TMMR-nın Prezidentinin, TMMR-nın Mühacir hökumətinin İnsan haqqları komisiyasının və TMH-nın Aslan Qurbanova görə birgə bəyanatı B Ə Y A N A T I :
Artıq on-illərdir ki, Ölkədə, nəinki, vətəndaşlığın haqq və hüquqlarının müdafiəsini təmin edən qanunlar, bütövlükdə Dövlətin varlıq təməlini təşkil edən Konstitusiya belə, öz prinsipial təsir imkanlarını itirməklə, hakim məmür hikkəsi ilə əvəzlənmişdir. Sosial şəbəkələrdə paylaşılan məlumatlara görə, 14 iyul 2020-ci il tarixində, səhər saatlarında, təqribən 11 radələrində, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən, Binə qəsəbəsində yaşayan, əslən Lerik rayonundan olan, Qurbanov Aslan Əhəd oğlu, yaşadığı evdə həbs edilmişdir. Həbsetmə, DTX əməkdaşları tərəfindən milli mənsubiyyəti zəmnində təhqirlərlə muşaiyyət olunmuşdur. Talış əsilii gənc, Aslan Qurbanovun DTX tərəfindən həbsi və bu həbs haqqında, heç bir rəsmi məlumatın verilməməsi, xüsusi xidmət orqanının gələcəkdə, daha məkrli planlarından, birbaşa xəbər verir. "Dövlət sirri" bəhanəsi ilə, gizli saxlanılan bu həbs, gələcəkdə digər Talış fəallarına qarşı, qisasçılıq zəmnində, ən azı, özlərini Talış xalqına mənsub olmalarını elan etdiklərinə görə, ciddi repressiyaların başlanğıcı kimi də, qəbul etmək olar!... |