10:41
Talış filosofun yaratdığı dünyanın ilk təkallahlı dini - ZƏRDÜŞTLÜK
28 Ekim 2016 

Talış filosofun yaratdığı dünyanın ilk təkallahlı dini - ZƏRDÜŞTLÜK



Zərdüşt İsadan 583-560 il əvvəl doğulmuşdur. Bu ənənə pəhləvi dilində yazılmış zərdüşti ədəbiyyatında qeyd edilir (bax: Pirdavud. Yəsna (birincı cild), Bombey 1934, səh 75; Avesta (Talış dilində "Əv Heste”, türk dilinə hərfi tərcüməsi "O var”), Azərbaycan Dövlət Nəşriyyatı, Bakı 1995,
səh. 12 – 19).


Kəyyan şahları haqqında verilmiş məlumatdan məlum olur ki, Zərdüştlə Makedoniyalı İsgəndər arasında 272 il fasilə olmuşdur. Beləliklə, Zərdüşt İsadan 595 il əvvəl peyğəmbərliyə çatmış olur. Ərəb və fars tarixçilərinin də fikirləri buna uyğundur. Məsudi, İsgəndərlə Zərdüşt arasında 280 il, Əbu Reyhan əl-Biruni 258 il fərqlə fasilə olduğunu qeyd edir (bax: "Tarixe-İran əz ağaz ta inqiraze
Qacariyyə”, səh. 70; Avesta (birinci kitab), Azərbaycan Dövlət Nəşriyyatı, Bakı 1995, səh. 13).

Zərdüştün tək Allahlı olmasını ilk dəfə  Əli ibn Əbu Talib, ondan sonra Huzeyfə, Səid ibn Musəyyib və başqaları qəbul etmişlər (bax: Əhməd Mahmud Sübhi "Fiilmil-kəlam”, İsgəndəriyyə, Beyrut, səh. 23). Məzdək isə V əsrin 80-cı ilində, Zərdüşt dinini yenidən təbliğ etməklə, öz zəmanəsinin feodal istismarına qarşı qalxmış xalq üsyanının başçısı olmuşdur. İran şahı, Firuzun oğlu Qubad, Zərdüşt dinini təbliğ edən Məzdəkin tərəfdarı idi və onun dinini qəbul etmişdi.

Qubadın oğlu Nuşirəvan, hiyləgər bir yəhudinin qurduğu kələyin nəticəsində, Məzdəki və onun on iki minlik qoşununu bir gecədə, xüsusi üslubda qazılmış quyulara başları üstə yuvarladaraq basdırırlar. Ondan sonra, öz atası Qubadı da zəncirləyərək hakimiyyəti ələ keçirir (bax: Əbu Əli Həsən ibn Əli xacə Nizamülmülk, "Siyasətnamə”, Bakı, 1989, səh. 154-166).

Məzdək amansızlıqla qətlə yetirildikdən sonra, onun arvadı, Xadənin qızı Xorrəmə iki adamla, İranın mərkəzi şəhəri olan Mədaindən qaçıb Rey yaxınlığına gəlir və orada camaatı ərinin məzhəbinə dəvət etməyə başlayır. Camaat onlara, Məzdəkin arvadının adı ilə bağlı olan "xorrəmdinlər” ləqəbini verdilər (bax: Əbu Əli Həsən ibn Əli xacə Nizamülmülk, "Siyasətnamə”, Bakı, 1989, səh. 166-167).  

İstər Zərdüşt,  istər Məzdək, istərsə də Məzdəkin arvadı Xorrəmə, Azərbaycan və İranda yaşayan qadınları əxlaqsızlığa, kişilərini isə dəyyus və əyyaş hərəkətlərə sövq etməmişdir və edə də bilməzdilər. Belə nalayıq hərəkətlər ancaq bədəvi ərəblərə xas idi. Ərəb tarixçiləri özləri etiraf edirdilər ki, İslama qədər, bir ərəb qadını bir gündə minə qədər müxtəlif kişilərlə yaxınlıq edərmiş. Belə şəraitdə qadından doğulan uşaq bilinməzdi ki, hansı kişidəndir. Ona görə də atası bilinməyən
uşaqlar anasının adı ilə adlandırılarmış (məsələn: filankəs filan arvadın oğlu).

Babək, hiyləgərcəsinə məğlub edildikdən sonra, düşmən, əlində olan bütün vasitələrdən istifadə edərək onu və Xürrəmiləri xalqın gözündən salmaq üçün Xürrəmilərə müxtəlif böhtanlar və qara yaxmalar atdılar. İstənilən sağlam düşüncəyə malik olan insan başa düşür ki, Babək kimi möhtəşəm cəngavər və sərkərdə heç vaxt öz qız, gəlin və arvadlarını gecələr yığıb hansısa (yerini də dəqiq bilmədikləri  qondarma "Bəzz” adında) dağın ətəyinə aparıb, orada onlara tərbiyəsizlik etməyi rəva bilməzdi. Buradan aydın görünür ki, "Bəzz qalası” əhvalatı, düşmənin bilərəkdən, hiyləgərcəsinə qurduğu böhtandır. Necə ki, bu yaxınlarda şahidi olduğumuz, Qarabağ döyüşlərində böyük şücaət, mərdlik və qəhrəmanlıq nümayiş etdirmiş Talış xalqının balalarına qarşı "qara yara” adı ilə yaxılan böhtanlardan doymayaraq, tarixi Talış vilayətin adını dəyişərək "Cənub Bölgəsi” adını verdilər.
Category: Tarix Ümümi | Views: 744 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
N$)?>
Подписка: 1 Код *: