00:25
Ölkədə milli barışığın vaxtı deyilmi?
Ölkədə milli barışığın vaxtı deyilmi?

Fəxrəddin Abbasova(Əboszdə) AZADLIQ!!!

Elvin İsayevə AZADLIQ!!
Mubariz Mənsimova AZADLIQ!!!
Aslan Qurbanova AZADLIQ!!!
Bütün siyasi Məhbuslara AZADLIQ!!!
Hələ 2005-ci ildə F.Abbasov(Əboszodə) Yerevanın mərkəzində "Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü şəraitində həll olunmalıdır" demişdir!
 2013-cü ildə Ələkrəm Hümmətov Dağlıq Qarabağda "Müharibəyə heç bir zaman yol vermək olmaz, bu heç bir tərəfə xeyir gətirməz! Bütün hallarda müharibə tərəflərə fəlakət gətirər, günahsız balaların ölümünə səbəb olar!" deyib erməni tərəfini sülhə, barışığa çağırmışdır!
İndiyə qədər Azərbaycanda iqtidarlı-müxalifətli heç bir kəs özündə bu cəsarəti tapmamışdır! Əksinə bu faktları ictimaiyyətdən gizlədərək, adət etdikləri qaydada qarayaxma kompaniyası aparmışlar!
27 Sentyabrdan başlamış hərbi əməliyyatlar göründüyü kimi hər iki tərəfdən çoxlu sayda qurbanların verilməsi ilə nəticələnir, hər iki tərəfdən ölən və yaralananlar sadə, kasıb balalarıdır! Ölən gənclərin ölüm xəbərini oxuyanda adamın damarlarında qanı donur, axı bu gənc balaların günahları nə idi, onlar həyatda nə görüşdülər?
Həmişə olduğu kimi yenə də ölən və yaralananlar arasında harınlamış məmur övladlarına rast gəlmək olmur, heç ən aşağı ranqlı məmur övladları belə!
Bu döyüşlərdə Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri kimi doğma Talış mahalımızın balaları da həmişə olduğu kimi rəşadətlə vuruşur, qəhrəmanlıq nümayiş edirlər, yeni tarix yazırlar!
Talış xalqına "separatçı", "xain" damğası vuranlarsa döyüş meydanında, şəhidlərin sırasında görünmürlər! Çox güman ki, onlar "yorğan altında" gizlənərək, ara sakitləşəndə yenidən ortalığa çıxacaqlar, Azərbaycanda yaşayan xalqlar arasında milli ədavət toxumları səpmək kimi məkrli niyyətlərini həyata keçirməklə məşğul olacaqlar!
Cənablar, çirkin əməllərlə məşğul olmağınız bəs deyilmi?
Milli ədavəti qızışdıraraq, ölkədə süni qarşıdurma mühiti yaratmağınız son qoymağın vaxtı deyilmi?
Ölkədə milli barışığın vaxtı deyilmi?
Siyasi məhbusların azad edilməsinin vaxtı deyilmi?
Talış Milli Hərəkatı
 
Category: XƏBƏRLƏR | Views: 544 | Added by: tmmrtalish | Tags: Talış Milli Hərəkatı(TMH) | Rating: 0.0/0
Total comments: 0
N$)?>
Подписка: 1 Код *: