21:55
SİYAHIYA ALMA…

SİYAHIYA ALMA…

Ənənəmi pozacam, bu dəfə yazımı hədis, rəvayət və ya lətifə ilə yox, prezident İlham Əliyevin Salah Məmmədova iradı ilə başlayacam. Demək oktyabrın 28-də Azərbaycan prezidenti İlham Əliyevə yolların çəkilməsi, təmiri və bərpası haqqında məlumat verən  “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”nin İdarə Heyyətinin sədri Saleh Məmmədova prezident təmkinini pozmadan “rəqəmləri şişirtmisiz” dedi…

…Oktyabrın 1-dən 10-nacan Azərbaycanda əhalinin siyahıyaalınması “keçirildi”, “keşirildi”ni niyə dırnaq işarəsi altında yazdım? Hə, bax bu ciddi sualdır və ciddi də cavab istəyir…

…Demək siyahıyaalma kompaniyasını aparmaq üçün dövlət başçısı dövlətimizin büdcəsindən 22.3 milyon manat pul ayırıb, amma siyahıyaalma kompaniyası, demək olar ki, keçrilməyib. Bunu başa düşmək üçün elə facebook sosial şəbəkəsini izləmək bəs edər, hələ əksər saytlarda siyahıyaalma ilə bağlı, daha dəqiq desək siyahıya alınmama ilə bağlı yazıların getməsini demirəm. Adamdıye facebookda yazırdı ki, “ə qardaş, bəs bizi siyahıya almadılar axı”, “bizə gəlmədilər, bizim ailəni də Azərbaycan əhalisinin sayına əlavə edin” və s. bu tipli yazılar internet resurslarını bəzəyirdi. Və ən maraqlısı bilirsiz nədir? Həmin siyahıya alınmayan vətəndaşların içərisində əhalinin aktiv təbəqəsi – jurnalistlər, siyasi partiya üzvləri çoxluq təşkil edir ki, biz də hər ehtimala qarşı onlardan bəzilərinin yazdıqları statusların şəkillərini çəkib, arxivimizə yerləşdirdik ki, sabah statistika komitəsi ilə siyahıyaalmanı keçirdən qurum, vallah həmin qurumun adını bilmirəm, deyəsən elə bu işi dəMəntəqə Seçki Komissiyaları aparırdı, bizi qərəzlikdə ittiham etməsinlər. Qərəzlilik dedikdə bizim onlarla nə qərəzliyimiz ola bilər ki? Aidiyyatı qurum deyilik ki, həmin 22.3 milyon manatın hara xərcləndiyini soruşaq və ya anket vərəqələrində təftiş aparaq. Anket vərəqələri dedim, yadıma bir şey düşdü. Demək bir dostum, hansı ki, siyahıyaalınan xoşbəxtlərdəndir, nəql edir ki, qapılarını döyürlər, açır, görür siyahıyaalanlardır, nə isə anketi özləri və karandaş ilə doldurmağa başlayırlar ki, məntəqədə diyircəkli qələmlə səliqəli yazacağıq, dostum bir-iki suala cavab verir və görür ki, siyahıyaalanlar bir neçə sualı buraxdılar. Dostum həmin sualları da cavablandırmalı olduğunu vurğuladıqda ona deyirlər ki, “burada milləti qrafasıdır, azərbaycanlısan da, özümüz yazacağıq”, dostum israrla həmin paraqrafa qaytarır və özünü talış, ana dilini də talış dili yazdırır, amma… amması odur ki, bəlkə də on minlərlə insan həmin paraqrafdan bixəbər qalıblar, üstəlik bəzi “siyahıyaalanlar” elə mənzil istismar sahələrindən, bələdiyyələrdən siyahıları götürüb, elə məntəqədəcə anketləri doldurub, təhvil veriblər. Şəxsən mənim onlarla tanışım, qohumum, dostum siyahıyaalmanın “onlardan vız keçdiyini” deyirlər, yəni qapıları döyülməyib… Nə isə, bu yazdığım lap “toydan sonra nağara” məsəlinə oxşadıye, hayıf o 22.3 milyon manatdan, sizə şişirdilmiş və saxta rəqəmlər lazım idisə, daha bu boyda həngamə nəyə lazım idi? Elə o siyahıları MİS-lərdən, bələdiyyələrdən özünüz də tələb edə bilərdiniz…

Bir sözlə: Siyahıyaalınma ALINMADI…

 

TALIŞ MƏTBƏXİ

 

