Masallı. “Korona” xeyriyyəçiliyi geniş vüsət alırXəbər verdiyimiz kimi Məşhur Məmmədovun “Yardımlaşaq” çağırışına qoşularaq rayonun Ərkinan qəsəbəsi (“Şahin” və “Qala” marketləri) və Bədəlan kəndində (“Ruzi” market) pulsuz çörək aksiyaları keçirib və keçirir. Redaksiyaya daxil olan məlumata görə, artıq masallılı deputatların təşəbbüsü ilə rayonun bütün ərazilərində pulsuz çörək aksiyası keçirilməyə başlayıb. Yuxarıda qeyd etdiyimiz kimi əsas təşəbbüsçü Məşhur Məmmədov olsa da digər deputatlar, eləcə də xeyriyyəçilər
Koronə qılə bəlaya eqnə bə insanon dilə!Koronə virusu 2019 sori dekabiroku bə niyonə beşə. Içmi bə niyno beşe qorna və söhbət eşitmə, əmtəə sənədi sofiə xəbə nızne qoruş bı hiçi səs əzinimon. Imi hər gün səs ver və korona virusu, virusun xizonon mənimsəməsi və ya elimi xəbə bə virosonada qıləye. Içmi ta bə 15 nezi bə yəndi oşa viruson hısdbin, mənim virus ən və həyvonku bedəbin. İm bə insan ovaşdındanıbin. Bıçmi qoruşən dınyo bıçmi navi seyro ta bə ısəd hiçi hozu kardajon nıbijone.
Koronavirus: Tolış, şəhid verib, verər, ancaq hörmət və imtiyazları...görməz, qula ağa münasibəti belə olur! Haqqında yazmışdıq, Azərbaycan adlı ölkənin, hakimiyyətini məngirləmiş tayfa rəhbərlərinin quldurlarına müraciət etdik, çarəsizlikdən, xalq artıq yazıqlaşdırılıb, onlara biyət etdiyindən…. Düşünülmüş şəkildə şəhidliyə vadar edilib, həm də şəhid adı verilməsindən imtina edilən, Talış gəncinin, tək anasını, hər cür maddi və mənəvi hörmət və qayğıdan da mərhum etmişlər!
Ən əvvəl, qarabağlıdan 1000 dəfə çox, Qarabağ dərdi çəkən, oranı Azərbaycana qaytarmağa çağıran Talış “vətənpərvərlərinin” diqqətini cəlb etmək istəyirik! Əğələr, sizin heç xəbəriniz var ki, son 30 ildə Qarabağda, döyüşlərdə, hərbi xidmətdə, məcburi, yaxud könüllü olub, şikəst olanların özləri, şəhid olanların ailələri hansı vəziyyətdədir?... Müharibəyə yeni çağırışlar edəndə, Sizlər, belə köməksiz, qayğısız və əlacsız qalanların Talış olduqları üçün, sayları daha da artacaq və heç kimin, həm də, helə sizlərin də, vaxt və imkanlarınız belə olmayacaq ki, onların dərdlərinin yüngülləşdirlməsində, əliniz nəyəsə yetsin!... Xaricdən Azərbaycana təxliyyə edilən koronavirusa yoluxma şübhəsi olan adamlar Talışa gətirilirHətta Türkiyədən Naxçıvana təxliyyə edilmiş vətəndaşlar da Talışa gətirilib. Bunu da əsaslandırmışdılar ki, güya Talış İranla sərhəd olduğuna görə oranı karantin zonası tipində bir şey ediblər. Əslində isə Talış heç karantinə də alınmayıb.
Həmçinin rəsmi rəqəmlərə görə virusa yoluxma daha çox Abşeron yarımadasında qeydə alınıb. Talış bölgəsi, yoxsa... !?"Talış bölgəsi" söz birləşməsi işlədilən kimi etnik millətçilərin, sektant fanatların yadına İran İslam Respublikası, Talış-Muğan Muxtar Respublikası, bir sözlə dini və etnik separatizm düşür. Bu mövzudan irəli gələn hədəni kompensasiya eləmək üçün gərək hökmən kontekstdən asılı olaraq "Cənub bölgəsi", "Lənkəran-Astara bölgəsi" kimi söz birləşmələrindən istifadə edək. Halbuki bölgəmiz Azərbaycan Respublikasının cənubunda yox, cənub-şərqində yerləşir. Azərbaycan Respublikasının cənubunu tam olaraq götürsək onda Qarabağ ətrafı - hazırda işğalda olan hissə də bu əraziyə daxil olmalıdır. Hətta bəzən "Azərbaycanın cənubu" dedikdə bu ərazi İranın şimalındakı Azərbaycan vilayəti ilə səhv də salınır. "Lənkəran-Astara bölgəsi" anlayışı isə daha uğursuz variantdır. Çünki bölgənin əksər rayonları bu iki qonşu inzibati rayondan kənarda yerləşir.
ATİŞ-nın Mübariz Mənsimovun həbsi ilə bağlı Bəyanatı Azərbaycan Talışların İctimai Şurası (ATİŞ) Türkiyə məhkəməsinin "fetoçu" və digər saxta, qurama və qərəzli ittihamlarla Azərbaycan əsilli istedadlı və xeyriyyəçi iş adamı, mesenat Mübariz Mənsimovu həbsxana divarlarına məhkum etməsini şiddətlə qınayır.
Mübariz Mənsimovun hər hansı cinayət əməli törətməsi ağlabatan deyil. Ona qarşı sürülən ittihamlar iqtisadi deyil, siyasi xarakterlidir. İş adamının siyasi xarakterli ittihamlarla həbs etmək bu həbsin kökündə siyasi motivlərin durmasını göstərir. Təhsil ocaqlarımız və uşaqlarımızın taleyi kimlərin əlindədir!Sosial şəbəkələrdə, Lənkəran şəhər Ürgə kəndinin Məktəb və Uşaq baxçasının bərbad halda olmasından narazılıq edən və aidiyyəti orqanlardan kömək istəyən kənd əhalisi, görün nə ilə qarşılaşıb.
Ürgə kəndinin Məktəb və uşaq Baxçasına pulu və qohumlarının tapşırığı ilə müdür təyin edilən xala və bacı qızı öz işçilərinə hədə qorxu gələrək deyir ki , sizin kənd camahatı kimdir ki, çəkiliş edib, bizdən narazılıq etsin?! Biz buranı necə istəyirik elədə idarə edərik buradan çıxan deyilik, heç kəsdən də, qorxumuz yoxdur. Yuxarı vəzifələrdə oturan qohumlarımızda var, sözümüzü deyən adamımızda. Sizin Kənd camahatının bizə qarşı şikayət və çəklişinin cavabı olaraq, məndə sizi işdən qovaram təhdid etməkdən belə çəkinmirlər. Talış öz haqqını tələb edən kimi kimlərsə narahat olurSosial şəbəkələrdə tez-tez millətlər arası mübahisələr gedir . Əsas səbəblərdən biri də, əyər hansısa talış öz Azərbaycan konstitusiya hüquqlarını tələb etməyə başladıqda dərhal başlayırlar mübahisələrə . Hökmən bir neçə nəfər tapılır ona separatçı, ölkəni bölən, satqın , erməniyə, rusa, farsa işləyən adlandırırlar . Deməli elə alınır ki , ölkədə haqqını tələb edən hər bir insan avtomatik separatçıya, satqına çevrilir.
20 min şəhiddən 8 mini Talış olub , necə 112 min Talış yaşayır Azərbaycanda ?Bütün Qarabağ şəhidlərinə rəhmət diləyirəm.
Qarabağ müharibəsi ərəfəsində 20 minə qədər şəhid vermişik və onların təqribən 8 mini talış kökənli olub. Ölkədəki dövlət mənbəyinə əsaslansaq , talışların sayı 112 mindirsə onların 7.1% -i şəhid olub. Qalan 12 min şəhidlər türklər, ləzgilər, kürdlər və sairələr olub. Mənə bir şey qaranlıq qalır , əyər say və hesabı ilə ən çox şəhidi talışlar veribsə deməli qabaq cəbhədə vuruşanlar talışlar olub, bəs niyə talışlara separatçı damğası vururlar? Mənim ana talış dilimSəmimi etiraf edim ki, Ulu öndərdən fərqli olaraq (“Mən fəxr edirəm ki, azərbaycanlıyam”), mən azərbaycanlı olmağımla fəxr etmirəm. Necə ki, 1946-ci ilin fevral ayının 2-də Bakı şəhərində anadan olmağımla fəxr etmirəm. Bu, məndən əsla asılı olmayan amillərdir və fəxrə səbəb olası deyil. Fəqət tez-tez azərbaycanlı olmağımdan utanıram və xəcalət çəkirəm. Utanıram ki, 30 ildir mənim dövlətim, daha doğrusu, onun siyasi rəhbərliyi, dünyanın bütün siyasi təşkilatlarında zarıyıb Qarabağın qaytarılmasını yalvarır və əvəzində xaricilərin sifətində həqarət və ikrah oxuyur. Utanıram ki, dövlətimin adı dünyanın bütün “qara dəftər”lərində bədnam birinci yerlərdədir: korrupsiya, siyasi dustaqlar, seçki saxtakarlığı, qərəzli məhkəmələr, insan hüquq və azadlıqlarının aşkar tapdalanması, vətəndaş cəmiyyətinin boğulması, xalq malının səmərəsiz göyə sovrulması, hakim zümrənin əks işarə ilə seçilməsi, yüksək vəzifəli məmurların heç nədən çəkinmədən xalqın malını oğurlayıb dəbdəbəli həyat sürməsi, söz azadlığına məhdudiyyət, total inhisar, qohumbazlıq, yaltaqlıq, sıravi vətəndaşların cəhaləti, qorxaqlığı və miskinliyi, məmurlarımızın kəmsavadlığı, paqonlu canilərin vətəndaşlara verdiyi işgəncələr... Talış olmaqŞahın sonu haqda “Sirli Dolça” adlı bir talış nağılı var. Bir gün şah, gücünü tədricən itirdiyini, yaşlandığını anlayır və hiyləyə əl atır. Elan edir ki, dolçanın içinə ağ və qara daş qoyulsun. Hansı igid ağ daşı dolçadan çıxarsa qızını ona verəcək və taxta oturdacaq, qara daş çıxsa öldürəcək. Hiyləsi də budur ki, dolçaya yalnız qara daşlar qoyulur. Beləcə ölkənin bütün igidləri sıraya düzülür, amma heç kim dolçadan ağ daş çıxara bilmir və boynu vurulur. Beləcə şah ölkədə ona rəqib olacaq hamını bir-bir qırır, dolçanın da “sirr”ini açan tapılmır. Bir gün bir igid hiyləni anlayır və şahın hüzuruna gəlir. Əlini dolçaya salıb özünü elə aparır ki, guya ordan nəysə çıxarıb yumruğunun içində tutur. Daha sonra onu cəld hərəkətlə tullayıb deyir ki, əlindəki ağ daş idi və sevincindən onu göyə atdı. İnanmayanları da dolçanın içinə baxmağa dəvət edir. Dolçanın içindən doğrudan da qara daş çıxır və hamı ona inanır. İgid şahın qızını alıb taxta oturur və dərhal köhnə şahı yalançılığına görə edam etdirir. No free speech for ethnic minority2011-ci ildən bəri oxşar bir başqa Talış qəzetini - "Tolışon Sado" nu redaktə edir. Cəlilov bir neçə dəfə repressiya ilə üzləşib. Xaricə getməsinə qadağa qoyulub. Bundan əlavə, o, iyunun 12-də Lənkəranda polis tərəfindən ələ keçirildi və maşında olan qəzetlər müsadirə edildi. Polis Cəlilova dedi ki, qəzetin (№107) sayında Avropada yerləşən bir müxalif qrupun simvolu olan "Oyanış Hərəkatı" (Oyan Hərəkatı) ilə əlaqəli bir saatlıq gözlük görüntüsü var.
|