16:04 MİLLİ NATAMAMLIQ VӘ YA QAPALI DAİRӘ | |
MİLLİ NATAMAMLIQ VӘ YA QAPALI DAİRӘ Son günlәrin hadisәlәri bir daha sübut edir ki, bizdә bir milli natamamlıq sondromu var. Bir xalq üçün bu çox acınacaqlıdır. Bu natamamlıq inanclı, ateist, liberal, mühafizәkar düşüncәdәn asılı olmayaraq cәmiyyәtin әksәriyyәtindә özünü büruzә verir. Әn birinci, cәmiyyәtdә qorxaqlıq hissi pik hәddindәdir. İnsanlar sahib olduqlarını itirmәkdәn, etiraz etsә döyülmәkdәn, hәbs edilmәkdәn çox qorxurlar. İkincisi, cәmiyyәtdә bir ümidsizlik hökm sürür. İnsanların gәlәcәyә olan ümidlәri mәyusluqdan ibarәtdir. Üçüncüsü, cәmiyyәtdә bir qәddarlıq hissi hökm sürür. İnsanlar qüclülәrin qarşısında qorxduqları kimi, güclәri çatdıqlara qarşı çox qәddardırlar. Sanki onların bütün problemlәrinin günahkarı güclәri çatdıqları adamlardır. Dördüncüsü, cәmiyyәtdә tәhrif olunmuş dәyәrlәr sistemi hakimdir. İnsanların sәslәndirdiklәri şüarlar sәmimi deyil, yalnız tәzahür xatirinәdir. Beşincisi, cәmiyyәtdә dözümsüzlük prinsipi hökm sürür. Müxalif fikir dәrhal süngü ilә qarşılanır. Heç kim sәslәnәn müxalif (yanlış) düşüncәnin kökünü araşdırmağa meyilli deyil, hamı yalnız bu düşüncәnin özünü qılınclamaqla qarşısını almağa çalışır. Altıncısı, cәmiyyәt haqq uğrunda mücadilә edәnlәri müdafiә etmir, әksinә onları ittiham edir vә öz problemlәrindә çox vaxt onları günahkar bilir. Yeddincisi, cәmiyyәtdә bir nifrәt hissi hakimdir. İnsanların әksәriyyәti qeyri millәtlәrә qarşı nifrәti vәtәnpәrvәrlik kimi anlayır. Bu saydıqlarımı daha da uzatmaq olar, amma cәmiyyәtin gerçәk vәziyyәtini tәsvir etmәyә elә bunlar da kifayәt edir. Belә bir vәziyyәtdәn necә çıxmaq olar? Yalnız güclü vә әdalәtli bir dövlәtin qurulması bu sindromu aradan qaldıra bilәr. Bunun üçün isә cәmiyyәt qorxu hissindәn xilas olmalıdır. Qapalı dairәdir sanki... Nә vaxt qapalı dairәdәn çıxa bilsәk, hәr şey dәyişәcәk! Hafiz Jafar. | |
|
Total comments: 0 | |