Yox, kulinariyadan yazmayacam, zatən kulinariya sahəsində biliklərim professional kulinarlar səviyyəsində deyil, amma onlarla nisbətdə onların bilmədiyi bəzi şeyləri bilirəm, məsələn, tək-tük kulinar bilər ki, küftə tat dilində “döyülmüş” deməkdir, bizim Kulinariya İdarəsinin gözündən iraq, “tarixi sənədləri” araşdırıb, “küftə”nin məhz türk dilində “döyülmüş ət” olduğunu “sübut” edərlər, necə ki, ləvənginin “qədim türk dilində” “qarına doldurulmuş” olduğunu “sübut” etdilər, nə isə, deyəsən kulinariya mövzusundan çıxmaq lazımdır, yoxsa belə saxtakarlıqların hamısını yazmağa vaxt qalmaz. Hə, deməli bizim Saday Nəciyev – Saday dayımız Zabratda bir kafe açıb və adını da qoyub “Talış Mətbəxi”, gəlib-gedənlərə Talış mətbəxinin ləziz təamlarını dadızdırır. Biz də bir neçə dəfə “Talış Mətbəxi”nin qonağı olduq, yeməklərin dadını ancaq təsəvvür eləmək mümkündür, təsvir eləmək mümkün deyil, kafedəki təmizlik, səliqə-səhman, gülərüz personal və ən əsası Talışın ləziz təamları… Təsəvvür elədiz? Edə də bilməzsiz, dadı bilmək üçün dadmaq lazımdır, yüz eşitməkdənsə bircə dəfə görmək lazımdır, əlqərəz: “Talış Mətbəxi”nə gedib, təamları dadmaq lazımdır…

 

TALIŞ DİLİ

 

Helə özümə deyirəm ki. bu mövzuya qayıtmayım, olmur, hökmən bir səbəb tapıb, bu mövzuya qayıdıram. Söhbət yenə də başıbəlalı “Y” hərfindən, məhz hərfindən, səsindən yox, gedir. Çox hörmət etdiyim linqvist Rasim Heydərov ilə iyul ayında görüşdük və ondan bir daha “Y” hərifinin dilimizdəki mövqeyi barədə soruşdum. Rasim müəllim deyir ki, “Y” indiki zamanda hərəkətin davamını (?) bildirir, təbii ki, mən izah istədim və izahı aldım: “Az ha ruj saat 11-də bə ko şedəm” – “mən hər gün saat 11-də işə gedirəm”, yəni mən bunu hər gün edirəm, və “az bə ko şeYdəm” – yəni mən məhz indi işə gedirəm, daha doğrusu “getməkdəyəm”, yəni hələ ki, addımlayıram, hərəkətim davam edir, üstəlik mən hərəkət edə-edə bunu yazıramda! Və ola bilsin ki, mən heç işə getməyim, axı mən işə getməkdəyəm! Yoldu da, işə “getməkdə” olduğum yerdə fikrimi dəyişdim, qayıtdım evə, bu qədər sadə… Və ya “az nəfo hardedəm” – yəni mən nahar (səhər yeməyi) yeyirəm, yəni mən bunu hər gün yeyirəm də, amma mən hal-hazırda yeyirəmsə – bu olmalıdır hardeYdəm, axı hərəkət davam edir, mən hələ çörəyi çeyniyirəm, üstəlik sağ əlimlə sol əlimdəki və ya tərsinə, sol əlimlə sağ əlimdəki çörəyə yağ sürtürəm, axı hərəkət davam edir və ən maraqlısı odur ki, mən bu boyda hərəkətin içində – ağzımda çörək çeynəyirəm və əllərim də məşğuldur, yemək yeməkdə olduğumu, yemək yediyimi yox ha, məhz yemək yeməkdə – indiki zamanın hərəkətin davam etməsində – olduğumu sizlərə yaza və deyə də bilirəm, bu qədər sadə! Vaxtında ustad Allahverdi Bayrami “Yağa Yzadə” yazısını yazmışdı, gərək həmin yazını oxuyaydız, oxusaydız indi belə mücərrəd fikir – hərəkətin məhz indi davamı (?) fikrini özünüzə yaxın buraxmazdız. İndi gəlin bu “hərəkətin davamı” nağılına, bəli, məhz nağılına, digər aspektdən yanaşaq. Tutalım ki, mən görürəm ki, həyətdə uşaqlar top ilə oynayırlar, yəni “hərəkət (oyun) davam edir” və mən də yazıram ki, “əğlon soədə de ləpi hənək kardeYdən”, mən yazıb qurtaranacan uşaqlar oyunu saxlayıb, dağılışdılar evə, onda necə olacaq? Yəni hərəkətin davamı məhz hərəkət olan yerdədir, onu təsvir edincə hərəkət artıq bitmiş olur! Yəni “əmə hənək kardedəmon” – “biz oynayırıq” yazılmalıdır, harda görmüsüz ki, “biz oynamaqdayıq” yazılsın? Bəyəm azərbaycan dilində hərəkət davam eləmir? Üstəlik, Xıdo ölənlərinə rəhmət eləsin, araşdırmaçı Cabbar Əliyev 30-cu illərin talış mətbuatını, talış dili dərsliklərini aşkara çıxardır, onların PDF variantını paylaşır, siz heç olmasa həmin dərgilərə bir nəzər salın, yoxsa “mən belə deyirəm, belə də olmalıdır” yanaşması bizi uçuruma aparacaq. Eyni ilə “pıə” “bıə, ce, kardeY, hardeY, doe, səe” yazan müəlliflərə səslənirəm, baxın həmin dərgilərə, orada “pıə – pə”, “bıə – bə”, “çe – çı”, “kardeY, hardeY – karde, harde, “doe – doşe, dome, doydəm” “səe – səme, səşe, səydəm” yazılır, çox-çox xahiş edirəm, gəlin bu normalara riayət edək, “biz belə deyirik” yanaşması səhvdir, qazaxlılar “gəleyrəm”, coratlılar “gələdəm”, yardımlılar “gəleyəm”, şəkililər “gəliyəm” deyirlər, amma hamısı “gəlirəm” yazırlar. Dəfələrlə yazmışam, bizim kənddə də çox sözü fərqli deyirlər, hətta dəfələrlə mənə irad da bildiriblər ki, sən niyə lənkəranlılar kimi yazırsan, başa salıram ki, ədəbi dil həmişə ərazinin böyük şəhərinin dilinə uyğun olmalıdır, gördüyünüz kimi mən kəndimizdəki deyilişi qəzetə gətirmirəm, baxmayaraq ki, buna imkanım genişdir. Məsələn biz “Rafiq ilə” deyəndə “dı Rafiqi” deyirik, amma mən həmişə “de Rafiqi” yazmışam, biz “az aspım çovnedə” desək də, mən “az aspi çovnedəm” yazıram və s. Gəlin “biz belə danışırıq” terminindən əl çəkək və bir sadə düsturu – əsas böyük şəhərdir – düsturunu qəbul edib, digər kənd və rayonlardan da seçmələr etməklə ədəbi dilimizi möhkəmləndirək…

Çətindirmi? Məncə çətin heç nə yoxdur…

 

ASSİMİLYASİYA

 

Hərdən soruşurlar ki, siz buranın köklü xalqısızsa, niyə azsız? Əslində maraqlı sualdır, doğurdan, biz niyə azıq? Və ya doğurdanmı biz azıq? Nəzərə alsaq ki, ərəblər İranı, o cümlədən Talışı işğal edəndən sonra yüz minlərlə talış, məhz öz atəşpərəstliyini qorumaq üçün Hindistana və Çinə köç ediblərsə, üstəlik biz talışlar təkcə Cavidan və Babəkin rəhbərliyi altında ərəblərlə 45 ildən çox döyüşmüşüksə (hələ Rus-İran və digər müharibələrdə qırılan talışları demirəm) və həmin 45 ildə Ərəb xilafəti bir neçə yüz min əskər itiribsə və tükənən ərəb ordusunu Orta Asiyadan gətirilmiş muzdlu türkmən döüşçüləri əvəz ediblərsə, tükənən talışları əvəz edən olmayıb və bu millət ancaq Ərəb xilafəti ilə döyüşdə 100 minlərlə insan itki veribsə, üstəlik Azərbaycan Respublikasında talışların sayı bilərəkdən 10 dəfədən çox azaldılırsa, həmçinin kökən talış olan əhali 1937-ci il talışların Qazaxıstana sürgünündən qorxaraq, özlərini “azərbaycanlı” elan etmişlərsə, biz elə də az deyilik. Hələ mən talış kəndlərinin rəsmi sənədlərdə “yavaş-yavaş” türkləşməsini demirəm, elə Aqşin Mistanlının təkcə Alar – Alo tayfası haqqında yazısına baxmaq kifayət edər ki, rəsmi sənədlərdə talış kəndlərinin türkləşmə prossesini seyr edəsən. Həzarat, biz az deyilik, bizi az kimi qələmə verirlər…Картинки по запросу siyahiya alma

“Tolışon Sədo” N: 10 (122)
tolishstan.com

Category: Taliys | Views: 558 | Added by: tmmrtalish | Tags: tolishstan.com | Rating: 0.0/0
Total comments: 0
N$)?>
Подписка: 1 Код *: