ABŞ Senatı Erməni soyqırımı tanıdı – Son DəqiqəBir qədər əvvəl ABŞ parlamentinin yuxarı palatası – Senat qondarma erməni soyqırımını tanıyıb. Ankara və Tramp administrasiyasının bir neçə dəfə mane olmasına baxmayaraq bu dəfə Senatdakı səsvermə tarixə düşəcək bir arzuolunmaz nəticə ilə bitib. Senator Robert Menendez’in təkidi ilə səsverməyə çıxarılan məsələyə heç bir senator veto qoymayıb və ABŞ tarixində ilk dəfə Senat Osmanlı İmperiyasını 1,5 milyon ermənini sistemli şəkildə məhv etməkdə ittiham edən sənədi rəsmən qəbul edib. |