19:01 Tolış dışdə tarixi fəxır bıkə | |
Tolış dışdə tarixi fəxır bıkə Cərbi”nin yalnız Xilafətin şimal vilayətlərinə aid olduğunu qeyd edirlər. Lakin apardığımız tədqiqatlar göstərir ki, bu fikir doğru deyildir. Çünki əl-Cərbi yalnız Xilafətin şimal vilayətləri mənasında işlənsəydi Xordadbeh bu dövrdə hələ Ərəb Xilafətinə tabe olmayan Xəzər, Alan, Səqalib, İber torpaqlarını “əl- Cərbinin tərkibində verməzdi. Deməli, İbn Xordadbeh “əl-Cərbi” yazarkən Xilafətə tabe olan deyil, o zaman ərəblərə məlum olan şimal torpaqlarından bəhs etmişdir. İbn Xordadbeh “əl-Cərbi” ölkələrindən bəhs edərkən buraya Ərməniyyə, Azərbaycan, ər-Rey, Dumvənd, Təbəristan, ər-Ruyan, Amul, Sariyə, Şalus, əl-Lariz, əş-Şirriz, Tamis, Dehistan, əl- Kəlar, Cilan (Gilan), Bədəşvərcar torpaqlarını daxil edir. Tədqiqatlar göstərir ki, bu zaman bu torpaqların demək olar ki, hamısı Xilafətə tabe edilmişdi. Ət-Taylasan torpaqlarının adını isy Xordadbeh “əl- Cərbi”yə daxil olan, lakin Ərəb Xilafətinə tabe olmayan, müstəqil torpaqlar sırasında çəkir. O, yazır: “Burada əl-Bəbr, ət-Taylasan, əl-Xəzər, əI-Lan (Nailə xanım Vəlixanlıya görə XII əsrə qədər Şimali Qafqazda yaşamış İranmənşəli alanların torpaqları.), əs-Səqalib (slavyanlar), əl-Əbr (İber).” Tarixdən də məlum olduğu kimi, alan, slavyan, və iber torpaqları ərəb fıituhatına məruz qalmamış və bu xalqlar islamı qəbul etməmişlər. Xəzərlər isə daha çox iudaizmə meyilli olmuş və hətta Ərəb Xilafəti ilə uzun illər amansız müharibələr də aparmışlar. Bu müharibələf-ə^əiifə I Validin hökümranlığı illərindən(705 -715) başlamış və Harun ər-Rəşidin xəlifəliyi dövrünə qədər (786 - 809) davam etmişdir. Bəs tarixi Azərbaycan torpaqlarının mərkəzində yerləşən ət- Taylasanm adının azad olan torpaqlarla bir yerdə çəkilməsinin səbəbi nə idi? Nailə Vəlixanlıya görə İbn Xordabeh adı çəkilən əsərini əl-Mötəsimin hakimiyyəti illərində (833-942) əl- Cibəl vilayətində poçt rəisi işlədiyi illərdə yazmışdı. 833-837-ci illər isə Xürrəmilər hərəkatının ən qızğın dövrünə təsadüf edir. Nəzərə alsaq ki, Taylasan torpaqları Babək Xürrəminin ən əsas istinadgahlarının yerləşdiyi ərazi olmuşdur, o zaman nə üçün Taylasan (Talışan) torpaqlarının adının müstəqil yaxud ərəblərə tabe olmayan ərazilər sırasında çəkildiyi məlum olar. Konkret deyilsə, Taylasan torpaqları bu zaman Xilafətə deyil , Babəkə tabe idi. Hətta Babəkilərin əsas mərkəzi Bəzzin Lənkəran və Ərdəbil arasında уerləşdiyini15görkəmli tarixçi Z.İ Yampolski də təsdiq edir. H.Kəlbiyevin “Bəlləbür Bəzzdir” əsərində də bunu sübut edən əsaslı faktlar göstərilmişdir16. Sonuncu fəsildə bu mövzuda təhlillər verildiyi üçün burada geniş təhlil verməyə lüzum yoxdur. Lakin zaman keçdikcə Taylsan torpaqlarının bir hissəsi Xürrəmilərin əlindən çıxmağa başlamışdı. “Taylasan” sözünün özünə gəldikdə isə bu söz yalnız və yalnız “talış” sözünün cəm formasından başqa bir şey deyildir. İlk məxsusi adı “sataquş” olan və hətta Bisutunda da həkk olunan bu xalqın adının “talış” şəklinə düşməsindən danışarkən müasir İran tədqiqatçısı, tatşünas və talışşünas, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri doktoru Əli Əbdoli yazır: “Talış xalqına məxsus adın ilk formasının sataquş olduğu, Haxəmənişi (Əhəməni) kitabələrində bu adm yazıya düşdüyü və sonra onun heç bir qaynaqda qeyd olunmadığı nəzərə alınarsa, onda Haxamənişilərdən sonrakı dövrlərdə sataquş adı taquş şəklinə düşməlidir və belə olan surətdə kadus adı taquş adının qeyri-şərtsiz yunan variantı olacaqdır. Taluş - talış adı isə taquş adının daha sonrakı dövrlərdə təşəkkül tapmış İran tələffüzüdür.”. Beləliklə, “taquş”u yunanlar “kadus” ifadə etdiyi kimi, ərəblər də “talış” sözünü “taylis”, “taylas” şəklində ifadə etmişlər. Sözün sonuna artırılan “-an”, on” şəkilçisi isə bir çox İrandilli xalqların dillərində olduğu kimi talışca da cəm şəkilçisidir. İbn-Xordadbeh “Azərbaycan mahalının şəhər və rustaqlan” haqqında olan hissədə dolayısı ilə Taylasan torpaqlarının siyasi tarixinə də toxunmuşdur. Tədqiqatlar göstərir ki, əsasən Xürrəmilər hərəkatı yatırıldıqdan sonra Taylasan torpaqları bölünərək ayrı- ayrı vilayət rustaqlarma tabe edildi. Bu vilayət rustaqları sırasında Ərdəbil və Bərzənd rustaqlan mühüm yer tuturdu. | |
|
Total comments: 0 | |