01:30
Ərəb müəllifləri Talış haqqında (2 ci hissə)
                                                                  Ərəb müəllifləri Talış haqqında

“Taylasan” sözünün özünə gəldikdə isə bu söz yalnız və yalnız “talış” sözünün cəm formasından başqa bir  şey deyildir. İlk məxsusi adı “sataquş” olan və hətta Bisutunda da həkk olunan bu xalqın adının “talış” şəklinə düşməsindən danışarkən müasir İran tədqiqatçısı, tatşünas və talışşünas, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri doktoru Əli Əbdoli yazır:
“Talış xalqına məxsus adın ilk formasının sataquş olduğu, Haxəmənişi (Əhəməni) kitabələrində bu adm yazıya düşdüyü və sonra onun heç bir qaynaqda qeyd olunmadığı nəzərə alınarsa, onda Haxamənişilərdən sonrakı dövrlərdə sataquş adı taquş şəklinə düşməlidir və belə olan surətdə kadus adı taquş adının qeyri-şərtsiz yunan variantı olacaqdır. Taluş - talış adı isə taquş adının daha sonrakı dövrlərdə təşəkkül tapmış İran tələffüzüdür.”17. Beləliklə, “taquş”u yunanlar “kadus” ifadə etdiyi kimi, ərəblər də “talış” sözünü “taylis”, “taylas” şəklində ifadə etmişlər. Sözün sonuna artırılan “-an”, on” şəkilçisi isə bir çox İrandilli xalqların dillərində olduğu kimi talışca da cəm şəkilçisidir18. İbn-Xordadbeh “Azərbaycan mahalının şəhər və rustaqlan” haqqında olan hissədə dolayısı ilə Taylasan torpaqlarının siyasi tarixinə də toxunmuşdur. Tədqiqatlar göstərir ki, əsasən Xürrəmilər hərəkatı yatırıldıqdan sonra Taylasan torpaqları bölünərək ayrıayrı vilayət rustaqlarma tabe edildi. Bu vilayət rustaqları sırasında Ərdəbil və Bərzənd rustaqlan mühüm yer tuturdu. Əsərində Xordadbeh Ərdəbil canişininin Məhəmməd ibn ər-Rəvvad əl-Əzdi olduğunu göstərir. O, yazır: “əl-Marağa, əl-Məyanic, Ərdəbil, Varsan, Sisər, Bərzə, Saburxast, Təbriz (canişini) Məhəmməd İbn ər-Rəvvad əlƏzdidir.” Taylasan torpaqlarının qərb hissəsi, təqribən, indiki İran İslam Respublikasının Ərdəbil ostanmm Ərşaq, Nəmin nahiyyələri19 o zamandan başlayaraq Ərdəbil rustaqına tabe edilmişdir. Məhəmməd ibn ər-Rəvvad əl-Əzdi X əsrdə Azərbaycanda öz dövlətlərini yaratmış Rəvvadilər sülaləsinə (983-1060) mənsub bir hakim olmuşdur. ƏlYəqubi də xəbər verir ki, Təbrizdən Bəzzədək olan bütün torpaqlar Rəvvada verilmişdi. Babəkin məğlub edilməsindən sonra nəinki, Ərşaq və Nəmin, hətta Azərbaycan Respublikasının indiki Astara, Lerik, Lənkəran rayonları da Rəvvadilərin hakimiyyəti altında olmuşdur. Qardaşı əl-Vəcnədən sonra hakimiyyətə gəlmiş Məhəmməd bir müddət müstəqil şəkildə hakimiyyət sürmək üçün Xilafətə qarşı çıxmışdır. Bunula bağlı olaraq, 7 cildlik “Azərbaycan tarixi”nin II cildində göstərilir: əl-Yəqubi verdiyi məlumatında Xürrəmiilər hərəkatının təsiri ilə Xilafətdən təcrid olaraq nisbi müstəqillik əldə edə bilmiş hakimlər sırasında Məhəmməd ibn ər-Rəwadın da adını çəkmişdir.”20 Qeyd etmək olar ki, Məhəmməd və ümumilikdə, Rəvvadilər etnik mənsubiyyətcə Yəmənli əzd qəbiləsindən olmuşlar. İbn Xordabeh əsərində Bərzənd rustaqının canişininin isə Əli ibn Murr olduğunu göstərir. Əli ibn Murrun hakimiyyəti digər Azərbaycan torpaqları ilə yanaşı Taylasanm şimal torpaqlarının bir hissəsini də əhatə etmişdir. Bərzənd rustaqı çox ehtimal ki, Azərbaycan Respublikasının indiki Yardımlı və Masallı rayonlarının əraziləri, həmçinin, İran İslam Respublikasının indiki Ərdəbil ostanmm Germi nahiyyəsini əhatə etmişdir. Orta əsrlərdə Azərbaycan və talışların yaşadığı torpaqlar haqqında əsərində məlumat verən digər bir ərəb coğrafiyaşünası IX əsrin sonu X əsrin əvvəllərində yaşamış Əhməd İbn əl-Fəqih əl-Həmədanidir. İranın Həmədan şəhərində anadan olan İbn əl-Fəqih 5 cildlik “Kitab əl-buldən” (“Ölkələr kitabı”) kitabını 902-ci ildə yazmışdır. Əl-Həmədani Azərbaycan hüdudları, ərəb işğalı, Azərbaycanın şəhərləri və Xilafətə verdiyi xəracın miqdarı haqqında geniş məlumat vermişdir. Digər ərəb coğrafiyaşünas-səyyahları kimi onun da haqqında bəhs etdiyi Bərzənd, əl-Avdi kimi məntəqələri fikrimizcə talışların yaşadığı torpaqlarda axtarmaq daha düzgün olardı. Artıq Azərbaycan tarixşünaslığında da bu fikir qəbul edilmişdir ki, Bərzənd adlanan yaşayış məntəqəsi Talış torpaqlarının  qərbində yerləşmiş bir yaşayış məntəqəsi olmuşdur21. Bu cəhətdən Bərzəndin yerini Azərbaycan respublikasının indiki Lerik və Yardımlı rayonları və İran İslam Respublikasının Ərdəbil ostanının indiki Germi, Meşkinşəhr, Nəmin nahiyyələri ərazisində axtarmaq daha düzgün olardı. İbn əl-Fəqih Bərzənddən bəhs edərkən yazır: “Bərzənd kənd idi. Əl-Afşin Babəklə vuruşduğu günlərdə burada düşərgə salmış, möhkəmlətmiş və abad etdirmişdi.” Böyük ehtimalla bu ad - yəni, Bərzənd adı bu əraziyə Babəkilərin üsyanları dövründə və yaxud az sonra ərəblər və ya ərəb ağalığını qəbul etmiş farslar tərəfindən verilmişdir. Çox ehtimal ki, “Bərzənd” ‘ kafirlərin qapısı” və ya “zındıqların yaşadığı torpaqların qapısı” mənasını verir . Yəni , bu söz fars dilində “j*w (“bər”)22-qapı və “ o j сАс^ j ” (“■Zındıq”) -zındıq, dinsiz, kafirlər sözlərinin birləşməsindən əmələ gəlmişdir. Sonralar isə bu söz dəyişilərək “Bərzənd” formasına düşmüşdü. Təsadüfi deyildir ki. Məhəmməd Üvfi “Cavame-əl—hekayət və ləvame-ər rəvayət” adlı əsərində yazır: “Mötəsim dövründə baş verən ən böyük hadisələrdən biri Babək hərəkatı idi. O, zındıq idi ...”23 Lakin bu heç də o anlama gəlməməlidir ki, Xürrəmilər həqiqətən də islamı qəbul etməmiş və dinsiz, kafir olmuşlar. Qeyd etmək yerinə düşər ki, Xürrəmiləri ən qüdrətli lideri olmuş Babəkin adını bəzi orta əsr müəllifləri (Təbəri və digərləri) Həsən kimi göstərirlər. Saleh İldırım “Babək Xürrəmdin ya Bay Bək Şaman?” məqaləsində Babəkin islamçı olduğunu qəbul etməsə də, Məsudinin Babək haqqında maraqlı bir fikrini verir: “Məsudi iddia edir ki, Babək bir dəfə islamı qəbul edib və Həsən adını götürdü...... ”24 Müasir İran müəllifi Dr.Hüseyn Feyzullahi Vəhid də iddia edir ki, Babək şiədir və əsl adı da Həsəndir. Əslində, islam dininə mənsub olan Babək Xürrəminin bu adı Məhəmməd Peyğəmbərin nəvəsi, şiələrin ikinci imamı Həsən ibn Əlinin şərəfinədir. Lakin üsyan qaldırmış əhaliyə qara yaxmaq və Xilafət əsgərləri arasında onlara qarşı nifrət hissini gücləndirmək üçün bu böhtan məqsədyönlü şəkildə həyata keçirilirdi. “Kafirlərə” qarşı “cihada” gedən hər bir ərəb əsgəri isə həlak olacağı təqdirdə cənnətə gedəcəyinə inanırdı. Çünki, “kafir”, “dinsizlər”ə qarşı vuruşmağı müsəlmanların müqəddəs kitabı “Qurani-Kərim” də onların qarşısına vəzifə kimi qoyurdu. Müqəddəs kitabda yazılır : “Yə qatilihum hətta latəkunə fitnətun və yəkunədinu lillahi fəinin təhəv fəlaudvanə Ша ələz zalimin “ Yəni : 
“Kafirlərlə cihad edin ki, fitnə və fəsad yer üzündən gedib din Allaha məxsus olsun. Əgər fitnədən və döyüşdən əl çəksələr (onlarla ədalət edin ki) çünki, zülm zalımlardan başqasına rəva deyildir.”25 Və yaxud : “Və qatilufi səbilillahi vələmu ənnəllahə səmiun əlim.” Yəni: “Allah yolunda cihad edin və bilin ki , Allah xalqın dediklərini və etdiklərini eşidən və biləndir.”26 Hətta İranın yəhudi əsilli tarixçisi Səid Nəfisi Xürrəmiləri Məzdəkilərin ideya varisləri kimi verməyə çalışsa da etiraf etmişdir ki, orta əsr mənbələrinin çoxunda Xürrəmilərin məsləki haqqında yazılanlar qərəz və böhtan xarakteri daşımışdır.27 Əslində, Xürrəmilər hərəkatını dini hərakat kimi qiymətləndirmək fikrindən daşınmaq lazımdır. Ümumiyyətlə, Babəkin şiə məzhəbli müsəlman olmasına baxmayaraq bu hərəkat nə sırf şiə, nə atəşpərəst, nə xristian, nə sünni, nə zərdüşti, nə şaman hərəkatı olmamışdır. Babəki şamanist kimi vermək istəyən Saleh İldırım da “Babək Xürrəmidin ya Bay Bək şaman?” əsərinin sonunda etiraf edir ki: “Babəkin üsyanı milli-azadlıq üsyanıdır. Abbasi xəlifələrinin islamdan çıxmış hərəkətlərinə, işğalçılıq siyasətinə qarşı yönəlmişdir.”28. Fehrest iddia edir ki, onlar heç bir dini rədd ya təhqir və təzyiq etmirdilər... Onların inancında bütün dinlər düzdür, yetər ki, yaxşı əməli dəyərləndirib və pis əməli cəzalandırsın...29. İranlı müəllif Zərrinkub da Xürrəmilər haqqında maraqlı bir məlumat vermişdir. O, yazır: “Müqəddəsi deyir: xorrəmilər məcbur olmasalar qan tökməzlər, başqaları ilə yumşaq davranırlar...”30. Həqiqət budur ki, Xürrəmilər hərəkatından bəhs edərkən Xürrəmilərin inancları ilə Babəkin inancını qarışdırmamaq lazımdır. Həsən ibn Abdullahın, yəni Babək adı ilə tanıdığımız şəxsin dini mənsubiyyətcə islamçı şiə olduğu şəksizdir. Xürrəmilərin içində isə müxtəlif dinli, müxtəlif təriqətli insanlar olmuşdur. Əgər, Babək Allahlıq iddiasına düşüb, İslam dininə qarşı vuruşsa idi, ərəb və müsəlman olan Əzrək Babəkin sərkərdəsi olmazdı. Əgər, Xürrəmilər vahid Allaha qarşı çıxırdılarsa, niyə xristian Bizans imperatoru Feofil Babəkə yardım edirdi?_Məlumdur ki, Babək ərəb ordusunun Azərbaycandan çıxarılmasına nail olmaq məqsədilə 834 - 836-cı illərdə Bizans imperatoru Feofillə Xilafətə qarşı ittifaq bağlayıb. Hətta, 837-ci ildə imperator ərəblərə qarşı qoşun da göndərmişdi. Bu halda sual oluna bilər ki, əgər Babək (Həsən ibn Abdullah) islamı qəbul etmiş və müsəlman olmuşdusa niyə “Qurani-KərinT’də müşrik kimi göstərilənləri (atəşpərəstləri və ola bilsin ki, bütpərəstləri) öz tərəfdarları kimi qəbul edirdi? Həqiqət odur ki, Babəkə tərəfdar çıxan “müşriklərin” çoxu zülm və əsarət üzündən Babəkə pənah gətirmişdi və Həsən ibn Abdullah (Babək) əslində “Qurani Kərim”in tələb etdiyi kimi onlarla davranırdı. Müsəlmanların digər dindən olanlar və dinsizlərlə necə davranmaları haqqında yazan Harun Yəhya yazıçılıq adı ilə məhşur olan Adnan Oktar31 adlı türk yazarı “Quran”da əks olunmuş dinsizlərlə davranış qaydalarından danışarkən yazır: “Allah Kuran'da, Müslümanlara, müşrik insanlara (yani Allah'tan gelen vahye uymayan putperestlere) bile güvenlik sağlamalarım emreder: "Eğer müşriklerden biri, senden 'eman (güvenlik) isterse', ona eman ver; öyle ki Allah'ın sözünü dinlemiş olsun, sonra onu 'güvenlik içinde olacağı yere ulaştır..." (Tevbe Suresi, 6) Müşriklere göre Müslümanlara çok daha yakın bir inanç ve ahlaka sahip olan Kitap Ehline ise, daha da fazla saygı, hoşgörü ve yardımseverlik göstermek gerekmektedir.” Yəni, “Allah Quranda Müsəlmanlara, müşrik insanlann belə təhlükəsizliyini qorumağı əmr edər: “Əgər müşriklərdən biri səndən aman (güvənlik) istəyirsə, ona aman ver; belə ki, Allahın sözünü dinləmiş olsun, sonra onu “təhlükəsiz olacağı yerə çatdır...” (Tövbə surəsi,6) Müşriklərə nisbətən müsəlmanlara daha yaxın bir inanc və əxlaqa sahib olan Kitab Əhlinə isə daha çox hörmət , xoşüzlüiük və kömək göstərmək lazımdır .”32 İbn əl-Fəqih əsərinin digər bir yerində Azərbaycan hüdudlarından bəhs edərkən də Bərzəndin adını çəkir və onu məhz Azərbaycanın Deyləm və Gilan ölkələrinin yaxınlığında yerləşən şəhərlərindən biri kimi göstərir: “Azərbaycanın hüdudu Bərdədən Zəncanadəkdir. Şəhərlərindən: Bərkəri, Səlmas, Muğan, Xüvey, Varsan, əlBeyləqan, əl-Marağa, Neriz, Təbriz; cənub-şərqdən Azərbaycanın ikinci sərhəddi əd-Deyləm, ət-Tarm və Cilan ölkələri ilədir. Buradakı şəhərlərdən Bərzə, Saburxast, əlXunəc, Məyanic, Mərənd, Xuvey, Gülsurə, Bərzənd - bura xarabalıq idi. Əl-Afşin buranı abadlaşdırdı və məskən etdi 11 Maraqlıdır ki, “Bərzənd”, “Bərzand” sözünün qismən dəyişilmiş formasını Talış torpaqları indiyə qədər özündə saxlamışdır. Belə ki, tarixçi-etnoqraf Həşim Kəlbiyevin verdiyi məlumata görə, Azərbaycan Respublikasının Yardımlı rayonunun kəndlərindən biri indi də Bərcan adlanır və kəndin yaxınlığında çox ehtimal ki, orta əsrlərə aid yaşayış məskəninin qalıqları indi də qalmaqdadır. Burada müasir dövrümüzdə də talışların yaşadığı məlumdur. Bunu Azərbaycanın görkəmli etnoqrafı, talışlara aid olan sanballı və əhatəli etnoqrafik monoqrafiyanın müəllifi Qəmərşah Cavadov da özünün məhşur “Talışlar” monoqrafiyasında təsdiqləmişdir. Müəllif 1969-cu ilin iyun-iyul aylarında bu bölgəyə etnoqrafik səfərindən danışarkən yazır:“Səfərin hesabatından aydın olur ki, o, Astaranın Miki, Siyaku, Alaşa, Ərçivan, Şüvü, Pensər, Kakalos, Sekoşlu; Lənkəranın Seydəkəran, Rvo, Mollakənd, Söyüblü; Lerikin Cəngəmiran, Xəlfəküçə, Pərkəküçə, Qosmalyan, Göydərə, Bilnə, Soru, Barzavu; Masallının Hişkədərə, Ərkivan, Mahmudavar, Sərçivar; Yardımlınm Perimfcıel, Bərcan və başqa kəndlərində olarkən əhalinin və o cümlədən talışların əkinçilik mədəniyyəti, habelə texnikası haqqında zəngin materiallar toplamış və bu materiallar əsasında yazdığı məqaləni sonralar elmi jurnalda çap etdirmişdi .”33 . Yuxarıda da qeyd etdiyimiz kimi, Bərzəndlə yanaşı İbn əl-Fəqih əl Həmədaninin bəhs etdiyi əl-Avdini də Talış torpaqlarında axtarmaq lazımdır. İbn əl-Fəqih В ərzə mahalından məlumat verərkən yazır: “Bərzə mahalı əl-avdilərin jVI) [yaşadığı yerdir] Nailə Vəlixanlı “əl-avdi” sözünü izah edərkən onu ərəb qəbilələrindən birinin adı olduğunu göstərir. Ancaq, əslində bu söz “əl-avdi” deyil, Alavdidir və bu sözün dəyişilmiş forması indiki Masallı rayonunun Alvadı kəndinin adında özünü əks etdirir. Alvadı kəndi Masallı rayonundan şimali-qərb istiqamətində yerləşmişdir34. “Alvadi” sözünün mənasım araşdırarkən tarixçi Musarza Mirzəyev bu sözün müxtəlif mənalarında yozumunu verir. O göstərir ki, müxtəlif mənbələrdə sözün mənası “Əli övladları”, “Əlvəndi” şəklində verilmişdir. Sonradan müəllif belə bir nəticəyə gəlir k i: “Alvadı sözünün mənşəyi və bu yaşayış məntəqəsinin yaranma tarixini ərəblərin rayonumuzun ərazisinə gəlişi ilə bağlasaq səhv etmərik.” “... İlk növbədə qeyd edək ki, Alvadı və onun yerləşdiyi Muğan ərazisi Xürrəmilərin ərəblərə qarşı apardığı mübarizə meydanlarından biri olmuşdur.”35 Lakin, o, “Alavadi” sözünün mənasını yerli talış dilində deyil, ərəb dilində mənalandırır və yazır ki, bu söz “əl-vadi” sözündəndir. Vadi isə ərəbcə çay yatağı mənasını verir. Lakin, əslində bu söz yerli talış dilində iki sözün birləşməsindən yaranmışdır. Belə ki, talış dilində “alov” - od, atəş; “di” isə kənd, kənd yeri, yaşayış yeri deməkdir.36 Bu da birbaşa olaraq, Xürrəmilər hərəkatında iştirak etmiş atəşpərəstlərlə bağlıdır. Burada bir daha qeyd etmək yerinə düşər ki, Xürrəmilər hərəkatı özündə müxtəlif dinli, müxtəlif təriqətli, insanları birləşdirmişdi. Flərəkatın bütün üzvlərinin isə yalnız bir məqsədi vardı: zülümkar Abbasi hakimiyyətini devirmək. Qeyd edək ki, Babək hərəkatının məğlub edilməsi ilə əlaqədar olaraq artıq əsərin yazıldığı zaman Taylasan torpaqları da ərəblər tərəfindən idarə olunurdu. Ehtimal ki, bu zamandan artıq Taylasan torpaqlarının bir hissəsi Deyləmə, bəzi hissələr Gilana, digər bir hissə isə Azərbaycan tabe edilmişdi. Babək hərakatından sonra Taylasan torpaqlarının belə şəkildə bölüşdürülməsi başa düşülən idi. Məqsəd Xürrəmilərinin yerlərdəki qalıqlarını pərən-pərən salmaq idi. IX əsrin sonu X əsrin əvvəllərində yaşamış digər coğrafiyaşünas-səyyah isfahanlı Əbu Əli Əhməd ibn Ömər ibn Rustanın “Kitab əl-Alaq ən nəfisə” (“Nəfis daş-qaşlar kitabı”) əsərində 5-ci iqlim ölkələrindən bəhs edərkən Taylasanın adını çəkməməsi onun Babək hərəkatı yatırıldıqdan sonra artıq Deyləm, Gilan və Azərbaycan inzibati vilayətləri arasında bölüşdürülməsi ilə izah edilə bilər. Araşdırmalar göstərir ki, İbn Rusta ərəbdilli coğrafiyaşünas-səyyahların sırasına daxil edilsə də, o milliyyətcə fars olmuşdur. O , “Kitab əlAlaq ən-nəfısə” əsərini 290-cı hicri/903-cü miladi ilində tərtib etmişdir. Müəllif əsərində dünyanı yeddi iqlimə ayırmış, bu iqlimlərin hər birinin flora və faunası, möcüzəli yerləri barədə maraqlı məlumatlar vermişdir. Əsərində İranın təsvirinə geniş yer vermiş müəllifin Azərbaycan haqqında verdiyi məlumatlar az və qarışıqdır. O, Azərbaycanı və həmçinin, Taylasanı V iqlimə daxil etmişdir. Çünki, coğrafi cəhətdən də baxdıqda Taylasan torpaqları şimallı-cənublu Azərbaycanın Xəzərsahili mərkəz hissəsidir. İbn Rusta Kaspi (Xəzər) dənizindən bəhs edərkən əsərində dənizin 3 adını verir: “Təbəristan və ya Curcan dənizi ; buna həmçinin əl-Bab dənizi də deyilir.” Bu adlar hamısı indiki Xəzər dənizinə aid edilsə də əslində dənizin ayrı-ayrı hissələrinə verilən adlar idi. “Əl-Bab” adı dənizin qərb sahilləri ilə indiki Abşeron/ yarımadasından başlamış Dərbənd (əl-Bab) şəhərinə qədər uzanan hissəsinə şamil edilirdi. Abşeron yarmadasmdan cənuba doğru, indiki İran İslam Respublikasının Mazandaran ostanına qədərki hissə Təbəristan dənizi adlanırdı ki, Taylasan torpaqları da Təbəristan dənizinin sahilində yerləşirdi. Elburs dağları və indiki Qorqan çayından başlanmış, dənizin şərq sahilləri ilə şimala doğru indiki Qaraboğazqol körfəzinə qədər uzanan hissə Qorqan və ya Curcan dənizi adlanırdı37. Yuxarıda da qeyd etdiyimiz kimi , İbn Rusta V iqlim ölkələrindən bəhs etsə də Taylasan adını çəkməmişdir. İbn Rusta yazır: “....Beşinci iiqlim məşriqdə yəcuclar ölkəsindən başlanır, sonra şimala Xorasana doğru uzanır . Ticarət şəhərlərindən burada Navicət (Orta Asiya şəhərlərindən biri), İsficab, əşŞaş , Turarbənd , Xuvarəzm , Azərbaycan və Ərməniyyə vilayətləri, Bərdə , Nəşavə ,Sisəcan , Arzan , Xilat vardır Buradan isə belə məlum olur ki, ya İbn Rusta V iqlimə aid etdiyi ölkələri yaxşı tanımamış və yaxud da o daha çox İran-fars torpaqlarını tərənnüm etdiyindən V iqlim şəhərlərinə geniş yer verməmişdir. 
Category: Tarix Ümümi | Views: 654 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
N$)?>
Подписка: 1 Код *: