MİLLİ MӘSӘLӘ (I)
Son zamanlar müşahidә etdiyim çox ciddi proseslәr mәni bu haqda öz düşüncәlәrimi yazmağa mәcbur edir. Bәri başdan deyim ki, Azәrbaycanı İsveçrәdә olduğu tәk bәrabәrhüquqlu xalqların yaşadığı әdalәtli bir ölkә kimi görmәk әn böyük arzumdur. Lakin çox tәәssüflә qeyd etmәliyәm ki, hazırda müşahidә etdiyim cәmiyyәt mәni arzularımda pessimizmә qapılmağa vadar edir. Bu mövzu bir statusa yerlәşәcәk qәdәr kiçik olmadığı üçün bir neçә statusda fikirlәrimi bölüşmәyә çalışacağam. Bilirәm, hazırkı Azәrbaycan cәmiyyәtindә hakim olan ideologiyanın tәsiri altında mәnә hücum edәnlәr olacaq. Amma bildiyimiz hәqiqәtlәri ona görә demәyә borcluyuq ki, cәmiyyәtdә qeyri - sağlam tәfәkkürün qarşısını ala bilәk.
Ya Allah!
*********
Sovet İttifaqı dağılan zaman Azәrbaycana da "müstәqillik" kimi müqәddәs bir nemәt payı düşdü. Lakin bu gözәl nemәtdәn Azәrbaycan xalqının rifahı naminә bәhrәlәnmәk әvәzinә sionistlәrin nәzarәti altında olan qüvvәlәr xalqın içinә nifaq vә nifrәt toxumu sәpәrәk, Azәrbaycanda millәtçiliyi pik hәddinә çatdırdılar. Bu elә bir zaman idi ki, Azәrbaycanın fiziki olaraq mövcudluğu belә tәhlükә altında idi. Azәrbaycanın Ermәnistanla müharibә vәziyyәtindә olmasına baxmayaraq, daxildә hakimiyyәt uğrunda amansız çәkişmәlәr gedirdi. Belә bir şәraitdә xalqın әn kәskin ehtiyac duyduğu amil birlik vә vәhdәt idi. Hamının haqqı gözlәnilmәklә Azәrbaycan xalqının vahid birliyi!
Lakin gerçәkdә nә baş verdi?
Qatı millәtçilik ideologiyası Milli Mәclisdәn tutmuş uşaq baxçasına qәdәr cәmiyyәtin hәr bir qarışını öz caynağına aldı. Pantürkizm vәtәnpәrvәrliyә bәrabәr tutuldu vә vәtәnpәrvәrliyin sinonimi oldu. Buna etiraz edәnlәr isә ermәni, rus agenti, fars tulası damğası ilә susdurulmağa başlandı.
Dövlәti idarә edәnlәr aşkar şәkildә millәtçi şüarlar sәslәndirmәkdәn heç çәkinmәdilәr, Azәrbaycanı әhatә edәn digәr millәtlәrә qarşı nifrәti müqәddәs bir hiss kimi tәqdim vә tәbliğ etdilәr. Pantürkizm Azәrbaycanda elә bir hәddә yetişdi ki, dövlәt başçısı aşkar şәkildә tribunadan Türkiyәnin yaşaması üçün lazım gәlәrsә, Azәrbaycanı göz qırpmadan qurban vermәyә hazır olduğunu dilә gәtirdi. Normal halda bu cür çıxış Azәrbaycan dövlәtinә xәyanәt kimi dәyәrlәndirilmәli idi. Amma әksinә belә çıxışlar zamanın norması idi. Millәtçilik sanki bir qeyrәt vә şәrәf işi oldu.
Heç kim özünә sual vermәdi ki, axı Azәrbaycan tәkcә türklәrdәn ibarәt deyil? Bu ölkәdә sayı çox vә ya az olan neçә - neçә millәt yaşayır. Bu prossesin gec-tez әks reaksiya verәcәyini sanki ya anlamırdılar, ya da beyinlәr o qәdәr dumanlanmışdı ki, bunu ciddiyә qәbul etmirdilәr.
Sovet dövründә yazılmış tarix dәrsliklәri tәlәm-tәlәsik dәyişdirilib әvәzindә tarix elmi ilә heç bir әlaqәsi olmayan dәrsliklәr hazırlandı. Bu kitablardakı tarixә görә Azәrbaycanın avtoxton xalqları sanki burda heç mövcud deyillәr. Azәrbaycan әzәli vә әbәdi türk torpağı kimi tәqdim edilir, Azәrbaycan dövlәti türk dövlәti olaraq göstәrilir. Azәrbaycanın yerli xalqları haqqında isә bir kәlmә dә olsun dilә gәtirilmir.
Amma nә qәdәr ciddi basqı altında olsa da, hәr bir xalqın milli heysiyyәti әvvәl-axır onu etiraza mәcbur edir. Çünki artıq XXI әsrdir, kommunikasiyanın yüksәk inkişaf etdiyi bir dövrdә XIX vә XX әsrlәrdә istifadә olunan metodlar keçәrli deyil. Heç bir millәti sakitcә assimilyasiya etmәk mümkün deyil. Hәr hansı bir millәtin nümayәndәsi dünyanın harasında olur-olsun, öz dilinә vә mәdәniyyәtinә bağlılığı tam itirmir. Ona görә kiminsә milli tәfәkkürünü deformat etmәk praktik olaraq mümkün olan iş deyil. Nәinki bu işi bir xalqın kompakt yaşadığı bir әrazidә etmәk mümkün olsun.
Nәticәdә, hәrtәrәfli tәqib vә tәzyiqlәrә baxmayaraq, milli vә mәdәni hüquqların tәmin edilmәsi tәlәbi ilә ölkә daxilindә vә xaricdә qruplar yaranmağa başladı. Bu prosesin başlanması isә labüd idi.
Burda bir nöqtәni qeyd etmәk istәyirәm. Milli problem Azәrbaycanda XX әsrin sonlarında yaranmayıb. Bunun tarixi Rusiya tәrәfindәn İran dövlәtinin Qafqazdakı torpaqlarının zәbt edilmәsi ilә başlanır...
(ardı var)
Hafiz Jafar
|