10:20
TMMR Mühacirətdə olan Baş prokuroru, Raid Bağirov.
TALIŞ MUĞAN MUXTAR RESPUBLIKASININ MÜHACIRƏTDƏ OLAN BAŞ PROKURORU, RAID BAĞIROVUN FƏALIYYƏTININ NƏZƏRI FƏALIYYƏT KONSEPSIYASI.
Talış Muğan Muxtar Respublikasının Mühacirətdə olan Baş prokuroru, Raid Bağirovun fəaliyyətinin nəzəri fəaliyyət konsepsiyası,-
Mən, R.Bağırov, hesab edirəm ki, hüquqi müstəvidə mövcudluğunu yaşayan Talış Muğan Muxtar Respublikasında ədalətli hüququn bərqərarlığı naminə fəaliyyət göstərmək üçün, hazırkı məqamda mühüm şans yaranıb və bu imkanlardan maksimum istifadə etməklə, aşağıda nəzəri qaydada problemlərin həlli yollarını göstərməyə nail olacağam: 
 Muxtar Respublikada milli, dini, irqi, mövqe mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların Qanun qarşısında bərabər qaydalarda məsuliyyət daşıyacağına təminatların varlığına inam və etibarın qurulmasına nail olacağam;
 Muxtar Respublikanın hər bir vətəndaşının, yaşadığı ölkənin Qanunlarının, bilavasitə onun həyatının hər bir sahəsində, əmin-amanlığının mühafizəsində durduğunun etibarının qurulmasında, əməli-nəzəri fəaliyyətimlə təminatlar yaradılacağınə cəhdlərdə olacağam;
 Ədalətin və haqqın Qanunlarla müdafiəsinin keşiyində duracağımın əməli nümunələrinin (pressisedentlərinin) qurulmasının yaradılmasında öz şəxsi nəzəri fəaliyyətimdə açıq, şəffaf və ictimaiyyətlə daimi əlaqədə olacağam;
 Muxtar Respublika ədliyyəsində, məhkəmə proseslərinin qurumasında qanunların aliliyinin qorunmasının bilavasitə haqq, ədalət və İnsana xidmətinin quruculuğunda, bütün nəzəri imkanların əməli fəaliyyətə trasferasiyasının nəzəri imkanlarının tətbiq yollarının araşdırılmasına ciddi diqqət yaradılacağına çalışacağam;
 Bütün imkanlardan istifadə etməklə, Muxtar Respublikanın ərazisində, tarixən baş vermiş cinayət əməllərinin, mərkəzi hökumətin bilavasitə imkan vermədiyindən, ədalətli istintaq-araşdırma proseslərinə yenidən başlanmasına imkan verə biləcək hallar diqqətlə öyrənilməklə, nəzəri həyata keçirmə qaydalarda həyata keçirilməsinə cəhdlər ediləcək;
 Bütün hallarda, cinayət-axtarış, istintaq hərəkətlərinin Ölkə və MR qanunları, Beynəlxalq norma və öhdəliklərə uyğun olaraq, günahsızlıq prizumpiyasının, insaniliyinin təminatının nəzəri əsaslarının qurulmasında, mövcud təcrübələrin istifadəsinə maksimum cəhdlər edəcəyəm;
 MR-nın həyatının bütün sahələrində, ədalətli Allah halallığının, rüşvət və korrupsiyasız mühitin qurulmasında, Qanunların imkanlarından yüksək səviyyədə istifadəsinə cəhdlərin inkişafını daimi diqqətdə saxlayacağam....
             Hamınıza dərin hörmətlə,

TMMR-nın Baş Prokuroru,                  R.S. Bağırov.
Category: XƏBƏRLƏR | Views: 630 | Added by: tmmrtalish | Tags: TMMR xabarlar | Rating: 5.0/1
Total comments: 0
N$)?>
Подписка: 1 Код *: