12.07.2020

Fəxrəddin Abbasova(Əboszodə), Elvin İsayevə AZADLIQ! Talış xalqına AZADLIQ! Talış Milli Hərəkatı(TMH).

Bu günkü yazımız, daha geniş auditoriyaya ünvanlandığı üçün, mətni azərbaycan türk dilində yazırıq. Talış Milli Hərəkatı dedikdə, biz, yalnız Niderland Krallığı ərazisində, rəsmən qeydiyyatdan keçmiş bir təşkilatı nəzərdə tutmuruq. TMH ümumən çox geniş məhvumdur, özünü Talış kimi tanıyan və bunu cəsarətlə dilə gətirən, özünün və xalqının milli varlığı üçün çarpışan, kənarda dayanıb bütün bu prosesləri diqqətlə izləməklə, fərdi qaydada təəssübkeşlik edən, qəlbən xalqının halına yanan, hər bir talış, Talış Milli Hərəkatının üzvüdür. Bizlərdə nöqsanlar axtaran, bizi yeri gəldi, gəlmədi tənqid edənlər də, hətta bizi təhqir edən, söyən talışları da(çox təəssuf ki, belələri de var) biz başa düşürük.