11:54 Talış Muğan Muxtar Respublikası Mühacir höküməti | |
Talış Muğan Muxtar Respublikası Mühacir höküməti Sər vəziri (Baş naziri) Almaniya Federativ Respublikası 02.12.2018 il TMMR Mühacir hökümətinin Sər vəziri(Baş naziri) əğəye Rəhim Mirzəyevin sədrliyi ilə fəaliyyət göstərən, Fəxrəddin Əbboszodənin və Muxtar Respublikanın, siyasi münasibətlərə uyğun şərlənərək, həbs edilən vətəndaşlarının Müdafiə komisiyasının M Ü R A C İ Ə T İ : Əziz həmvətənlər, dostlar, qardaşlar! Bu günlərdə, Talış xalqının haqqlarının qorunmasında, bərpasında dəyərli övladı, alim və ziyalısı Fəxrəddin Əbboszodənin(Abbasovun) Azərbaycan Respublikasının bilavasitə istək və sifarişi ilə Rusiya Federasiyasında həbsinin 3(üç) aylıq dövrü başa çatacaqdır. Talış xalqının öz taleyinə və uğrunda mübarizə aparanlarının varlığına biganə olmayan hissəsi, hər vasitədən, o cümlədən social şəbəkələrdən istifadə etməklə ciddi narahatçılığını ifadə etdi! Lakin, hazırda Talış ictimaiyyətinin fəal hissəsinin, bu məsələdə, narahatçılıq yaradan susqunluğu hiss olunur və qeyd etməyi vacib sayiram ki, hazırda əğəye F.Əbboszadənin AR-na təslim edilməsi üçün ciddi hüquqi zəmin yaradılma prossesi ardıcıl həyata keçirilir. Belə ki, qarşıdakı ilin ilk ayında, əğəye F.Əbboszodənin RF-da yaşam müddəti başa çatacaqdır və onun müfafiq orqanlara həmin vaxtın uzadılması və RF-nın vətəndaşlığının verilməsi barədə müraciətinə, RƏDD cavabı verilmişdir! Bütün Talış xalqına, əsasən də RF-da yaşayan Talışlara, müraciət edib, xahiş edirik, ən azı RF-I müvafiq Dövlət orqanlarına ardıcıl, dayanmadan, rəsmi müraciətlər etməklə, Fəxrəddin boylimizin xilası naminə sözümüzü deyək, ona RF vətəndaşlığının verilməsini xahiş edək! Əks təqdirdə, cinayətkar bir qrupun, hakimiyyəti qəsb etdiyi Azərbaycan Respublikasına Fəxrəddin boylimiz veriləcək və onun orada sağ saxlanılacağına ümid, demək olar ki, yoxdur! Rəhmətlik Navruzəli boylimizin taleyini unutmayaq! Dərin hörmətlə, TMMR Mühacir hökümət komisiyasının sədri, R. Mirzəyev | |
|
Total comments: 0 | |