabad və Yardımlıda rast gəldiyimiz bəzi qəbir daşlarının üzərindəki oyma naxışlara Azərbaycanın hər yerində,eləcə də Avropanın bir vaxtlar Qıpçaqların (Kumanların) oylağı olmuş bir sıra ölkəsində rast gəlinməkdədir.Fəqət diqqətimizi çəkən əsas xüsus o oldu ki, onları nə xristian Albanlara,nə də müsəlman Oğuzlara aid edə bilmək üçün üzərlərində nə xaça, nə də ərəb yazılarına rast gəlmək olmur.Ortaya “o zaman cənub rayonla-rımızdakı qəbirlər hansı dinin mənsublarına aid edilməlidir.”Sualını qoymuş və bildirmişdik ki, axtardığımız sualın cavabını, nə qədər qəribə olsa da,Lerikdə tapdım. Bəli sualın cavabını aşağıdakı qəbir daşını və insan heykəli gördükdən sonra başa düşdüm. Qəbir daşının üzərində Davud peyqəmbərin altıguşəli ulduzunun olması,insan heykəlinin isə sındırılmış bütün bir parçasından başqa bir şey olmaması onu göstərir ki, cənub bölgəsində rast gəldiyimiz, üzərində nə Albanlara aid xaçın,nə də müsəlman qəbirlərində rast gəlinən ərəb qrafikalı yazıların olmadığı sözügedən qəbir daşları xəzərlərə aiddir.Çünki mənbələrdən Xəzərlərin bir qisminin musəvi,bir qisminin bütpərəst,bir qisminin müsəlman,bir qisminin isə Tenqriçi (Gök Tenqri dininə sitayiş edən) olduğu məlumdur.Bəxtiyar Tuncay bu haqda yazır:Xəzər xaqanı İosifin, hakim olduğu şəhərləri sadalayarkən onların içərisində Lerik və Yardımlıdan çox da uzaqda olmayan Ərdəbilin adını da qeyd etməsi,eləcə də Lerikdə “Xəzəryaylaq” adlı toponimin qeydə alınması gəldiyimiz nəticənin qismən uyğun olsa da bu az bir tarixi dövrü əhatə edir. Üzərində altıguşəli ulduzun olmadığı qəbir daşları isə, çox güman ki,islamı yenicə qəbul edən, fəqət tenqricilikdən büsbütün ayrıla bilməyən xəzərlərə aiddir.(Bax-Bəxtiyar Tuncay.”Cənub rayonlarımıza 4 günlük səyahət və bəzi elmi nəticələr”.. (I hissə.18 Avqust.2014.Bextiyartuncay.wordpress.com).Bəxtiyar Tuncay öz araşdırmalarında haqlıdır ki,üzərində Davud peyqəmbərin altıgüşəli ulduzuna bənzər işarəsi olan qəbir başdaşıları,nə xristian,nə atəşpərəst,nə də islama aidir.Bu cür təsvirləri olan baş daşıların bənzəri yalnız yəhudilərdə var.Lakin Bəxtiyar Tuncay buradakı qəbir daşlarını Oğuz tayfalarına aid edir və dönədönə qeyd edir ki, ,,üzərində altıguşəli ulduzun olmadığı qəbir daşları isə,çox güman ki, islamı yenicə qəbul edən, fəqət tenqricilikdən büsbütün ayrıla bilməyən xəzərlərə aiddir,, Lakin fikrimcə,Xəzərlər daxil,heç bir türkdlli və türksoylu xalq musəvilikdə olmamışdır.