01:10
Ərəb müəllifləri Talış haqqında ( 1 ci hissə .)

                                        IX əsr müəlliflərinin Talış haqqındakı qeydlərinin təhlili

IX əsrdə yaşayıb-yaratmış ərəb coğrafiyaşünas səyyahlarının əsərlərində əks olunmuş məlumatların təhlilinə başlamazdan əvvəl, Azərbaycan və ümumilikdə Xilafətdə o zaman mövcud siyasi, iqtisadi, ictimai, mədəni proseslərə nəzər salmaq yerinə düşərdi. Bu zaman Xilafət taxtı Abbasilərin əlində idi. Abbasilərin Xilafət taxtına sahib olması islam dünyasında böyük dəyişikliklərə səbəb olmuşdu. 750-ci ildə Abbasilərin hakimiyyət başına keçməsindən sonra soy kökləri ilə Peyğəmbər səlavətullahın xanədanına bağlı olan Abbas və Əli oğulları arasında ziddiyyətlər kəskinləşdi və onlar bir-birilərinə düşmən oldular. O zamandan başlayaraq müsəlmanların rəhbər seçimində təfriqə daha da gücləndi. Rəhbər seçimində demək olar ki, müsəlmanlar 2 hissəyə ayrıldılar: I. Abbasi hakimlərinin “əmir-əl-mömün”lüyünü həm zahirdə, həm də batində qəbul edənlər. II. Abbasilərin “əmir-əl-mömün”lüyünü üzdə qəbul edib, batində peyğəmbərin nəslindən olanları (Əli oğullarını) rəhbər hesab edənlər. Ərəb müəllifləri Talış haqqında -10- IX əsrdə hakimiyyətdə olmuş Abbasi xəlifələrinin ən məhşurlan bunlardır:

1. Harun ər-Rəşid (170 hicri-qəməri/786 miladi - 193 hicri-qəməri/809 miladi)
2. Məhəmməd Əmin (809-813 miladi)
3. Abdullah əl-Məmun (193 h.q./809 m. - 218 h.q./833 m.)
4. Əl-Mötəsim (218 h.q./833 m. - 227 h.q/842 m.)
5. Mötəsimin oğlu Vasiq (227 h.q/842 m. - 232 h.q/847 m.)
6. Vasiqin qardaşı Mütəvəkkil (232 h.q/847 m. - 248 h.q/861 m.)
7. Mütəvəkkilin oğlu Müntəsir (248 h.q/861-862)
8. Müntəsirin əmisi oğlu Müstəin (248 h.q/862 m. - 252 h.q./866 m.)
9. Əl Mötəzz Billah (252 h.q./866 m . - 255 h.q/869 m.) Diqqətlə nəzər yetirdikdə görmək olur ki, iki Abbasi xəlifəsi Məhəmməd Əminin və Abdullah əl Məmunun hakimiyyətnin ilk illəri üst-üstə düşür. İş burasındadır ki, xəlifə Harun ər-Rəşid öldükdən sonra vəsiyyətinə görə, onun böyük arvadı Zibeydədən olan oğlu Əmin taxta çıxarılmışdı. Xilafətin şərq əyalətləri isə xəlifənin anası fars olan digər oğlu Mə'munun ixtiyarına verilmişdi. Elə ilk günlərdən qardaşlar arasında gərgin mübarizə gedirdi. Mübarizədə Mə'mun qələbə qazanır. Lakin Mə'munun apardığı fars təmayüllü siyasətə qarşı çıxan Əmin tərəfdarları da dinc oturmurlar. Nəhayət, Mə'mun ərəblərin maraqlarını nəzərə alaraq, siyasi kursunu dəyişib, 819-cu ildə paytaxtı Xorasandan

Bağdada keçirdikdən sonra çəkişmələrə son qoyulur və yalnız bu vaxtdan e'tibarən o, xilafətin daxili işləri ilə məşğul olmaq imkanı qazanır8. Yuxarıda qeyd edildiyi kimi, şiə müsəlmanları Abbasi xəlifələrinə deyil, Peyğəmbər nəslindən olan İmamlara beyyət edirdiLu. IX əsrdə yaşamış şiə imamları aşağıdakılardır:
