07:46
Son hadisələr haqqında siyasi analiz
Son hadisələr haqqında siyasi analiz .

Hörmətli izləyicilər və oxucular! 27 sentyabr 2020-ci ildən başlayaraq, Dağlıq Qarabağ və ətrafında baş verən son hadisələrin hərbi-siyasi təhlilini edək və öz fikirlərimizi birlikdə bölüşək. Nə baş verdi, birdən-birə genişmiqyaslı müharibə başlandı və Azərbaycan ordusu işğal edilmiş torpaqlarını azad edə-edə irəliləyir? Niyə bu vaxta qədər, son 30 ilə yaxın dövrdə bu müharibəyə start verilməsinə cəsarət edilmədi və məhz 2020 ci il sentyabrında qətiyyətli bəyanatlarım fonunda başlandı və s. məsəllər. Azərbaycan Respublikasının hazırkı hökuməti bu günlərdə yaranan qarşılıqlı kiçik, epizodik atəşkəs pozuntularından, təxribatlardan məharətlə istifadə etdi və yaranmış hərbi-siyasi vəziyyətdən öz xeyrinə istifadəyə cəhddədir. Qafqazda səbəb nədir, hazırkı hərbi-siyasi gedişlərə?... Gürcüstandan sonra Ukrayna və Ermənistanın Avropaya yaxınlaşması və NATO-nun bu bölgəyə gəlməsi ehtimalına, Rusiyanın öz cənub sərhədlərinə təhlükə yaradılmasına heç vaxt yəqin ki, icazə verməzdi və özü bir başa olmasa da, başqalarının, klassik dildə desək vassalları vasitəsi ilə bu mövcud balansın pozulma ehtimalını dayandıracaqdı. Unutmayaq ki , Rusiyanın Cənub sərhədlərində, o cümlədən Qafqazda etnik millətlərin sayı çox və ölkəyə böyük təhlükə ola biləcəyi hər maneənin qarşısını almağa çalışacağı təkzibolunmazdır. Buna nümunə bir daha Gürcüstan və Ukraynanın taleyüklü ərazi problemlərini göstərmək olar. Azərbaycan tərəfi həm öz işğal altında olan torpaqlarını azad edir (BMT-nin dörd qətnaməsinin tələbi ilə, Ermənistan ordusu qeyri şərtsiz Azərbaycan ərazidən çıxmalıdır), hansı ki, beynəlxalq hüquqla bu təsbit olunmuşdur , həm də Ermənistan Baş nazirinin ona icazə verildiyindən artıq sərbəst daxili və xarici siyasətdə fəallığının cəzası olaraq, hakimiyyət kürsüsündən uzaqlaşdırılmalıdır. Onu da qeyd edək ki, indidən Ermənistanda müxalif ehtirazçılarının ehtirasları sürətlə qızır, Dağlıq Qarabağ və ətraf rayonlarda məskunlaşmış ermənilərin Ermənistana qədəm qoyan kimi daxili siyasi xaos baş verməkdədir və hesab etmək olar ki, bu da, Nikol Paşinyanın sonudur. Rusiya, çox yəqin ki, Paşinyanın hakimiyyətdən kənarlaşdırılmasını gözləyir və ondan sonra, bu müharibənin dayandırmasına, həmişə olduğu kimi, öz qəti cəhdini edəcək... Ballistik raketlərin Azərbaycanın digər, konfiliktli ərazilərdən kənarda olan bölgələrinə atılması isə, o deməkdir ki , Azərbaycan ordusu qarşılıq verərək, Ermənistanın bir başa ərazilərinə cavab atəşi açmağa təhrik edilsin və ondan sonra, Ermənistan Rusiyanı və digər hərbi müttəfiqi olan ölkələr də bu müharibəyə cəlb edilməsinə nail olsun. Unutmayaq ki , onların ərazi bütövlüyünün qorunması haqqında müqavilələri var (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ), amma əgər Rusiyanın marağına uyğun olmazsa...

 Türkiyə ilk gündən Azərbaycana dəstək oldu və hamının bildiyi kimi, Qars müqaviləsinə görə, Naxçıvan Muxtar Respublikasının Ərazisində hər hansı bir döyüş baş verərsə, Türkiyə tam hərbi müdaxilə edə bilər... Ölkə daxilində hazırkı ümümeyforik situasiyada, yenə də, bəzi insanlığa düşmən xislətli fərd və qruplar, özlərinə xəyali düşmən formalaşdırmağa çalışırlar, inanırıq ki , onların bu niyyətləri baş tutmayacaq. Çox uzaq tarixə deyil, yaxın tarix olan 1992-93-cü illərin hadisələri yəqin onlara dərs olmayıb: torpaqları itirildi və məcburi qaçanlar ölkənin hər tərəfinə yayıldı... Düşünək, çox hörmətli ağalar, bəylər və xanımlar!

TMH
Category: XƏBƏRLƏR | Views: 465 | Added by: tmmrtalish | Tags: TMH | Rating: 0.0/0
Total comments: 0
N$)?>
Подписка: 1 Код *: