TMMR Mühacir Höküməti və Talış Milli Hərəkatının, Beynəlxalq ictimaiyyətə birgə Müraciəti:Talış Muğan Muxtar Respublikasının Prezidentinin, Talış Muğan Muxtar Respublikasının Mühacir Hökümətinin, Talış Milli Hərəkatının, Beynəlxalq ictimaiyyətə birgə
Müraciəti: Azərbaycan Respublikası 28 ildir müstəqil dövlət kimi mövcuddur. Bu dövlətin müstəqilliyi elan edildiyi andan, tərkibində yaşamağa taleyin məhkumluğu ilə vadar edilən xalqların ən azı, bərabər hüquqlarının təminatı barədə çoxsaylı vədlər, olsa belə, Dövləti səviyyədə. az qala məktəbəqədər təəssisatlardan başlayaraq, qurulan və aparılan antiinsani, millətlərarası ədavətə söykənən təbliğatın nəticələri, qatı türkçülük ənənələrinin formalaşması ilə nəticələnmişdir. Ərazi süverenliyi böyük təhdid altında olan bir dövlətin, millətçiliyə açdığı geniş təbliğat imkanlarının ağır fəsadlarını ölkə həyatının hər sahəsində, eləcə də, vətəndaş cəmiyyətində də, olduqca qabarıq hiss olunmaqdadır. Əgər, özünə Türk (azərbaycanlı) deməyən və ölkədə yaşayan millətlərdən birinin, ən azı milli kimliyi ilə yaşamının qorunmasına, özünüidarə haqqına sahib olması barədə müqəddaratını təyin etməyə yönələn fikirlərə sahibliyinə görə vətəndaş tam hüquqi müdafiəsiz qalacaqdır! Belə ki, Azərbaycan Respublikasının birbaşa iştirakı ilə, siyasi baxışlarına görə Rusiya Fedirasiyasına sığınan,Talış xalqının yaşamı naminə mübariz-alim Fəxrəddin Fərman oğlu Abbasov, muammalı formada Rusiyadan oğurlanaraq, AR-nın xüsusi xidmət orqanlarının təcridxanasında peyda olmasından sonra, onun dostlarının və əqidədaşlarının ixtisaslı vəkil təminatı və Qeyri hökümət təşkilatları vasitəsi ilə müdafiəsinin qurulmasında, olduqca ciddi problemləri hazırda da yaşamaqdadırlar! Ermənistan Qaçqınlarını Paytaxt Bakıdan çıxarmışdım, buna görə onlar mənə hələdə nifrət edir."..Ermənistan Qaçqınlarını Paytaxt Bakıdan çıxarmışdım, buna görə onlar mənə hələdə nifrət edir. Ancaq torpağı işğal altında olan birinə Qaçqın həyatı yaraşmaz. Döyüş bölgəsinə yerləşdirmək haqqında əmr imzaladım ondan da imtina etdilər. Belə başa düşürəm bunlara torpaq lazım deyilmiş. Qarabağ qaçqınlarını da Bakı da yerləşdirmək işğalla barışmaq idi. Mən heç vaxt işğalla barışmadım, Barışanlarla da həmçinin.."
Bir gündə Almaniyadan 53 azərbaycanlı deportasiya olunduHeydər Əliyev Bakı hava limanı Bu gün Almaniyadan daha 53 nəfər azərbaycanlı deportasiya olunub. Onlar aprelin 9-da Düsseldorf hava limanından Bakıya göndərilib.Təyyarədə deportasiya olunan azərbaycanlıları 100-ə qədər alman polis müşayiət edib. Onlar təhlükəsizliyi təmin etmək məqsədilə təyyarədə göndəriliblər. Bizimyol.info xəbər verir ki, bu barədə “Legat” İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev məlumat yayıb. Onun sözlərinə görə, deportasiya olunanlar 10-a qədər ailənin üzvləri olub. Los-Ancelesdə "Buz dövrü"nə aid fossillər aşkar edilib - VİDEO
Bu daşlaşmış kolleksiya Los-Anceles küçələrinin altında tapılıb. Daha dəqiq desək, bu, fəhlələr Vilşir bulvarında metro üçün qazıntı işlər apararkən aşkar edilib. Bu tapıntılar Kaliforniyanın paleontoloqların hər hansı qazıntı işlərində iştirakı haqda qanunu sayəsində xilas olub. Paleontoloq Aşli Leger: “Kaliforniyada belə bir qanunun, qazıntılar aparılan zaman paleontoloqların orada iştirakı tələb olunan qanunun olmasına görə bizim bəxtimiz gətirib. Belə ki, torpaqdan çıxan hər hansı bir daşlaşmış artefakt dərhal götürülür. Lakin bu qanun hər yerdə olmadığı üçün tapıntılar çox zaman itir." Lənkəranda dünyanın ən nadir canlılarından biri – Əbabil quşu tapılıb.Lənkəranda dünyanın ən nadir canlılarından biri – Əbabil quşu tapılıb. ONA-nın cənub bürosunun məlumatına görə, məşhur Əbabil quşları Rzayevlər ailəsinin evinə pənah gətirib. Ev sahibi Elmira Rzayeva deyir ki, bir gün evə gələndə üç Əbabil quşu pilləkənlərdə oturaq halda onu qarşılayıb. Quşların uçmadığını görən ev sahibi onları qutuda saxlamaq qərarına gəlib. Lakin quşlar evə gəldikləri günün səhəri otaqlarda qanad açıb uçmağa başlayıblar. Bu quşlar haqqında Qurani-Kərimdə “Fil” surəsində də məlumat verilib. Surəni təfsir edən alimlərin bir çoxunun fikrincə, Məkkəyə hücum edən fil ordusunu məhz Əbabil quşları məhv edib. |