MİLLİ MӘSӘLӘ (II)
Mövzuya başlamazdan әvvәl bir nöqtәni diqqәtә çatdırmaq istәyirәm. Tarixin müxtәlif dönәmlәrindә bir çox xalqların şәrqdәn qәrbә miqrasiya etmәsi danılmaz faktdır. Yәni bәzi xalqlar tez, bәzilәri gec, bütünlükdә isә demәk olar ki, hamısı miqrasiya ediblәr. Bu prosesin müxtәlif obyektiv sәbәblәri olsa da, sonda köç etmiş xalqların başqa xalqların әrazilәrini zәbt etmәsi ilә nәticәlәnmişdir. Özü-özlüyündə tarix nöqteyi-nəzərdən bu normal bir prosesdir. Çünki әgәr bütün xalqlar öz ilkin vәtәnlәrinә qaytarılsa, dünya әhalisinin әksәriyyәti Sibir vә Mesopotamiyada cәmlәnmәlidir.
Bu proses eramızdan әvvәl başlasa da, orta әsrlәrә qәdәr davam etmişdir. Mәhz bu dövrdә, daha doğrusu, IX - XI әsrlәrdә türk tayfaları Uraldan keçәrәk Orta Asiyaya, ordan da Kiçik Asiya, Cәnubi Avropa, İran, hәtta Mesopotamiyaya qәdәr yayılmışlar. Sözsüz ki, köç edәnlәr yeni mәntәqәlәrdә әsasәn dә boş әrazilәrdә mәskunlaşırdılar. Bunu müasir Azәrbaycanda da aydın görmәk olar. Yaşayış üçün daha yararlı olan dәniz sahili vә dağ әtәyi әrazilәrin әhalisi әksәr halda qeyri-türklәrdәn ibarәtdir. Bir çox hallarda gәlmәlәrin çox olduğu yerlәrdә onlar yerlilәri, yerlilәrin çox olduğu әrazilәrdә isә onlar gәlmәlәri öz içindә әridiblәr, yәni tәbii qarışma baş verib. Doğrudur, sonrakı dövrlәrdә dә müxtәlif hakimlәr tәrәfindәn insanların toplu şәkildә köçürülmәsi mәlumdur, amma bu köçürülmәlәr mütәmadi xarakter daşımır.
Bunu ona görә qeyd etdim ki, bu prosesin әsasәn obyektiv sәbәblәrdәn baş vermәsini diqqәtә çatdırım.
Bu tәbii proses XIX әsrin әvvәllәrinә kimi davam edib. XVIII әsrin sonu vә XIX әsrin әvvәllәrindә Qafqazda baş vermiş müharibәlәr nәticәsindә Rusiya İranın böyük bir әrazisini zәbt edә bildi. 1813-cü ildә Gülüstan, 1828-ci ildә Türkmәnçay müqavilәsi nәticәsindә İran dövlәti indiki Azәrbaycan, Ermәnistan, Gürcüstan, Osetiya, Dağıstan vә İnquşetiya daxil olmaqla böyük bir әrazisindәn mәhrum oldu.
Mәhz Rusiyanın bu işğalından sonra indiki Azәrbaycan әrazisindә milli mәsәlә yeni mәrhәlәyә daxil oldu.
Yeni zәbt edilmiş әrazilәrin min illәr әrzindә İranla eyni mәdәniyyәt vә dinin daşıyıcıları olan әksәr әhalisi, sözsüz ki, asanlıqla öz köklәrindәn qopa bilmәzdi. Bu baxımdan yeni әrazilәrin talış vә tat әhalisi çar hökumәti üçün daha tәhlükәli idi. Ona görә Çar Rusiyası bir tәrәfdәn İranla hәmsәrhәd әrazilәrdәn yerli әhalini içәrilәrә köçürüb, yerinә Rusiyadan sürgün edilmiş müxtәlif dini cәrәyanlara mәxsus rus vә ermәnilәri yerlәşdirdi, digәr tәrәfdәn yeni әrazilәrin türk mәntәqәlәrindә baş vermiş tәbii fәlakәtlәrdәn sonra türk әhalini sәrhәd mәntәqәlәrinә köçürtdü. İndiki Azәrbaycan vә Ermәnistan әrazisindә 8 yerdә Talış adında kәndin olması bunu әyani sübut edir. Bu kәndlәrin adı köçürülmüş talışların kompakt yaşadığı mәntәqәlәrdә yerli әhalinin onlara milli kimliklәrinә görә müraciәti nәticәsindә formalaşmışdır. Şamaxı zәlzәlәsindәn sonra xeyli insanın Talış zonasına köçürülmәsi dә inkaredilmәz bir faktdır. Eyni zamanda, XIX әsrin sonlarında Azәrbaycan әrazisindә mövcud olan 46 rus kәndinin 20-sinin mәhz Talışda yerlәşmәsi deyilәnlәrin başqa bir sübutudur. Digәr rus kәndlәrinin yerlәşdiyi әrazilәri araşdırsaq, demәk olar ki, hamısının irani xalqların yaşadığı әrazilәrdә olduğunu görәrik. Bu isә artıq tәbii proses deyil, bir dövlәt siyasәti idi.
Bu köçürtmәlәrlә yanaşı çar hökumәti bütün Azәrbaycanda tatar (türk) mәktәblәri açaraq türk dilini camaata öyrәtmәyә başladı. Yerli xalqların dillәrinin diqqәtdәn kәnar qalması dövlәtin xüsusi bir mәqsәdi olduğunu göstәrirdi. Tәsәvvür edin, 1857-ci ilin siyahiya alınmasına görә Bakı uyezdinin 37 kәndindәn yalnız birinin türklәrdәn ibarәt olmasına baxmayaraq, Bakıda tatar mәktәblәri açılmış vә yerli әhaliyә türk dili öyrәdilirdi.
Bu proses çәtinliklә dә olsa, öz nәticәsini vermәyә başladı. Hәsәn bәy Zәrdabi 1906-cı ildә yazdığı mәqalәsindә göstәrirdi ki, Bakı әhalisi öz dillәrini bilsәlәr dә, artıq hamılıqla türk dilindә danışa bilirlәr vә getdikcә öz dillәrini unudaraq bütünlüklә türklәşәcәklәr. Lakin dağlıq әrazilәrdә yaşayan qeyri-türklәrin türklәşmәsi prosesi çox lәng gedir, çünki bu mәntәqәlәrlә rabitә çox zәifdir. Lakin zaman keçdikcә onlar da bu prosesdәn yan keçmәyәcәk, nәhayәtdә türklәşәcәklәr.
Burda bir nöqtәni qeyd etmәk vacibdir. Türklәşdirmә prosesi yalnız iranı xalqlar içәrisindә aparılırdı. Lәzgi, avar, ingiloy, saxur kimi Qafqaz xalqları bu prosesә az mәruz qalmışlar. Bunun sәbәbi dә aydındır. Mәqsәd iranı xalqları öz kökündәn ayırmaq idi. Çünki onlar mövcud olduqca Rusiya cәnub sәrhәdlәrini tәhlükәsiz hesab edә bilmәzdi.
I Dünya müharibәsindәn sonra Rusiya İmperiyasının dağılması bu prosesin başa çatdırılmasının qarşısını aldı. 1918- ci ildә Azәrbaycan Cümhuriyyәti vә ardınca 1920-ci ildә Azәrbaycan Sovet Respublikasının yaranması milli mәsәlәnin bir qәdәr dәyişmәsinә sәbәb oldu...
(ardı var.)
Hafiz Jafar
|