Talış Muğan Muxtar Respublikasının Prezident F Ə R M A N I: Nederland krallığı, Haaqa ş-ri. 01.04.2019 il. Talış Muğan Muxtar Respublikasının Prezident
F Ə R M A N I: Nederland krallığı, Haaqa ş-ri. 01.04.2019 il. TMMR-in 2-ci Mühacir höküməti, Talış xalqının hər bir nümayəndəsinin, harada yaşamından və hansı statusda olmasından asılı olmayaraq, yaşam və taleyinin hər sahəsində, onun yanında olduğunu elan etmiş, əməli qaydada da üzərinə göturduyu öhdəliyin icrasında qətiyətlidir. Talış xalqının gələcək yaşamı naminə məxsusi fikir və fəaliyyəti olan, xalqin dəyərli ictimai-siyasi, elm xadimi Fəxrəddin Əbboszodə (Abbasov), hazırda bütöv bir xalqın məhvinə yönələn siyasətə etiraz olan fikir və düşüncəsinə görə, bir, ədalət məhkəməsindən məhrum, quldurcasına şərləmə, böhtanlama ilə həbslər ustası kimi məşhurlaşmış rejimin iddiası və sifarişi ilə, Talış cəmiyyətinin böyük ümidlər bəslədiyi Rusiya Federasiyasında həbs edilərək, Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları adlanan,- zor, vəhşilik apparatına, müəmmalı şəkildə təhvil verilmişdir. TMMR-nın Prezidentinin və MR-nın Mühacir hökümətinin Sər Vəzirinin Talış xalqının böyük oğlu S.Ə. Əsgərovun vəfatı ilə əlaqədar BaşsağlıqTMMR-nın Prezidentinin və MR-nın Mühacir hökümətinin Sər Vəzirinin Talış xalqının böyük oğlu S.Ə. Əsgərovun vəfatı ilə əlaqədar Başsağlıq Müraciəti (nekroloqu) Əşrəfi Sərxan Əsgərzadə 31 mart 2019-cü ildə, 83 yaşında vəfat etmişdir Vətəndən gələn acı bir xəbər hamımızı sarsıtdı. Talış xalqının böyük oğlu, ictimai-siyasi xadim, publisist, maarifçi, böyük ziyalımız Əşrəfi Sarxan Əsgərzadə, 83 yaşında dünyasını dəyişmişdir. Sərxan müəllimin həyatı və fəaliyyəti böyük bir vətənpərvərlik məktəbidir. Onun mükəmməl dünyagörüşləri gənclərimiz üçün böyük bir örnəkdir. Fəaliyyəti və yaradıcılığında ardıcıl və stabil olması, əqidəsinə bütün situasiyalarda sadiq qalması Sərxan müəllimin həyat prinsipləri idi. O, bütün ömrünü, xalqımızın düçar qaldığı qaranlıqları yarıb keçməsinə həsr etdi. |