1. VII İmam - Museyi Kazım aleyhissəlam (128 h.q/746 m. - 183 h.q/800 miladi.)
2. VIII İmam - Rza əleyhissəlam (148 h.q./765 m -203 h.q./818 m.)
3. IX İmam — Məhəmməd Təqi əleyhissəlam (195 h.q/811 m .-220 h.q/835 m.
4. X İmam - Əliyyən Nəqi əleyhissəlam (212 h.q./828 m. - 254 h.q./868 m.)
5. XI İmam — Həsən Əskəri əleyhissəlam. IX əsrin əvvəllərində Xilafətdə başlanan narazılıqlar əsrin ortalarına doğru kuliminasiya nöqtəsinə çatdı. Xürrəmilər hərəkatı isə Abbasilərə ciddi zərbə vurdu. IX əsrin sonlarında Xilafətdə separatizm meylləri gücləndi. Yerli hakim və canişinlərin hər biri mərkəzi hakimiyyətin üzləşdiyi çətinliklərdən istifadə edərək ayrılmağa, yarımmüstəqil və yaxud müstəqil dövlət qurumu yaratmağa can atırdı9. Mərkəzi hakimiyyətdən ayrılan ilk ölkələr sırasında Mərakeş, Əlcəzair, Tunis, Liviya, İranla yanaşı Azərbaycanın da adı çəkilir. 

Bütün bu proseslərə baxmayaraq IX əsrin ortalarından başlamış - X əsrin ortalarına qədərki dövr “Müsəlman mədəniyyəti”nin tərəqqi dövrüdür. Ərəb Şərqinin mədəni və elmi mərkəzləri Bağdad, Kufə, Bəsrə, Dəməşq, Qahirə kimi şəhərlər idi. Müxtəlif ərazilərdə yeni-yeni təhsil ocaqları, kitabxanalar yaradılırdı. Bununla bağlı olaraq tarix elmləri doktoru Nailə xanım Vəlixanlı 7 cildlik “Azərbaycan tarixi”nin II cildində dövrün elm və fəlsəfi fikir tarixi bəhsində qeyd edir: “Artıq IX əsrdən başlayaraq Xilafətin ən böyük şəhərləri - Dəməşq, Bağdad, Hələb, Bəsrə, o cümlədən Azərbaycanın Ərdəbil, Marağa, Şamaxı və b. təhsil ocaqları, kitabxanaları, məsçidləri olan mədəni mərkəzlərə çevrildilər.” Xilafətdə bu zaman digər elmlərlə yanaşı tarix və coğrafiya elmləri daha sürətlə inkişaf edirdi. Artıq qeyd edildiyi kimi, bu cəhətdən dövrün coğrafiyaşünas səyyahlarının əsərlərində talış torpaqlarının və ümumilikdə, Azərbaycanın tarixi və tarixi coğrafiyasına aid qiymətli məlumatlar vardır. Dövrümüzə qədər əsəri gəlib çatan ilk ərəbdilli coğrafiyaşünas — səyyahı Əbul-Qasim Übeydullah ibn Abdullah ibn Xordadbehdir ( 205-ci hicri-qəməri/820 miladi ili - 300-cü hicri-qəməri/912-ci miladi ili). Adlısanlı İranlı ailəsində anadan olmuş İbn-Xordabeh Bağdadda təhsil almışdır. Onun atası xəlifə Abdullah əl-Məmunun hakimiyyəti illərində bir müddət Təbəristanın hakimi vəzifəsində çalışmışdır. O, özü də Xilafətdə bir çox yüksək vəzifələri tutmuşdur. Bir müddət atası kimi onun da Talış torpaqlarının bir hissəsinin də daxil olduğu Gilan vilayəti ilə qonşu olan Təbəristan vilayətinin hakimi vəzifəsində çalışması müəllifin bu ərazi haqqında məlumatlarının daha dəqiq olacağı ehtimalını yaradır. Təbəristan ( u ЧЈЧы ј и-^ ) Xəzər dənizinin cənubunda yerləşən vilayətlərdən biri olmuşdur. Bu vilayət şərqdən Curcan, cənub-şərqdən Xorasan, cənubdan Rey, cənub-qərbdən Cibəl, qərbdən Gilan vilayəti ilə həmsərhəd idi. Orta əsr tarixçilərinə görə Təbəristanın əsas şəhəri Sarij^ə olmuşdur. Müəyyən edilmişdir ki, Təbəristan vilayətinin ərazisi İran İslam Respublikasının indiki Mazandaran vilayətinin ərazisini əhatə edirdi. Buraya onun həmçinin bir müddət əl-Cibəl vilayətində poçt rəisi10 olmasını da əlavə etsək fikrimizi bir daha təsdiqləmiş olarıq. Cibəl vilayəti o zaman Xilafət üçün mühüm strateji əhəmiyyətə malik bir ərazi idi. Belə ki, bura Xilafət qoşunlarının həm “yəcuc torpaqlarf’na (Orta Asiyaya), həm də Azərbaycana, Bizansa, Xəzər ölkəsinə axınları üçün uzun müddət dayaq nöqtəsi olmuşdur. Vilayət şimaldan Gilan və Təbəristanla, şərqdən Rey vilayəti, cənubdan Xuzistan, qərbdən Azərbaycan və İraqi-Ərəb ilə həmsərhəd idi. Cibəlin əsas şəhəri bir zamanlar “Böyük Madi” dövlətinin paytaxtı olmuş Ekbatana - Həmədan şəhəri olmuşdur. Vilayət İran İslam Respublikasının indiki Tehran, Qəzvin, Qum,Həmədan, Zəncan ostanlarmın torpaqlarını əhatə etmişdir 11. İbn Xordadbeh “Yollar və məmləkətlər haqqında kitab”ında Taylasan torpaqlarına aid olan daha bir ərazinin Bacirəvanm da adını çəkmişdir. O, dövrə aid digər tarixçilər rəvayətlərə əsaslanıb yazmışlar ki, burada dirilik bulağı olmuşdur. Nailə Vəlixanlı Bacəravan şəhərini lokalizasiya edərkən bu şəhərin Şirvan yaxınlığındakı şəhərlərdən birinin adı olduğunu yazmışdır. Qeyd etmək lazımdır ki, əslində, Bacirəvan şəhəri Azərbaycan Respublikasının indiki Cəlilabad rayonu ərazisində yerləşmişdir. Hətta indinin özündə də Bacirəvan şəhərinin qalıqları və Bacirəvan kurqanları Cəlilabad rayonu ərazisində qalmaqdadır.12 Azərbaycanın ən qədim tarixi ərazilərindən olan indiki Cəlilabad rayonu ərazisində ərəblərin gəlişinə qədər Bacirəvandan bir az aralıda daha başqa bir şəhər də olmuşdur. Təəssüflər olsun ki, bu şəhər haqqında ərəb mənbələrində məlumat demək olar ki, saxlanılmamışdır. Lakin digər mənbələrdən məlumdur ki, Həməşərə şəhəri eramızdan əvvəl II minillikdə formalaşmağa başlamış və mövcudluğunu ərəb işğalları dövrünə qədər saxlamışdır. www.azwikapedia.org saytında Cəlilabad rayonunun tarixinə həsr olunmuş məqalədə yazılır: “Rayon ərazisində mövcud olmuş Həməşərə şəhəri eradan əvvəlki II minilliyə aiddir. Qədim mənbələrdə şəhərin 3 metr hündürlüyündə möhtəşəm qala ilə əhatə olunduğu göstərilmişdir. Ərəblərin Azərbaycana hücumundan sonra Həməşərə şəhəri dağılmış və sonrakı dövrlərdə Hasıllı şəhəri məhşurlaşmışdır . Xordadbehin adını çəkdiyi Bacəravan sözünün mənasına gəldikdə isə bu söz yerli taylasanlıların dilində “ayrılan yolların qarşısı” və ya “ayrılan yolların başlanğıcı” mənasını vermişdir. Yəni, talış dilində “ba” (“və”) - “qarşı” , “со” - “ayrı”, “rovon” və ya “roon” - “yollar” mənasını verir. Diqqət yetirdiyimiz zaman da görə bilərik ki, həqiqətən də bu ərazi şimala gedən əsas ticarət yollarının üzərində yerləşir və yollar ayrıcıdır. Həmçinin digər bir ərəb - coğrafiyaşünas səyyahı əl-Müqəddəsinin İbn Xordabeh haqqında fikirləri də maraq doğurur. Əl-Müqəddəsi göstərir ki, İbn Xordadbeh “xəlifənin vəziri idi və Əmirəlmöminin kitabxanasında saxlanılan elmi sərvətlərdən tam istifadə etmək hüququna malik idi.”13 4 Onun “Kitab əl-masalik və əl-mamalik” (“Yollar və məmləkətlər haqqında kitab”) əsəri Azərbaycan, o cümlədən Talış bölgəsinin tarixi və tarixi-coğrafiyası üçün çox mühüm mənbədir. Əsər əsasən Xilafətdə yerləşən yollar və marşurutlar haqqındadır. Xordadbeh Azərbaycanı və o cümlədən, Taylasanı (Talışam) “əl-Cərbi” adlandırdığı “şimal ölkələri” qrupuna daxil etmişdir. Bəzi tarixçilər İbnXordadbehin “əl-Cərbi şimal ölkəsidir və məmləkətin V a -ni əhatə edir.” cümləsini təhlil edərkən “əl Cərbi”nin yalnız Xilafətin şimal vilayətlərinə aid olduğunu qeyd edirlər. Lakin apardığımız tədqiqatlar göstərir ki, bu fikir doğru deyildir. Çünki əl-Cərbi yalnız Xilafətin şimal vilayətləri mənasında işlənsəydi Xordadbeh bu dövrdə hələ Ərəb Xilafətinə tabe olmayan Xəzər, Alan, Səqalib, İber torpaqlarını “əlCərbinin tərkibində verməzdi. Deməli, İbn Xordadbeh “əl-Cərbi” yazarkən Xilafətə tabe olan deyil, o zaman ərəblərə məlum olan şimal torpaqlarından bəhs etmişdir. İbn Xordadbeh “əl-Cərbi” ölkələrindən bəhs edərkən buraya Ərməniyyə, Azərbaycan, ər-Rey, Dumvənd, Təbəristan, ər-Ruyan, Amul, Sariyə, Şalus, əl-Lariz, əş-Şirriz, Tamis, Dehistan, əl- Kəlar, Cilan (Gilan), Bədəşvərcar torpaqlarını daxil edir. Tədqiqatlar göstərir ki, bu zaman bu torpaqların demək olar ki, hamısı Xilafətə tabe edilmişdi. Ət-Taylasan torpaqlarının adını isy Xordadbeh “əlCərbi”yə daxil olan, lakin Ərəb Xilafətinə tabe olmayan, müstəqil torpaqlar sırasında çəkir. O, yazır: “Burada əl-Bəbr, ət-Taylasan, əl-Xəzər, əI-Lan (Nailə xanım Vəlixanlıya görə XII əsrə qədər Şimali Qafqazda yaşamış İranmənşəli alanların torpaqları.), əs-Səqalib (slavyanlar), əl-Əbr (İber).” Tarixdən də məlum olduğu kimi, alan, slavyan, və iber torpaqları ərəb fıituhatına məruz qalmamış və bu xalqlar islamı qəbul etməmişlər. Xəzərlər isə daha çox iudaizmə meyilli olmuş və hətta Ərəb Xilafəti ilə uzun illər amansız müharibələr də aparmışlar. Bu müharibələf-ə^əiifə I Validin hökümranlığı illərindən (705 -715) başlamış və Harun ər-Rəşidin xəlifəliyi dövrünə qədər (786 - 809) davam etmişdir. Bəs tarixi Azərbaycan torpaqlarının mərkəzində yerləşən ətTaylasanm adının azad olan torpaqlarla bir yerdə çəkilməsinin səbəbi nə idi? Nailə Vəlixanlıya görə İbn Xordabeh adı çəkilən əsərini əl-Mötəsimin hakimiyyəti illərində (833-942) əlCibəl vilayətində poçt rəisi işlədiyi illərdə yazmışdı. 833-837-ci illər isə Xürrəmilər hərəkatının ən qızğın dövrünə təsadüf edir. Nəzərə alsaq ki, Taylasan torpaqları Babək Xürrəminin ən əsas istinadgahlarının yerləşdiyi ərazi olmuşdur, o zaman nə üçün Taylasan (Talışan) torpaqlarının adının müstəqil yaxud ərəblərə tabe olmayan ərazilər sırasında çəkildiyi məlum olar. Konkret deyilsə, Taylasan torpaqları bu zaman Xilafətə deyil , Babəkə tabe idi. Hətta Babəkilərin əsas mərkəzi Bəzzin Lənkəran və Ərdəbil arasında уerləşdiyini15görkəmli tarixçi Z.İ Yampolski də təsdiq edir. H.Kəlbiyevin “Bəlləbür Bəzzdir” əsərində də bunu sübut edən əsaslı faktlar göstərilmişdir16. Sonuncu fəsildə bu mövzuda təhlillər verildiyi üçün burada geniş təhlil verməyə lüzum yoxdur. Lakin zaman keçdikcə Taylsan torpaqlarının bir hissəsi Xürrəmilərin əlindən çıxmağa başlamışdı.
 
Category: Tarix Ümümi | Views: 637 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
N$)?>
Подписка: 1 Код *: