07.04.2019

Astarada ağır qəza: "UAZ" dərəyə aşdı, ölən və yaralananlar var Read more: https://sputnik.az/incidents/20190406/419955117/astara-qeza-olen

Yaralılardan biri xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 6 aprel — Sputnik. Astarada avtomobilin dərəyə aşması nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə Pəlikeş ucqar dağ kəndi ərazisində baş verib.



Sumqayıtda qadın sürücülər qəza törətdi: Yaralanan var - FOTOLAR

Xəsarət alanların yaxınlarının bildirdiklərinə əsasən Tüləgüvan kənd sakini Ədalət Şəkərov yağışlı hava şəraitində "Ağ körpü" adlanan ərazidə hərəkət edərkən yolun sürüşkən olması səbəbindən idarəetməni itirərək "UAZ" markalı minik avtomobilini dərəyə aşırıb. Nəticədə sürücü və avtomobildə olan iki sərnişin –1980-ci il təvəllüdlü Müqəddəs Eyvazov və 1985-ci il təvəllüdlü Ceyhun Gülməmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.Sumqayıt şəhərində iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi

612 0 Taliys
07.04.2019

Lerikin 53 kəndi xəritədən necə silinib?

Azərbaycanın cənub-şərq bölgəsi və deportasiya siyasəti

    

XX əsrin ortaları Sovet, o cümlədən Azərbaycan xalqının həyatında ən ağır, məşəqqətli bir dövr kimi iz buraxmışdır. Bu illər tariximizdə repressiya, Böyük Vətən müharibəsi (sovet-alman müharibəsi)

və deportasiya dövrü kimi xarakterizə olunur. 1937-ci il Stalin repressiyası zamanı Azərbaycanda 29 min nəfər “xalq düşməni” adı altında güllələnmlş, Sibir və Qazaxıstan çöllərinə sürgün edilmişdir. Böyük Vətən müharibəsindən 300 mindən çox Azərbaycan döyüşçüsü geri qayıtmadı.Müharibə illərində bir sıra xalqlar – çeçenlər, inquşlar, qaraçaylar, balkarlar, Ahıska türkləri, Krım tatarları, almanlar Mərkəzi Asiya və Qazaxıstana deportasiya (köçürülmə) olundular.
703 0 Taliys