İkincisi də bu tip qəbirlərin bənzəri Bessarabiyada,Macarıstanda,Rusiya federasiyasının Vitebsk vilayətinin yəhudi qəbiristanlığında,Polşada və İsraildə var.Axı sadaladığım əraziyə oğuzlar heç zaman ayaq basmayıblar.Bu tip qəbirlər azərbaycanın Kəlbəcər rayonunda Malıbəyli qəbiristanlığında da var.Bundan başqa Lerikin Bobogil kənd sakinləri qeyd edirlər ki,ata-babadan eşitdiklərinə görə burada yəhudi qəbirləri var.Beləki həm Lənkəranın,həm də Lerikin dağ ətəyi zonalarında ,,vo,, ,,va,, və ya ,,vu,, sonluğu ilə bitən bir neçə yer adı və ya məntəqələr var.Bu qəbirsanlıqdakı az miqadarda olan Musəvi qəbir daşlarının bənzəri simvollarını özündə əks etdirən qəbir daşları sözün əsl mənasında mənim üçün böyük maraq doğurur.Amma bu tip qəbir daşlarının hansı dinin daşıyıcılarına aid olması müəmmadır. 2.Şıxəkəran köhnə qəbiristanlığı.Şıxəkəran köhnə qəbiristanlığı yerli əhəmiyyətli arxeoloji abidədir.Qəbiristanlığın yaranma tarixi orta əsrlərə aiddir Şəxəkəran köhnə qəbiristanlığı Lənkəran rayonunun Şıxəkəran kəndi ərazisində yerləşir.Abidənin invertar nömrəsi № 5951,sistem kodu AJA005753 – dür. 3.Şahlakon(Şağləkon)qəbiristanlığı.Şahlakon qəbiristanlığı ölkə əhəmiyyətli arxeoloji abidədir. Qəbiristanlığın tarixi tunc dövrünə aiddir Şağlakon qəbiristanlığı Lənkəran rayonunun Gəgiran kəndi ərazisində yerləşir.Abidənin invertar nömrəsi № 1520,sistem kodu AJA001525 – dir 4.Şağlakücə qəbirsanlığı.Şağlakücə qəbiristanlığı yerli əhəmiyyətli abidədir.Qəbiristanlığın tarixi XIV əsrə aiddir.Şağlakücə ərazisində ilk qəbiranlıq indiki Şağlakücə orta məktəbinin yerləşdiyi ərazidə olmuşdur.Sonradan bu ərazi dağılmış və burada məktəb binası tikilmişdir.Lakin son dövürlərə qədər burada köhnə qəbirlər və insan sümükləri var idi.tarixi mənbələrdə bu qəbirsanlığı XIV əsrə aid edirlər.Beləki,1906-cı ildə yeni qəbiristanlıq yeri ayrılmış və ölülər burada dəfn edilmişlər.İndiki qəbiristanlqı Şağlakücə kəndi ərazisində,Şağlakücə məscidinin qabağındakı ərazidə yerləşir. 5.Süyudatübər (Siyotıbə)qəbiristanlığı.Süyüdətübər qəbiristanlığı yerli əhəmiyyətli arxeoloji abidədir.Qəbiristanlıqğın tarixi orta əsrlərə təsadüf edir.Süyodatübər qəbiristanlığı Lənkəran rayonunun Yuxarı(Penə Nüədi) Nüvədi kəndi ərazisində yerləşir. Abidənin invertar nömrəsi №5954,sistem kodu AJA005756 –dır. 6.Ballabür (Bəlləbur – Bəleləbır)qəbiristanlığı.Ballabür qə-biristanlığı ölkə əhəmiyyətli arxeoloji abidədir.Qəbiristanlığının tarixi Son tunc – ilk dəmir dövrünə təsadüf edir.Bəlləbur qəbiristanlığı Lənkəran rayonunun Bəlləbur kəndi ərazisində,Bəlləbur –Qurunba kəndləri arasındakı yolun üstündə yerləşir. Abidənin invertar nömrəsi № 1514,sistem kodu AJA001536 – dır. 7.Bəylər qəbiristanlığı.Bəylər qəbiristanlığı Lənkəran rayonunun Boladi kəndindinin Seyidoba məhəlləsində yerləşir.Tarixçilər bu qəbirsanlığı orta əsrlərə aid edirlər.Bu dövürdə təbəqələşmə gücləndiyindən burada bəy,xan nəslindən olanlar və dövlətlilər basdırılmış.Məzarlıqda beş məzar daşı,qəbir yeri və iki kurqan vardır.Kurqanların yaranma tarixi son neolit(yeni daş) və eniolit mis daş) dövrünə e.ə.V-VII minilliklərə aid edilir.(Bax:Etibar Əhədov,Mirhaşım Talışlı.yenə orda.Bakı-2014.səh.83.).Məscidin nömrəsi № 4833,sistem kodu AJA004635 – dir. 8.Bəleton qədim qəbiristanlıqları.Bəleton qədim qəbiristanlıqları ölkə əhəmiyyətli memarlıq abidələri.Bu qədim qəbiristanlıqlar Lənkəran rayonunun Bəleton kəndi ərazisində yerləşirlər.Bu qəbiristanlıqların ikisi Bəleton kəndi ərazisində,digər biri isə eyni ərazi vahidliyinə daxil olan qonşu Horavenc kəndi ərazisində yerləşir.Bəleton ərazisindəki qədim qəbiristanlıqlardan biri kəndin şimal,digər biri isə kəndin qərb hissəsində yerləşir.Bəleton kənd sakini Mirələm Quli-yevin dediklərinə görə hələ o uşaq ikən bu qədim qəbiristanlıqlarda qədim qəbirlər mövcud idi.Belə ki,həmin qədim qəbirlərin bəziləri üzərində ərəb yazılı qəbirlər,bəzilərinin üzərində isə heç bir yazı yox idi.Bundan əlavə bu qəbiristanlıqlarda qoç fiqurlu başdaşıları da var idi ki,onların üzərində ox,nizə və qayçı təsfirləri var idi.Lakin sonralar digər qəbiristanlqlarda olduğu kimi Bəleton ərazisindəki qəbiristanlıqlardakı qoç fiqurlu başdaşılar naməlum insanlar və ya yerli sakiinlər tərəfindən “içərisində qızıl var” adı ilə məhv edilmişdir.Hal-hazırda bu qədim qəbiristanlıqlarda bu qədim qoş fiqurlu qəbir daşlarından əsər-əlamət belə yoxdur.Kənd sakinlərinin dediklərinə görə çox zaman öncə Bəleton kəndindən yuxarıdakı dağdan qarşı tərəfdə bir qədim kənd olmuşdur.Həmən kəndin yanındakı dağda qədim təpələr ol-muşdur.İndinin özündə el arasında “qala” adlandırılan bu yer əslində isə yaşı bilinməyən kurqanlardır.Belə ki,o kurqanlar olan yerdə müxtəlif tikili qalıqları və maddi-mədəniyyət nümunələri mövcud olmuşdur.Bəleton kənd etnoqrafiya evinin müdiri Mirələm Quliyev bu maddi-mədəniyyət nümunələrini yığaraq onları etnoqrafiya evində “etnoqrafiya muzeyində” saxlayır. 10.Sınovli qədim qəbirsanlığı.Sınovli qədim qəbiristanlığı yerli əhəmiyyətli abidədir. Bu qəbiristanlıq Sınovli kəndi ərazisində, hündür bir təpənin üzərində yerləşir.Bu təpənin hündürlüyü aşağıyla götürsək 150-200 metrdir.Lakin kənd səviyyəsi ilə götürəndə isə 20-30 metrdir.Həmən bu qəbiristanlıqda günümüzdə də kənd sakinləri öz ölülərini dəfn edirlər.Ama qəbirsanlığın şimal-şərq hissəsində isə qədim qəbirlər var.Bu ocağın orta hisəsində ,şimşad ağaclarının yanında bir qəbir daşı var.Bu qəbir daşı qiblənin istiqamətinə olmaqla baş hissəsi yumru,aşağı hissəsi isə ona nisbətən dar və uzunsofdur.Bu qəbir daşının hündürlüyü 60 sm-dir. Şübhəsiz ki,Orta əsr Səfəvilər dövrünə aid şiə qəbirləridir.Bu tip qəbir daşlarına cənub bölgəsinin bir çox köhnə qəbirsanlıqlarında rast gəlmək olur.O qəbir daşının arxa hissəsində isə şimşad ağaclarına müxtəlif rəngdə parçalar ağaca bağlanmışdır.Mahir Əhədovun dediyinə görə məhərrəm aylarında yerli sakinlər bu qəbir daşını kütləvi ziyarət edirlər.Bundan başqa həmən qəbirsanlığın şimal-şərq hissəsində üzərində heç bir yazı olmayan və qədim dövürlərə aid qəbirləri var.Bu qəbirlər qiblənin sol istiqamətində,üzü dəniz tərəfədir.Bu qəbirlərin baş tərəfində hündürlüyü 10 sm olan və üzərində heç bir yazı olmayan qəbir daşı var.Qəbirin ətrafında isə 5 cüt çay daşları düzülüb.Bu qəbirlər ehtimal ki,atəpərəst qəbirləridir.Çünki bu tip qəbirlər Lənkəran və Lerik rayonlarının qədim qəbirsanlıqlarında rast gəlinir və bu qəbir daşlarının üzərində heç bir ərəb yazıları yoxdur.(Bax:Aqşin Mistanlı.Sınovli kurqanları.DJB saytı.30-10-2017, 09:52). 11.Sınovli qədim kurqanüstü qəbiristanlığı.Sınovli qədim kurqanüstü qəbiristanlığı yerli əhəmiyyətli memarlıq abidəsidir.Abidə Lənkəran rayonunun Sinovli kəndi ərazisində olan ikinci təpə kurqanının üstündə yerləşir.Bu kurqanüstü qədim qəbiristanlıq isə kəndin qərb hissəsində yerləşir.Təpənin hündürlüyü 200 metrdir.Təpənin üstünə qalxdıq və orada üç tipdə qəbir-daşlarına rast gəldik. 1.Birinci tip qəbirlər dağın üstündə dağ boyunca yerləşir.Bu qəbirlərə dağın üst hissəsində uzanaraq 500 m məsafə boyunca yerləşmişlər.Yerli sakinlərin dediklərinə görə bu qəbirlər hələ bu kəndin camaatının buraya gəlməsindən çox-çox əvvəl mövcud olmuşdur.Bu qəbirlərin baş tərəfində hündürlüyü 10 sm olan baş daşı var.Bu qəbirlər qiblədən sağ istiqamətində yerləşirlər.Bu məzarların hər birinin ətrafında 5 cüt çay daşları düzülüb.Bu qəbirlər son tunc və erkən dəmir dövrünə aiddirlər.Çünki,burada yaşayan sakinlər zaman-zaman bu qəbirlərin bəzilərini dağıtmış və oradan tuncdan silahlar çıxmışdır. 2.Bu təpənin üstündə olan ikinci tip qəbir daşları hündürlüyü 60 sm olan və üzərində dairə və onun içində də 6 künclü ulduz olan qəbir daşları var.Bu qəbir daşının üzərindəki 6 künclü ulduzun sağ və sol hissələrində biri-birinə perpendikulyar və paralel və əks istiqamətdə olan üçbucaqlar mövcuddur.Bu tip qəbir daşlarına Bobogil,Orand,Cəngəmiran,Soru və digər qədim qəbirsanlıqlarda rast gəlinir.Bu qəbir daşı şübhəsiz ki,antik orta əsrlər dövrünə aiddir.Çünki bu qəbir daşı qiblənin sağ istiqamətindədir və üzərində heç bir ərəb yazısı yoxdur.Bu qəbir daşı islamaqədərki qəbir daşlarına aiddir. 3.Bu təpənin üstündəki 3-cü tip qəbir daşı isə uzunsof,hündürlüyü 60 sm-dir və üst hissəsi yumrudur.Bu orta əsrlərdə mövcud olmuş Səfəvilərə aid şiə qəbirləridir.Bu tip qəbir daşları cənub bölgəsindəki bir çox qədim qəbiristanlıqda var. 12.Kərgəlan kənd “kanə ğəbıston”.(köhnə qəbiristanlıq)qəbiristanlığı.Kərgəlan kənd köhnə qəbiristanlığı yerli əhəmiyyətli memarlq abidəsidir.Bu qəbiristanlıq Kərgəlan kəndinin cənub-qərbində,köhnə məscidin həyətində yerləşir.Burada kəndin ən qədim sakinləri dəfn olunmuşdur.Kənddə yeni qəbiristanlığın olmasına baxmayaraq bu gün də bu köhnə qəbiristanlıqda sakinlər öz ölülərini dəfn edirlər 13.Haftoni qədim Tunc dövrü qəbirsanlığı.Haftoni ərazisində mövcud olmuş qədim qəbiristanlıqlardan biri də,Tunc dövrünə aid olan qəbiristanlıqdır.Bu qəbirsanlığın tarixi son Tunc dəmir dövrünə gedib çıxır.Qəbiristanlıq Haftoni qəsəbəsinin cənubunda,Lənkəran-Haftoni ana şose yolunun sol tərəfində,İpək yolu körpüsündən sol aşağı tərəfə,bulaq kafesinin qərbində yerləşir.Haftoni qəsəbəsinin bulaq kafesi adlanan əraziyə yaxın yerdə mövcud olmuş və tarixi bilinməyən qədim qəbirsanlıq bu ərazilərdə hələ indiki Haftoni yaranmamışdan da əvvəl yaşayış məskəni olmuşdur.Beləki hələ 1964-cü ildə bulaq kafesi yaxınlığında sovxozun təsərüfat işləri ilə bağlı sahələrin traktorla şumlama zamanı bu qəbirlər üzə çıxmış və sonradan məhv olub yoxa çıx-mışdır.Bu haqda Haftoni sakini Məmmədağa müəllim belə söhbət edir:Mən uşaq olan zaman,təqribən 60-cı illərdə qəsəbəmizin bulaq kafesi yaxınlığında kolxozlaşma ilə bağlı təsərüfat sahələri traktorla şumlanılırdı.Biz də o vaxtlar bu traktora tamaşa etmək üçün yığışmışdıq.Bu vaxt traktor şumlama zamanı bir maraqlı qazıntının üstünü açdı.Maraq üçün yaxına gəldik.Məlum oldu ki bu qədim qəbirlərdir.Bu qəbirlərin içində gildən saxsı qablar,ox və nizə ucluqları,qolbaqlar və müxtəlif cür bəzək əşyaları çıxdı.Bu maddi-mədəniy-yət nümunələrinin içində bir mis qılınc da var idi.Bu zaman bu qəbiri və onun içindəki maddi-mədəniyyət nümunələrinin traktor əzib dağıtmağa başladı və mən də tələsik oradakı mis qılıncı götürdüm və günümüzə qədər saxlamışam.Bu hadisədən sonra mən evdə ağsaqqallardan bu qəbiristanlıq haqda maraqlandım,lakin kimsə bu qəbirlər haqda bircə kəlmə də olsun biliyə və ya məlumata malik deyildi.Sonra başa düşdüm ki,Haftoni ərazisində indiki köçlərdən çox-çox əvvəl yaşayəş olmuş və bu da onların sübutudur..”Məmmədağa müəllimin dediklərini və Haftoni kurqanlarından baladdin müəllim və İlqar müəllim tərəfindən yığılmış qədim dövrlərə aid maddi-ədəniyyət nümunələrini hesab etsək onda belə bir məsələ ortaya çıxır ki,Haftoni ərazisi İbtidai icma dövründə və antik orta əsrlərdə də yaşayış məskənləri olmuşdur.Çünki buradan tapılmış tuncdan və misdən ibarət olan maddi-mədəniyyət abidələri bunu sübut edir. 17.Hirkan qəbiristanlığı.Hirkan qəbiristanlığı yerli əhəmiyyətli memarlıq abidədir. Qəbiristanlığın tarixi orta əsrlərə təsadüf edir.Hirkan qəbiristanlığı Lənkəran rayonunun Hirkan qəsəbəsi ərazisində yerləşir.Abidənin invertar nömrəsi № 5953,sistem kodu AJA005755 – dir. 18.Xolmili köhnə qəbirsanlığı.Xolmili köhnə qəbiristanlığı yerli əhəmiyyətli arxeoloji abidədir. Qəbiristanlığın yaranma tarixi orta əsrlərə təsadüf edir.Xolmili köhnə qəbiristanlığı Lənkəran rayonunun Xolmili kəndi ərazisində yerləşir.Abidənin invertar nömrəsi № 5952,sistem kodu AJA005754 – dür. Aqşin Mistanlı Tədqiqatçı-Tarixçi tolishstan.com | |
|
Total comments: 0 | |