10.01.2020

Закрытый от общественности “суд” продолжается...

9 января 2020 г. - спустя ровно месяц после последнего (третьего) заседания - в Суде по тяжким преступлениям г. Баку продолжилось рассмотрение дела талышского ученого, просветителя, журналиста и политика Фахраддина Абосзода (Аббасова).

Как и предыдущие, четвертое заседание суда прошло в закрытом режиме. Собравшиеся перед зданием суда талышские акивисты вновь не были допущены в зал заседаний и дожидались окончания суда на улице.

Ни о ходе суда, ни о ходе предварявшего его следствия ничего достоверно неизвестно. Практика судебных процессов в Азербайджане указывает на то, что это является свидетельством откровенной фальсификации дела.

10.01.2020

General-mayor Qabil Məmmədovun namizədliyi QEYDƏ ALINMADI

Azərbaycan ordusunun ləyaqətli və nüfuzlu hərbçilərindən biri, tanınmış general-mayor, keçmiş birləşmə komandiri (korpus komandiri) Qabil Məmmədovun  növbədənkənar parlament seçkilərində iştirak edəcəyi ilə bağlı məlumat vermişdik.
 
Miq.Az xəbər verir ki, 73 saylı Lənkəran şəhər Seçki Dairəsindən, öz təşəbbüsüylə deputatlığa namizədliyini irəli sürən general özünün feysbuk səhifəsində status paylaşıb:
 
"...Bildiyiniz kimi, mən 73 saylı Lənkəran şəhər seçki dairəsindən öz namizədliyimi irəli sürmüşdüm. Bildirmək istəyirəm ki, göstərdiyim səylərə baxmayaraq, yanvarın 9-da, Mərkəzi Seçki Komissiyasında mövcud olan sistem mənim "İP adresimi” tanımadı. Bu səbəbdən Sizlərin gözləntilərini doğrulda bilmədim.
10.01.2020

Hindistanlı turistlərdən şəhidlərimizə hörmətsizlik - Bəs polis hara baxır?

bilmirəm nədən başlayım, hardan başlayım.

Yer Şəhidlər Xiyabanı, qeyrətli əcdadımızın yatdığı ulu və əzəmətli məkan. Günün gündüz çağı bir qrup gənc turist Bakıya səfərlərini daha maraqlı və yaddaqalan etmək üçün video-klip hazırlayırlar. Və heç bir maneəyə rast gəlmədən öz “əyləncəli” videolarını çəkib, sosial şəbəkələrdə yayımlayırlar.

10.01.2020

7 milyonluq avtomobil Bakıda - FOTO

Təxminən 10 gün əvvəl - 2019-cu ilin dekabrın 30-da Bakıya yeni “Bugatti Chiron” markalı avtomobil gətirilib.

BAKU.WS azpolitika.info-ya istinadən xəbər verir ki, təqdim olunan fotolardan belə məlum olur ki, avtomobil "Silk Way" aviaşirkəti vasitəsilə gətirilib. Avtomobili kimin gətirdiyi bizə məlum olmasa da, qiymətinin fantastik olduğunu söyləyə bilərik.

Belə ki, 2016-cı ildən istehsalına başlanan “Bugatti Chiron” markalı avtomobilin qiyməti 2,5 milyon avrodan, yəni 5 milyon manatdan başlayır. Avtomobil alınarkən ödənilən vergiləri, daşınma və gömrük rüsumunu da (avtomobilin ən aşağı qiymətə alındığı qəbul olunsa, minimum 1,7 milyon manat rüsum ödənilməlidir) və digər kiçik xərcləri də nəzərə alsaq, “Bugatti Chiron”un Bakya gəlib çıxması üçün sifarişçisinin ən azı 7-8 milyon arası vəsait ödədiyini söyləyə bilərik.