29.01.2020

AŞPA hesabatı: Azərbaycan mətbuat üçün ən düşmən ölkələrdən biridir

Avropa Şurasına üzv dövlətlər jurnalistlərin təhlükəsizliyinə effektiv zəmanət verməli, kütləvi informasiya vasitələrinin azadlığına xidmət edən şərait yaratmalı və bu azadlığa təsir edə biləcək qanunlar və ya normativ müddəalardan sui-istifadə hallarının qarşısını almalıdırlar. Azadlıq olmadan demokratiya ola bilməz.Azərbaycan hakimiyyəti jurnalistlərə qarşı repressiyaları dərhal dayandırmalı, söz və media azadlığını təmin etməli, mətbuat azadlığı və təhlükəsizliyi sahəsində Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün real addımlar atmalıdır. Bu barədə yanvarın 28-də AŞPA-nın qış sessiyasında qəbul edilmiş “Avropada media azadlığına və jurnalistlərin təhlükəsizliyinə təhdidlər” adlı qətnamədə deyilir.

Qətnamənin müəllifi britaniyalı deputat Corc Fulkesdir.