29.12.2019

Beynəlxalq təşkilatlar Mehman Hüseynovla bağlı hakimiyyətə çağırış edib

Norveçin "İnsan Hüquqları Evi" Fondu (Human Rights House Foundation) video-bloger Mehman Hüseynova qarşı polisin "amansız rəftarı”nı pisləyib. Hüquq müdafiə təşkilatı Azərbaycan hakimiyyətini hadisəni tez zamanda və ətraflı araşdırmağa və təqsirkarları məsuliyyətə cəlb etməyə çağırıb.

"Turan” İA bu barədə təşkilatın Tvitterdəki mikrobloqunda yaydığı bəyanata istinadən yazıb.

Eyni zamanda, ATƏT-in KİV azadlığı üzrə xüsusi nümayəndəsi Arlem Dezir də Mehman Hüseynovun dekabrın 27-də polis tərəfindən saxlanılması və döyülməsi haqqında məlumatlardan narazılığını bildirib.