17.01.2020

Hər bir Talış oxusun və düşünsün !!!

Hər bir Talış oxusun və düşünsün !!!

Lənkərandan iki deputatlığa namizəd (Yadigar Sadıqlı, Baba Məmmədli) öz məlumat flayerlərini həm azərbaycanca, həm də talışca hazırlayıb. Bu bölgədəki insanlara həm bir jest, həm də bir hörmət əlamətidir. Təbii ki, talışlar azərbaycanca bilirlər.
Amma bir çox rəylərdə az qala bunu "vətənə xəyanət" kimi yazırlar. Bunu deyən bir deyil, iki deyil. Neyləmişik biz "sizə"? Hardandı bu Talış dilinə qarşı nifrət? Dövlətçilik üçün az zəhmət çəkib talışlar? Yoxsa bu vətənə sahib çıxmayıblar?
Bir flayerin belə talışca nəşr edilməsinə dözümlülük göstərmirlər. Sonra da qardaşlıqdan danışırlar. Talış dilinə hörmət etməyən necə onun qardaşı ola bilər?

654 0 Taliys