04.07.2020
04.07.2020

DAĞLIQ QARABAĞ (ARSAX) VƏ TALIŞ-MUĞAN ÜÇÜN ÖZÜNÜİDARƏETMƏNİN ALAND MODELİ. I HİSSƏ.

FEDERASİYA-POLİETNİK DÖVLƏTDƏ EFFEKTİV İDARƏRTMƏ FORMASI KİMİ

BİSMİLLƏH! Çoxmillətli dövlətlərdə federativ üsuli- idarənin yeganə və perspektiv idarəetmə forması olduğu artıq dünya praktikasında sübut olunmuşdur.Təsadüfi deyil ki, yüksək iqtisadi-siyasi göstəricilərə malik qüdrətli dövlətlərin böyük əksəriyyəti məhz federativ idarəetmə səbəbindən özlərinin uzunmüddətli dayanıqlı inkişaflarını təmin etmişlər.Multikultural dəyərlərə malik dövlətlərdə bütün ölkə üçün ümumilikdə vahid qanunlar tətbiq etmək mümkünsüzdür.Hər bir qrop, sinif daşıdığı dəyərlərə müvafiq öz qanunvericiliklərini və qanunların icra mexanizmlərini özləri müəyyən etməlidirlər.Qanunçuluğun dünya praktikasında tətbiqi ondan ibarətdir ki, qanunlar ilk növbədə, ərazidə yaşayan insanların milli-mənəvi dəyərləri nəzərə alınmaqla hazırlanmalıdır.Bir bölgənin, sinfin, qropun daşıdığı dəyərlər sistemini isə ən yaxşı halda həmin zümrənin içərisindən çıxanlar bilir. Belə olan halda yerli, yaxud daxili idarəçilik qaçılmaz olur.
Polietnik dövlətlərdə